Özünü azərbaycanlı diplomat kimi təqdim etdi: 70 kq qızılla saxlanıldı
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbulda bir ticarət mərkəzinin qarşısında polis tərəfindən saxlanılan şübhəlinin üzərində 70 kilo qızıl tapılıb.
Bakıvaxtı.az Türkiyənin "NTV" kanalına istinadla xəbər verir ki, məsələ ilə bağlı araşdırma davam edir.
Məlumatda qeyd olunub ki, 70 kq qızıl İstanbul Prokurorluğu tərəfindən verilən təlimatlar çərçivəsində Qaçaqmalçılıqla Mübarizə Şöbəsi tərəfindən keçirilmiş əməliyyat nəticəsində İstanbulda Azərbaycan əsilli bir nəfərdə aşkarlanıb.
Saxlanılan şəxs özünü diplomat kimi təqdim edib. O, qızılların özünə aid olduğunu da qeyd edib.
Şübhəli şəxs taksidə olarkən saxlanılıb.
Bu mövzuda digər xəbərlər:İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs 70 kq qızılla saxlanıldı
23 Noyabr 2024 08:50
İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs 70 kq qızılla saxlanılıb
23 Noyabr 2024 08:47
Özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs 70 kq qızılla SAXLANILDI KONKRET
23 Noyabr 2024 09:10
Baxış sayı:102
Bu xəbər 23 Noyabr 2024 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















