Icma.az
close
up
RU
“Özünəqulluq bacarıqlarının formalaşdırılması” adlı təlim keçirilib

“Özünəqulluq bacarıqlarının formalaşdırılması” adlı təlim keçirilib

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Çıraq” Uşaq və Yeniyetmələrə Dəstək ictimai birliyi 1 may tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına başlamışdı.

Layihənin məqsədi əqli gerilik və davranış pozuntuları müşahidə olunan uşaqlara psixoloji dəstəyin göstərilməsidir. 18-22 iyun tarixində layihəyə cəlb olunan uşaqların hər birinə fərdi şəkildə psixoloq Ceyla Məmmədli tərəfindən “Özünəqulluq bacarıqlarının formalaşdırılması” adlı təlim keçirilib.

Keçirilən təlim zamanı layihdə iştirak edən 15 uşaqla özünəqulluq bacarıqlarının inkişaf etdirilməsi və gündəlik həyat fəaliyyətlərində müstəqilliyin artırılmasına yönəlmiş korreksiyaedici və inkişafetdirici məşğələlər təşkil olunub. Təlimin əsas məqsədi uşaqlarda şəxsi gigiyena qaydalarına əməl etmə, gündəlik ehtiyaclarını mümkün qədər müstəqil şəkildə yerinə yetirmə, ardıcıl fəaliyyət qurma və özünə xidmət bacarıqlarının formalaşdırılması olub.

Məşğələ çərçivəsində düymə bağlama, fermuar açıb-bağlama kimi incə motor bacarıqları ilə əlaqəli çalışmalar, yemək zamanı qaşıq, çəngəl və digər vasitələrdən düzgün istifadə etmə, şəxsi əşyaları toplama və yerinə qoyma, gündəlik rutinlərin ardıcıllığını öyrənmə tipli  çalışmalar tətbiq edilmişdir. Bütün bu metodikalar:

- özünəxidmət bacarıqları,
- şəxsi gigiyena vərdişləri,
- gündəlik fəaliyyətlərdə müstəqillik,
- ardıcıllıq qurma,
- məsuliyyət hissinin formalaşması,
- əşyaları düzgün istifadə etmə,
- qaydalara əməl etmə,
- müstəqil qərar vermə və fəaliyyəti tamamlama bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdi.

Təlim müddətində bəzi uşaqlarda fəaliyyət ardıcıllığını saxlamaqda, tapşırıqları müstəqil yerinə yetirməkdə və yeni vərdişləri tətbiq etməkdə çətinliklər müşahidə edilmişdi. Bununla yanaşı, təkrarlanan praktik məşğələlər və vizual dəstək vasitələri uşaqların fəaliyyəti daha yaxşı mənimsəməsinə müsbət təsir göstərmişdi.

Bununla yanaşı, oyun əsaslı fəaliyyətlər və qrup şəklində tapşırıqlar uşaqların sosial qarşılıqlı əlaqəyə daha aktiv qoşulmasına müsbət təsir göstərir.Layihədə uşaqların sosiallaşmasını təmin etmək məqsədi ilə qrup halında təlimlərin təşkili onların indi və gələcək həyatına müsbət edəcək. Bu üzdən layihəyə cəlb olunmuş təlimçi tərəfindən uşaqlara  müxtəlif mövzuları əhatə edən təlimlər keçirilir. 18-22 iyun tarixində uşaqlara təlimçi Həbibova Məryəm tərəfindən “Heyvanlar aləmi” haqqında qrup halında təlim keçirilib.

Layihəyə cəlb olunan 15 uşaq yaş səviyyəsi və sosial bacarıqlarına görə II qrupa bölünmüş və hər qrupda olan uşaqlara mövzu tədris olunub. Uşaqlara heyvanlar aləminin müxtəlifliyi, onların quruluşu və həyat fəaliyyəti, yaşadıqları mühitlə əlaqəsi haqda məlumat verilib. Hər 2 mütəxəssis tərəfindən valideynlərə tövsiyələr verilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri