Füzulidə sahibkarlıq bacarıqlarının inkişafına həsr olunmuş növbəti təlim mərhələsi keçirilib FOTOLAR
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən həyata keçirilən “Azərbaycanda Dayanıqlı Yaşıl İnkişaf: Sirkulyar İqtisadiyyat Təşəbbüslərinin Dəstəklənməsi” layihəsi çərçivəsində növbəti təlimlər 29–30 oktyabr tarixlərində Füzuli rayonunun Horadiz qəsabəsində baş tutub.
"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, təlimlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub. Proqramın əsas məqsədi sahibkar olmaq istəyən və fəaliyyətə yeni başlayan şəxslərin, eləcə də mövcud biznes sahiblərinin bilik və bacarıqlarını təkmilləşdirmək, dayanıqlı biznes modellərini, effektiv idarəetmə alətlərini və dairəvi iqtisadiyyat prinsiplərini təşviq etməkdir.
Füzulidə keçirilən təlimlərdə iştirakçılar – xüsusilə sahibkarlığa yeni başlamaq istəyən gənclər və yerli sakinlər – fəal iştirak edərək regionda bu tip maarifləndirici və praktiki yönümlü proqramlara böyük ehtiyac olduğunu vurğuladılar. Onlar gələcəkdə bu kimi təlimlərin daha tez-tez keçirilməsinin vacibliyini qeyd edərək təşəbbüsə yüksək maraq göstərdilər.
Layihə Füzuli və Şamaxı rayonlarını əhatə edir və KOB-ların, qadınların və gənclərin iqtisadi fəallığının artırılması, eləcə də inklüziv və dayanıqlı iqtisadi inkişafın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 21 Noyabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















