Icma.az
close
up
RU
Yaşamaq, şübhəsiz ki, budur! Ülvi Babasoy

Yaşamaq, şübhəsiz ki, budur! Ülvi Babasoy

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Ülvi Babasoyun "Özünü dizayn etmək" adlı yeni yazısını təqdim edir.

Amerikadakı bir xəstəxanada xərçəng xəstələrini iki qrupa bölürlər. Onların yarısı təyinatına uyğun müalicə edilir. Ancaq pozitiv dəstək göstərilmir. Digərlərinə verilən kapsulların içində isə yalnız su olur. Fəqət psixoloji cəhətdən dəstək verilir. Hətta sağalacaqlarına inandırılırlar. Nəticə də, birinci qrupda heç bir müsbət irəliləyiş olmur, digərlərində isə mənəvi dəstək möcüzə yaradır. Müsbətə doğru dəyişiklik müşahidə olunur.

İnsan bədəni tamamilə dəyişib. Xəstəliklər yetmiş yeddidən yeddiyə enib. Gəncləşib. İnsan bədəni mürəkkəb bir sistem və strukturdur. Pozitiv və neqativ impulslar, hüceyrələr daşıyır. Onların tarazlığı zəruridir. Neqativ hüceyrələr azalanda belə bədən adiləşir, bəsitləşir. Viruslar və xəstəliklər aktivləşir. Xərçəng xəstəliyi isə dövrün ən kompleks xəstəliyidir. Onun üçün də çarəsizdir. Klassik tibb modern bədən patalogiyası qarşısında acizdir. Lazımi reaksiyanı verə bilmir. Xərçəng genetik sistem və formulun pis işləməyinin nəticələrindən biridir.

İnsan bədəni elektron və kibernetik maşın kimidir. Ona görə də xəstəliklərin təsir dairəsinə tez düşür. Necə ki kompüterlər kibermühitdə viruslarla zədələnirlər. Deməli, insan bədəni öz naturasından, ilkin təbiiliyindən uzaqlaşıb və robotlaşıb. Rəqəmsal dünyadakı viruslar kimi xərçəngli hüceyrələr bütün bədəndə metastaz verir. Kimyaterapiyalar da xəstəliyin qarşısını ala bilmir. Xərçəngli bədən ani halsızlıqlar və immun sisteminin xəyanətlərinə məruz qalır. Artıq xərçəng və onun kimi xəstəliklər adamın canını alan virusların prototipidir. Bədənimiz süniləşdikcə protezləşir. İnsan özü özünü yeyir bu xəstəliklərdə. Hüceyrələr daxili bir balacalaşma, kiçilmə prosesi yaşayır. Daha doğrusu, özü özünə yaşadır bu rəhmsiz xəyanəti. Yəqin ki, metastaz həmin an baş verir. Bir orqandan digərinə yayılır xərçəg hüceyrələri. Halbuki modern tibbdə dezinfeksiya olduqca həssas bir şəkildə icra edilir. Lüks və komfortlu xəstəxanalar, əməliyyat masaları və avadanlıqlar gəl-gəl deyir. Həyat yorğunluğu adamı həmin xəstəxanaların palatalarına itələyir bəzən. Çox vaxt bacarır da. Bu qədər radikal dezinfeksiyalar və həssaslıqla xərçəngdən qaçışlar da işə yaramır. İnsan bədəni çox qorunursa, özünü qoruma və mühafizə etmə funksiyasını itirir. Bakteriya və virus olmayan bir bədənin hüceyrələri öz qoruma tezliyindən uzaqlaşır. Stres, gərginlik, aqressiya, qida, hava, su və ən əsası da genetik faktorlar xərçəng üçün əlverişli şərait yarada bilər. Bəlkə də, bütün bunlar neqativ enerjilərin nəticəsi və yekunudur. Mən tibb işçisi deyiləm. Elə başa düşülməsin ki, tiblə, gigiyena ilə bağlı məsləhətlər verirəm. Ancaq ədəbiyyat və sənətin xərçəngli və viruslu bədənlər üçün terapiya, hətta bəzən kimyaterapiya olduğunu düşünürəm.

Bir əsər düşünün ki, qəhrəmanı uşaqdır və ilik xərçəngidir. Ölümcüldür. Hər kəsin balaca Oskara yazığı gəlir. Həkimindən tibb bacısına, praktikantından süpürgəçisinə qədər. Erik Emmanuel Şmittin “Oskar və Çəhrayı xanım” minimalist romanında Tanrı Oskara onca il yaşamaq möhləti verir. Oskar da əvəzində tanrıya onca məktub yazır:

“Əziz Tanrı!

Adım Oskardır. On yaşım var, pişiyimizi, itimizi və bütün evimizi yandırmışam (deyəsən, yanğında qızıl balıqlar da pöşələndi), sənə birinci dəfədir yazıram, ona görə ki, dərslərdən başım açılmırdı... Yazı-pozu maraqlı yalan-palandan başqa bir şey deyil. Bir sözlə, böyüklərin işidir...

Məni yumurtabaş deyə çağırırlar, mənə yeddi yaşdan çox verməzsən, xəstəxanada yaşayıram, çünki xərçəng xəstəsiyəm”.

Tanrı 10 yaş verir Oskara. Şmitt isə öz qəhrəmanına Tanrının bəxş etmədiyi ömrü hədiyyə edir. Şmittin Tanrıya məktub dünyasında 110 il yaşayır Oskar. “Yumurtabaş” Oskar ata-anası ilə belə ünsiyyətə girə bilmir. Ata-ana amansız xəstəliklə barışır. Bircə tibb işçisi Roza nənə onun qeydinə qalır. Yaşanılmayan ömrün yaşanılan xatirəsinə çevrilir Roza nənə. Xatirələr? Xatirələr bu qədərmi amansızdır? Oskar öləndə heç kimi incitmir. Hamının otaqdan çıxmasını gözləyir. Ölüm anında da özünü yox, ata-anasını düşünür.
Oskarın ölümündən sonra son məktubu Roza nənə yazır. Tanrıya üz tutan xanım deyir: “Onun sayəsində gülüşün, sevincin nə olduğunu öyrəndim. Onun sayəsində sənə iman gətirdim. Ürəyim sevgiylə, şəfqətlə doludur. Oskar mənə elə şeylər bəxş etdi ki, ömür boyu bəsimdir.

Hələlik, Roza nənə”.

Ədəbiyyat yad insanı doğmalaşdırır, ən məhrəm adama çevirir. Uşaq dünyagörmüş qadına ömrü boyu bəs edəcək gözəlliklər bəxş edir. Yaşamaq budur, bəlkə də. Şübhəsiz ki, budur. Həyat, yaşamaq bircə anın içinə yığılır. Bu məktublar, Oskarın 110 il yaşaması oxucunu aldadır. İnandırır ki, o sağalıb. Gözəl həyatı var. Ailə qurub. Uşaqları olub. Hamını aldada bilir Şmitt. Ancaq Oskardan savayı. Bu əsərdə keçmişlə gələcək əl-ələ tutub yeriyir, atılıb-düşür, deyib-gülürlər. Bax, onda indiki anı unudurlar. Axı həyat indiki andan ibarətdir. İndiki an isə Tanrıya səslənir: “P.S. Son günlər Oskar tumbanın üstündə bir vərəq saxlayırdı. Məncə, sənə aiddir. Vərəqdə yazılıb: “Məni oyatmağa yalnız Tanrının ixtiyarı var”. Bu an ədəbiyyat da, həyat da sonsuz bir sükuta qərq olur. Deyəsən, Oskar haqylıydı: “Yazı-pozu maraqlı yalan-palandan başqa bir şey deyil. Bir sözlə, böyüklərin işidir”. Bir şeyi unutmayaq, Oskarın hekayəsi bitsə də, romanın minor notları major harmoniyalarla davam edir. Axı bir hekayə bitəndə yenisi başlayır. Bu baxımdan, heç bir bədii əsərin sonu yoxdur. Başqa uşaqların hekayələri başlayır. Günəşli və xərçəngsiz yüzilliklərin hekayəti. Ən azından buna ümid edirik.

Şmittin minimalist romanı xərçəngə qarşı maksimalist və estetik üsyandır. Etirazdır. Xəstə bir uşağın olmayan həyatını var etməkdir. Əgər bir bədii mətnin estetik keyfiyyəti olmasa, həmin kitab tarix tərəfindən yeniliyi və bədii dəyəri olmayan əsərlərin xarabalığına atılıb, atılır və atılacaq. Şmitt Oskara özünü yenidən yaratmaq, dizayn etmək və hətta diriltməsi üçün şans verir.

“Qurani-Kərim” dərsliyi nəşr olundu Əli Əmirlinin yeni kitabı çap olundu Tramp Selena Qomezi ağlatdı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Fevral 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see309

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see283

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see273

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see267

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see262

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see251

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see250

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see242

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see238

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see235

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see235

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see230

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see220

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see219

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see212

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see206

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see204

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see200

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see193

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri