Icma.az
close
up
RU
ÖZÜNÜ İNKAR EDƏN PROFESSOR, ÖZÜNÜZÜ BİR DAHA OXUYUN! AzPolitika onlayn siyasiictimai qəzet

ÖZÜNÜ İNKAR EDƏN PROFESSOR, ÖZÜNÜZÜ BİR DAHA OXUYUN! AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

"Kim bi­zim ki­mi dü­şün­mür­sə, bi­zim düş­mə­ni­miz­dir" bol­şe­vi­zim sin­di­ro­mun­dan azad olun.

Azər­bay­ca­nın döv­lət­çi­lik ənə­nə­lə­ri sü­but edir ki, Azər­bay­can əra­zi­sin­də möv­cud ol­muş qə­dim döv­lət­lər də, or­ta əs­r­lər­də­ki bö­yük im­pe­ri­ya­lar da, müs­tə­qil döv­lət qu­rum­la­rı olan xan­lıq­lar da, res­pub­li­ka­lar da, Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti və Azər­bay­can So­vet So­sia­list Res­pub­li­ka­sı, bu­gün­kü müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı da döv­lət­çi­li­yin ay­rı-­ay­rı müs­tə­qil tə­za­hür­lə­ri­dir. Bu döv­lət­lər həm də bö­yük va­hid ta­ri­xi pro­se­sin ay­rı-­ay­rı his­sə­lə­ri­ni təş­kil edir.

Azər­bay­can xal­qı dün­ya ta­ri­xi­nə Ca­van­şir, Ba­bək, Şəm­səd­din El­də­giz, Mə­həm­məd Ca­han Pəh­lə­van, Qı­zıl Ar­s­lan, Uzun Hə­sən, Şah İs­ma­yıl Xə­tai, Na­dir şah ki­mi qüd­rət­li, nur­lu əməl­lər sa­hi­bi olan şəx­siy­yət­lər bəxş et­miş­dir. XX əs­r­də Azər­bay­can ta­ri­xin­də Hey­dər Əli­yev ki­mi na­dir, da­hi bir şəx­siy­yət ye­tiş­di. Dün­ya­nın Ata­türk, Va­şin­q­ton, Neh­ru, De Qoll və baş­qa ta­ri­xi si­ma­la­rı ara­sın­da Hey­dər Əli­yev şəx­siy­yə­ti öz əzə­mət­li, la­yiq­li ye­ri­ni tut­du.

Hey­dər Əli­ye­vin si­ya­sət fəl­sə­fə­sin­də si­ya­sə­tə kom­p­leks ya­naş­ma, mil­li döv­lət­çi­lik və mil­li ideo­lo­gi­ya­sı kon­sep­si­ya­sı si­ya­sət və iq­ti­sa­diy­ya­tın vəh­də­ti, mə­də­ni irs və mil­li-­mə­nə­vi də­yər­lər, de­mok­ra­tik də­yər­lər, bir söz­lə, Azər­bay­ca­nın dir­çə­li­şi­nin nə­zə­riy­yə və prak­ti­ka­sı­na bu da­hi şəx­siy­yə­tin ver­di­yi töh­fə­lə­rin öy­rə­nil­mə­si ol­duq­ca zə­ru­ri, va­cib si­ya­si-­fəl­sə­fi və mə­nə­vi əhə­miy­yət kəsb edən prob­lem­dir.

Bu bir hə­qi­qət­dir ki, qələbə yönümlü əzmkar siyasətin yaradıcısı olan Heydər Əliyevin gördüyü titanik işlər öl­kə­mi­zin si­ya­si, iq­ti­sa­di, mə­də­ni-­mə­nə­vi müs­tə­qil­li­yi­nə nail ol­ma­sı­na, mil­li ma­raq­la­rı­nın möh­kəm qo­run­ma­sı­na gə­ti­rib çı­xar­t­mış­dır, bu is­ti­qa­mət­lər­də dön­məz­li­yi, əbə­di­li­yi tə­min et­miş­dir.

Hey­dər Əli­ye­vin si­ya­sət fəl­sə­fə­si­ni onun tər­cü­me­yi-­ha­lı, ta­rix, si­ya­sət və cə­miy­yə­tin qar­şı­lıq­lı mü­na­si­bət­lə­ri­nin vəh­də­tin­də öy­rən­mək la­zım­dır. Yal­nız bu hal­da bö­yük ön­də­rin si­ya­sə­ti­nin fəl­sə­fi ma­hiy­yə­ti üzə çı­xa bi­lər, onun si­ya­si-­fəl­sə­fi ir­si müa­sir və gə­lə­cək nə­sil­lər tə­rə­fin­dən ay­dın dərk edi­lə bi­lər.


Müs­təq­l­l­lik ide­ya­la­rı­nın car­çı­sı olan Hey­dər Əli­yev Azər­bay­ca­nın ta­ri­xi ir­si­nə sev­gi bəs­lə­yir­di. O, hə­lə Nax­çı­va­na rəh­bər­lik et­di­yi, SSRİ-­nin möv­cud ol­du­ğu bir vax­t­da ilk für­sət­də öz ar­zu­la­rı­nı ger­çək­ləş­dir­di. Tə­sa­dü­fi de­yil ki, müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət qu­ru­cu­lu­ğu pro­se­si Nax­çı­van­dan baş­la­nıl­dı. 17 no­yabr 1990-cı il ta­ri­xin­də Hey­dər Əli­ye­vin səd­r­li­yi ilə ke­çi­ri­lən Nax­çı­van Mux­tar So­vet So­sia­list Res­pub­li­ka­sı Ali So­ve­ti­nin ses­si­ya­sın­da bö­yük döv­lət xa­di­mi­nin tə­şəb­bü­sü ilə ilk də­fə Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin üç­rən­g­li bay­ra­ğı­nın Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Döv­lət Bay­ra­ğı ki­mi qə­bul olun­ma­sı tək­lif edil­di. Da­hi şəx­siy­yə­tin özü­nün iş­lə­yib ha­zır­la­dı­ğı və Ali Məc­lis­də yek­dil­lik­lə qə­bul olu­nan "Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın döv­lət rəm­z­lə­ri haq­qın­da" ta­ri­xi qə­rar­da de­yi­lir­di:

1. İlk Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin üç­rən­g­li döv­lət bay­ra­ğı Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Döv­lət Bay­ra­ğı ki­mi tə­sis edil­sin.

2. Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın di­gər döv­lət rəm­zi - Döv­lət him­ni və ger­bi haq­qın­da mə­sə­lə öy­rə­ni­lib Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı Ali Məc­li­si­nin mü­za­ki­rə­si­nə ve­ril­sin.

3. Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin üç­rən­g­li döv­lət bay­ra­ğı­nın bü­töv­lük­də Azər­bay­can SSR-­in döv­lət rəm­zi ki­mi tə­sis edil­mə­si mə­sə­lə­si qa­nun­ve­ri­ci­lik tə­şəb­bü­sü qay­da­sın­da Azər­bay­can SSR Ali So­ve­tin­dən xa­hiş edil­sin.

Bun­dan son­ra ye­ni qə­bul olun­muş döv­lət bay­ra­ğı za­la gə­ti­ril­di və Xalq Cüm­hu­riy­yə­ti­nin 70 il əv­vəl en­di­ril­miş ay-­ul­duz­lu üç­rən­g­li bay­ra­ğı Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Döv­lət Bay­ra­ğı ki­mi qə­bul edil­di.

Məhz bu fəa­liy­yə­tin nə­ti­cə­si idi ki, Azər­bay­can xal­qı­nın is­tə­yi­nə uy­ğun ola­raq 18 ok­t­yabr 1991-ci il­də Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət müs­tə­qil­li­yi haq­qın­da Kon­s­ti­tu­si­ya Ak­tı qə­bul edil­di. Ta­ri­xi sə­nə­din 2-ci mad­də­sin­də de­yi­lir: "Azər­bay­can Res­pub­li­ka­sı 1918-ci il ma­yın 28-dən 1920-ci il ap­re­lin 28-dək möv­cud ol­muş Azər­bay­can Res­pub­li­ka­sı­nın va­ri­si­dir".

Si­zin də Ümum­mil­li Li­der ki­mi mü­ra­ciət et­di­yi­niz Hey­dər Əli­yev par­la­men­t­də­ki ilk çı­xı­şın­da ideo­lo­ji mə­sə­lə­yə özü­nün sərt və açıq mü­na­si­bə­ti­ni ifa­də et­miş­di. Ulu Ön­dər bu fi­kir­lə­ri söy­lə­mək­lə res­pub­li­ka rəh­bər­li­yi­ni öl­kə­nin for­mal de­yil, real müs­tə­qil­lik yo­lu­nu tut­ma­sı­na, ay­dın ideo­lo­ji kon­sep­si­ya ya­rat­ma­ğa səs­lə­yir­di. O qeyd edir­di: "Məm­məd Əmin Rə­sul­za­də par­ti­ya­sı­nın ide­ya­sı­nı təm­sil edən bay­raq­la ona zidd olan ide­ya­nın ba­ni­si­nin büs­tü­nün ses­si­ya ke­çən sa­lon­da yan-­ya­na dur­ma­sı da tə­əc­cüb do­ğu­rur. Sa­də­cə de­sək, bu uy­ğun­suz­lu­ğu an­la­maq çə­tin­dir. Bəl­kə bu­na bir iza­hat ver­mək la­zım idi?"

"1991-ci il­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Xalq Cüm­hu­riy­yə­ti­nin si­ya­si-mə­nə­vi va­ri­si ola­raq bər­pa edil­mə­si 1918-1920-ci il­lər­də se­çi­lən yo­lun doğ­ru­lu­ğu­nun, apa­rı­lan dip­lo­ma­tik mü­ba­ri­zə­nin əhə­miy­yə­ti­nin baş­lı­ca ye­ku­nu idi. 1998-ci il­də Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ya­ran­ma­sı­nın 80 il­li­yi ilə bağ­lı Ümum­mil­li Li­der Hey­dər Əli­ye­vin im­za­la­dı­ğı sə­rən­cam­da de­yi­lir­di: "Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti öl­kə­nin da­xi­lin­də və xa­ri­cin­də ya­ran­mış gər­gin və mü­rək­kəb ic­ti­mai-­si­ya­si şə­rait­də fəa­liy­yət gös­tər­miş­dir. Bu döv­lə­tin qı­sa bir müd­dət­də hə­ya­ta ke­çir­di­yi təd­bir­lər xal­qı­mı­zın ta­ri­xin­də bö­yük iz bu­rax­mış­dır". (Cə­mil Hə­sən­li, Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin Xa­ri­ci Si­ya­sə­ti (1918-1920). Ba­kı, "GA­RIS­MA"MMC, 2009-576 səh.)


Bə­li, Ulu Ön­dər Hey­dər Əli­yev Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti ir­si­nə eh­ti­ram gös­tə­rə­rək 22 fev­ral 1998-ci il ta­rix­li sə­rən­ca­mı ilə Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin 80 il­lik yu­bi­le­yi üz­rə döv­lət ko­mis­si­ya­sı­nın təd­bir­lər pla­nını təs­diq et­miş­dir.

1) Cüm­hu­riy­yət ir­si­nin öy­rə­nil­mə­si.

2) Cüm­hu­riy­yət ir­si­nin təb­li­ği.

3) Gə­lə­cək nə­sil­lə­rə çat­dı­rıl­ma­sı.

Cə­nab İl­ham Əli­ye­vin fəa­liy­yə­tin­də Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti ir­si­nə hör­mə­tin ifa­də­si­ni gör­dük. Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti En­sik­lo­pe­di­ya­sı­nın çap edil­mə­si­ni, Cüm­hu­riy­yət ge­ne­ral­la­rı Əlia­ğa Şıx­lin­s­ki və Sə­məd bəy Meh­man­da­ro­vun, Cüm­hu­riy­yət ideo­loq­la­rı M.Ə.Rə­sul­za­də­nin, Əli bəy Hü­sey­n­za­də­nin və Əh­məd bəy Ağaoğ­lu­nun yu­bi­ley­lə­ri­nin ke­çi­ril­mə­si ba­rə­də sə­rən­cam­la­rı nü­mu­nə gə­tir­mək olar.

Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ba­ni­lə­rin­dən bi­ri, Azər­bay­can Mil­li Şu­ra­sı­nın səd­ri Mə­həm­məd Əmin Rə­sul­za­də­nin 130 il­lik yu­bi­le­yi­nin döv­lət sə­viy­yə­sin­də ke­çi­ril­mə­si ilə bağ­lı ver­di­yi sə­rən­ca­ma gö­rə, gör­kəm­li döv­lət xa­di­mi­nin nə­və­si Əmək­dar rəs­sam Rəis Rə­sul­za­dənin Pre­zi­dent İl­ham Əli­ye­və gön­dər­di­yi tə­şək­kür mək­tu­bu­nu da Cüm­hu­riy­yət ta­ri­xi­nin bir par­ça­sı he­sab et­mək olar. Mək­tub­da de­yi­lir:

"Hör­mət­li cə­nab Pre­zi­dent!

Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ba­ni­si, Azər­bay­can Mil­li Şu­ra­sı­nın səd­ri Mə­həm­məd Əmin Rə­sul­za­də­nin ana­dan ol­ma­sı­nın 130 il­lik yu­bi­le­yi­nin döv­lət sə­viy­yə­sin­də ke­çi­ril­mə­si ilə bağ­lı ver­di­yi­niz sə­rən­ca­ma gö­rə Si­zə də­rin min­nət­dar­lı­ğı­mı bil­di­ri­rəm. Sə­rən­cam bü­tün Azər­bay­can xal­qı­nın se­vin­ci­nə sə­bəb ol­du. Bu, Si­zin mə­nə­viy­ya­tı­mı­za, mə­də­niy­yə­ti­mi­zə, ta­ri­xi-­döv­lət­çi­lik ənə­nə­lə­ri­mi­zə, is­tiq­lal ide­ya­la­rı­na ver­di­yi­niz bir töh­fə­dir.

1994-cü il­də Ümum­mil­li Li­der Hey­dər Əli­yev tə­rə­fin­dən M.Ə.Rə­sul­za­dənin 110 il­lik yu­bi­le­yi ilə əla­qə­dar sə­rən­cam ve­ril­miş­di. Ye­ni­dən be­lə bir sə­rən­cam im­za­lan­ma­sı se­vin­di­ri­ci­dir. Bu, Xalq Cüm­hu­riy­yə­ti­nin ba­ni­lə­ri­nə ve­ri­lən la­yiq­li qiy­mət­dir...”

Ri­ya­ziy­yat­çı­lar də­qiq­li­yi se­vir. "Mil­li Şu­ra" səd­ri pro­fes­sor Cə­mil Hə­sən­li mə­nim Ümum­mil­li Li­der Hey­dər Əli­ye­və həsr et­di­yim mə­qa­lə­lə­rim haq­qın­da ya­zı­la­rın­da tex­ni­ki el­m­lər üz­rə alim ol­du­ğum üçün ta­ri­xi mə­sə­lə­lə­rə ya­naş­ma­da mü­ba­liğ­əyə yol ve­rə bi­lə­cə­yi­min hə­yəca­nı­nı ya­şam­aq­da da­vam edir.

Sa­də­cə bir ta­ri­xi ha­di­sə ilə bu mə­sə­lə­yə ca­vab ver­mək olar. Tür­ki­yə mil­li mar­şı­nın müəl­li­fi Meh­met Akif Ər­soy pe­şə­cə bay­tar idi. Onun yaz­dı­ğı mil­li mar­şa heç bir irad tu­ta bil­mə­yən op­pon­e­ti onun bay­tar ol­ma­sı haq­qın­da sua­lı­na ver­di­yi məşhur ca­va­bı hər kə­sə ay­dın­dır....

Da­ha bir xa­tır­lat­ma, in­gi­lis ri­ya­ziy­yat­çı­sı, ədə­biy­yat üz­rə No­bel mü­ka­fa­tı lau­rea­tı Ber­t­ran Ras­se­lin ən uğur­lu əsər­lə­rin­dən bi­ri də "Qərb fəl­sə­fə­si­nin ta­ri­xi"(qı­sa adı) əsə­ri­dir. Yə­qin ki, mə­şhur ri­ya­ziy­yat­çı, fi­zi­ka-­ri­ya­ziy­yat el­m­lə­ri dok­to­ru, pro­fes­sor, aka­de­mik Ana­to­liy Ti­mo­fe­ye­viç Fo­men­ko­nun cil­d­lər­lə yaz­dı­ğı ta­rix ki­tab­la­rın­dan da xə­bər­dar­sı­nız. Bu si­ya­hı­nı uzat­maq olar, am­ma eh­ti­yac yox­du. Sa­də­cə ya­zı­la­rım­da şüb­hə­li mə­qam­lar ax­tar­dı­ğı­nız, eti­raz et­di­yi­niz bir mə­qa­lə­mə ye­ni­dən nə­zər sal­maq is­tə­yi­rəm. Bu, pe­şə­cə ta­rix­çi olan eks-­pre­zi­dent mər­hum Ə.El­çi­bə­yin Hey­dər Əli­yev haq­qın­da fi­kir­lə­ri­dir. Mə­nim "Zi­ya­lı­la­rın bö­yük hi­ma­yə­da­rı" ad­lı mə­qa­ləm­də bu fak­t­la­rı ha­ra­dan gö­tür­dü­yü­mün üs­tün­dən sü­kut­la ke­çir­si­niz. Nə­dən? Çün­ki bu fi­kir­lər vax­tı­lə mü­şa­vir­lik et­di­yi­niz eks-­pre­zi­den­tə məx­sus­dur.

Əbül­fəz El­çi­bəy: "...öz-­özü­mə boy­nu­ma da al­mı­şam ki, səhv et­mi­şəm."

Eks-­pre­zi­dent Əbül­fəz El­çi­bə­yin Hey­dər Əli­yev haq­qın­da fi­kir­lə­ri bu möv­zu­da ma­raq do­ğu­rur. Əbül­fəz El­çi­bəy "De­yir­dim ki, bu qu­ru­luş da­ğı­la­caq" (Ba­kı, Gən­c­lik, 1992) ad­lı ki­ta­bın­da 70-ci il­lər­də rus di­li­nin ge­niş ya­yıl­ma­sı ilə əla­qə­dar tən­qi­di fi­kir­lə­ri­ni səs­lən­dir­mə­si ilə bağ­lı mü­sa­hi­bə­sin­də Hey­dər Əli­ye­vin hə­min döv­r­də­ki xid­mət­lə­rin­dən da­nı­şır.

Əbül­fəz El­çi­bəy so­vet rəh­bər­li­yi­ni və Hey­dər Əli­ye­vi ne­cə tən­qid et­mə­sin­dən da­nı­şır: "Son­ra So­vet İt­ti­fa­qı­nı ida­rə edən­lə­rin ha­mı­sı­nın yaş­lı, otu­ruş­muş, sa­vad­sız, in­tel­lek­tual sə­viy­yə­siz adam­lar ol­du­ğu­nu (Brej­nev­dən tut­muş Qri­şi­nə­dək) de­yir­dim. Hət­ta Hey­dər Əli­ye­vin özü­nü də. Mə­sə­lən, Hey­dər Əli­ye­vin Azər­bay­can­da nə üçün döv­lət baş­çı­sı ola bil­mə­yə­cə­yi­ni be­lə əsas­lan­dı­rır­dım ki, o, güc­lü sa­vad al­ma­yıb (on­da be­lə dü­şü­nür­düm), Döv­lət Təh­lü­kə­siz­li­yi Ko­mi­tə­si­nin mək­tə­bi­ni qur­ta­rıb. DTK haq­qın­da da o za­man eşit­miş­dim ki (xa­ric­də olan bir azər­bay­can­lı­nın ya­zı­sı idi), Göb­bels qəd­dar­lıq­da So­vet İt­ti­fa­qı "Ka­qe­be"sin­də (bu cür ifa­də et­miş­di) iş­lə­yən adi­cə bir ser­jan­tın əli­nə su tök­mə­yə la­yiq de­yil. Yə­ni bu sis­tem be­lə­dir - qəd­dar­lıq sis­te­mi­dir. Bu­nu ha­mı gö­rür­dü. Mən də dü­şü­nür­düm ki, Hey­dər Əli­yev də bu­ra­da bö­yü­yüb. Eşit­miş­dim ki, 25 il ya­xa­sın­da zə­hər gəz­di­rən kəş­fiy­yat­çı­lar­dan­dır. De­yir­dim ki, bu adam hə­yat­da ağır yol­lar ke­çib, ölüm­lə üz-­üzə gə­lib, bəl­kə lap adam da öl­dü­rüb; on­dan hu­ma­nist baş­çı ola bil­məz. Doğ­ru­dan id­diam bu idi. An­caq eti­raf edi­rəm ki, onun sa­va­dı­nın nə sə­viy­yə­də ol­du­ğu­nu o za­man düz­gün bil­mə­miş­dim. Mən fi­kir­lə­şir­dim ki, o, Ta­rix fa­kül­tə­si­ni qi­ya­bi qur­ta­rıb. De­yir­dim ki, Ta­rix fa­kül­tə­sin­də ona dərs de­yən müəl­lim­lə­rin sək­sən fai­zi sa­vad­sız­dır, onu özü də qi­ya­bi qur­ta­rıb - onun nə sa­va­dı ola bi­lər?"

Ə.El­çi­bəy son­ra Hey­dər Əli­ye­vin güc­lü şəx­siy­yət ol­ma­sı­nı eti­raf edə­rək söy­lə­yir: "Am­ma mən bil­mir­dim ki, Hey­dər Əli­yev xü­su­si mək­təb ke­çib. Son­ra­dan gör­düm ki, onun çox möh­kəm yad­da­şı və yük­sək qa­bi­liy­yə­ti var. Mən həb­s­xa­na­ya get­dim, həb­s­xa­na­da da onun əley­hi­nə ol­dum, çı­xan­dan son­ra da bir-­iki il onun əley­hi­nə idim. Son­ra­lar ki onun bə­zi çı­xış­la­rı­nı, bə­zi ma­nevr­lə­ri­ni gör­düm, inan­dım ki, o, çox id­rak­lı adam­dır, çox güc­lü şəx­siy­yət­dir, onun güc­lü şəx­siy­yət ol­du­ğu­nu qə­bul et­dim. Doğ­ru­dan da, eti­raf edi­rəm ki, Hey­dər Əli­ye­vin təq­ri­bən 6 il, 7 il əley­hi­nə da­nış­dı­ğım hal­da son­ra­dan elə olub ki, 6 il, 7 il də onu tə­rif­lə­mi­şəm, öz-­özü­mə boy­nu­ma da al­mı­şam ki, səhv et­mi­şəm..."

Ə.El­çi­bəy həm­çi­nin de­yir: "Mən Hey­dər Əli­ye­vin güc­lü şəx­siy­yət ol­ma­sı, onun güc­lü mə­lu­mat, fe­no­me­nal yad­daş sa­hi­bi ol­ma­sı haq­qın­da fik­rim­də in­di də qa­lı­ram. Özü də, çox qə­ri­bə­dir ki, bu söz­lə­ri mən de­mi­rəm - onun o vax­t­kı rə­qib­lə­ri də elə on­da mə­nim­lə ra­zı­laş­ma­yıb de­yir­di­lər ki, Əli­ye­vin fe­no­me­nal yad­da­şı var, sa­vad­lı adam­dır. Öz düş­mən­lə­ri bu­nu eti­raf edir­di­lər".

Hey­dər Əli­yev zi­ya­lı­la­rı qo­ru­yur­du!

Ə.El­çi­bəy eti­raf edir ki, Hey­dər Əli­yev mil­li gö­rüş­lü zi­ya­lı­la­ra döv­lət mü­ka­fa­tı ver­mək­lə həm hə­min elm sa­hə­si­ni in­ki­şaf et­di­rir, həm də hə­min şəxs­lə­ri qo­ru­yur­du: "O za­man bir çox şey­lə­rin - və­tən­pər­vər­li­yin, mil­lə­ti sev­mə­yin hə­lə ana xət­lə­ri ta­mam qı­rıl­ma­mış­dı, qa­lır­dı, onu mü­da­fiə edir­di­lər. Yə­ni hiss edir­din ki, bu mil­lət özü­nü müəy­yən qə­dər qo­ru­yur, zi­ya­lı­sı onu mü­da­fiə edir (ya giz­li, ya açıq şə­kil­də), özü­nü­qo­ru­ma duy­ğu­su qüv­vət­li­dir.

Bi­rin­ci­si, Azər­bay­can di­li­nin təb­li­ğa­tı ge­niş­lə­nir­di. Azər­bay­can di­li müəl­lim­lə­ri ki­tab­lar bu­ra­xır­dı­lar, hər yer­də çı­xış edir­di­lər. Hey­dər Əli­ye­vin ən bö­yük iş­lə­rin­dən bi­ri bu idi. Azər­bay­can­da iki şe­yi gö­rən­dən son­ra Əli­ye­və mü­na­si­bə­tim də­yiş­mə­yə baş­la­dı. Bi­rin­ci­si, ilk də­fə ola­raq bir ne­çə dil­çi ali­mə (yed­di nə­fər­di, ya al­tı nə­fər­di) bir yer­də döv­lət mü­ka­fa­tı ver­dir­di. Azər­bay­can dil­çi­lə­ri­nin nü­fu­zu qal­xır və on­lar to­xu­nul­maz olur­lar. Axı mil­lə­tin tə­fək­kü­rü­nü in­ki­şaf et­dir­mə­yə dil­çi­lər baş­la­yır. Bu ba­xım­dan mü­ka­fa­tın çox xey­ri ol­du. Mü­ka­fat ve­ri­lən ki­mi di­li­mi­zin iş­lə­dil­mə­si ge­niş­lən­mə­yə baş­la­dı. Bu, çox tə­bi­i­dir; o za­man eləy­di - nə­yə mü­ka­fat ve­ril­səy­di, hə­min sa­hə in­ki­şaf et­di­ril­mə­liy­di. Bu, Hey­dər Əli­ye­vin xid­mə­ti idi".

Bu fi­kir­lər Əbul­fəz Elçibəyin fi­kir­lə­ri­dir. Axı mən nə­yi səhv yaz­mı­şam?

Ümum­mil­li Li­der Hey­dər Əli­yev daim bə­yan edir­di ki, xal­qı­mı­zın hər bir öv­la­dı öz ta­ri­xi keç­mi­şi­ni, va­ri­si ol­du­ğu mə­də­ni ir­si da­ha də­rin­dən öy­rə­nə­rək bö­yük qü­rur his­si duy­ma­lı və bu­nun­la fəxr et­mə­li­dir.

Si­zi an­la­maq olar. Yə­qin ki, siz ­də ta­ri­xi keç­mi­şi­miz­lə qü­rur du­yur­su­nuz, fəxr edir­si­niz, bəl­kə də "Mil­li Şu­ra" ad­la­nan qu­ru­ma rəh­bər­lik et­mək­lə özü­nü­zü Cüm­hu­riy­yət döv­rü­nün si­ya­si xa­dim­lə­ri ob­ra­zın­da gör­mək is­tə­yir­si­niz. Sa­də­cə unu­dur­su­nuz ki, klas­sik Mil­li Şu­ra əqi­də­li in­san­la­rın bir amal uğ­run­da mü­ba­ri­zə apar­dı­ğı bir tə­sis­at idi, ora­da ca­nı-­qa­nı ilə Azər­bay­ca­na bağ­lı olan şəx­siy­yət­lər yı­ğış­mış­dı, an­ti-­mil­li ün­sür­lər yox...

Si­ya­sət həd­din­dən ar­tıq in­cə­lik­lər­lə zən­gin olan elm ol­du­ğu­na gö­rə onun­la məş­ğul olan­lar da yük­sək in­tel­lek­tə, si­ya­si zə­ka­ya ma­lik ol­ma­lı, cə­miy­yət­də­ki ha­di­sə­lə­rin in­ki­şa­fı və də­yiş­mə­si axa­rı­nı mə­ha­rət­lə duy­ma­lı­dır. Bir ət­ra­fı­nı­za ba­xın...nə gö­rür­sü­nüz? An­caq və an­caq an­ti-­mil­li ün­sür­lər. Sa­at­lıq əqi­də da­şı­yı­cı­la­rı. Mil­lə­tin ta­le­yin­də elə an­lar var ki, bu­ra­da yal­nız və­tən­daş ol­maq ha­di­sə­lə­rə mil­li ma­raq­lar bu­ca­ğın­dan bax­maq la­zım gə­lir. Azər­bay­can xal­qı be­lə an­lar­da bü­töv­lük­də öz möv­qeyi­ni or­ta­lı­ğa qo­ya­raq özü­nü mil­li sə­fər­bər­lik et­mək­lə va­hid möv­qe­dən çı­xış edir. La­kin be­lə mə­sə­lə­lər­də mil­li sə­fər­bər­li­yə qo­şul­ma­yan an­ti-­mil­li ün­sür­lər ­də or­ta­lı­ğa çı­xır. Xal­qın möv­qey­in­dən çı­xış et­mir, özü­nün mar­gi­nal qrup ma­raq­la­rın­dan çı­xış edir, qi­da­lan­dı­ğı, bağ­lı ol­du­ğu mər­kəz­lə­rə öz sə­da­qə­ti­ni sü­but et­mə­yə ça­lı­şır. 44 gün­lük mü­ha­ri­bə­də xalq bu­nu gör­dü...nə isə...

Gən­c­li­yi­mi və şüur­lu hə­ya­tı­mı Hey­dər Əli­yev ide­ya­la­rı­nın cə­miy­yət­də bər­qə­rar ol­ma­sı­na həsr edən və onun uğ­run­da mü­ba­ri­zə apa­ran bir şəxs ki­mi onu bil­dir­mək is­tə­yi­rəm ki, mən öz li­de­ri­mə ina­nı­ram və ina­na­ca­ğam! Əqi­də pal­tar de­yil ki, gün­də bi­ri­ni ge­yi­nə­sən, ya­xud də­bə uy­ğun­laş­dır­asan.

Si­zə bir ri­ya­ziy­yat­çı ki­mi si­ya­si kon­yun­k­tu­ra­ya uy­ma­ma­ğı və ta­ri­xi hə­qi­qət­lə­rə sa­diq ol­ma­ğı töv­si­yə edər­dim.

Özü­nü­zü bir da­ha oxu­yun!

SSRİ ­dö­nə­min­də si­zin ta­rix el­m­lə­ri na­mi­zə­di alim­lik də­rə­cə­si al­maq üçün yaz­dı­ğı­nız "SSRİ xa­ri­ci si­ya­sə­ti­nin sin­fi xa­rak­te­ri və onun ame­ri­kan bur­jua sax­ta­laş­dı­rı­cı­la­rı­nın tən­di­di" möv­zu­sun­da­kı dis­ser­ta­si­ya­nı­zın av­to­re­fe­ra­tı­na bax­maq və bugün­kü möv­qe­yi­niz­lə mü­qa­yi­sə et­mək ki­fa­yət­dir ki, hə­yat yo­lu­nu­za bir da­ha nə­zər sa­la­sı­nız.

Av­to­re­fe­rat­dan sitat­lar:

...Dis­ser­ta­si­ya Ame­ri­ka bur­jua ideo­loq­la­rı­nın So­vet xa­ri­ci si­ya­sə­ti­nin sin­fi xa­rak­te­ri­ni ne­cə sax­ta­laş­dır­dıq­la­rı­nı və Sov.İKP-­nin bü­tün dün­ya zəh­mət­keş­lə­ri­nin ma­raq­la­rı na­mi­nə hə­ya­ta ke­çi­ri­lən si­ya­sə­ti­nə mə­həl qoy­ma­dıq­la­rı­nı gös­tə­rir. Bə­zi ame­ri­ka­lı müəl­lif­lər SSRİ-­nin xa­ri­ci si­ya­sə­ti­nin sin­fi ma­hiy­yə­ti­ni təh­rif edə­rək onun çar Ru­si­ya­sı­nın xa­ri­ci si­ya­sə­tin­dən heç bir fər­qi ol­ma­dı­ğı­nı gös­tər­mə­yə ça­lı­şır­lar. Bu cür təl­qin­lə­rin məq­sə­di bəl­li­dir: so­vet hö­ku­mə­ti­nin sin­fi əsas­lı si­ya­sə­ti­nə köl­gə sal­maq, in­san­la­rı döv­rü­mü­zün ak­tual prob­lem­lə­ri­nin həl­lin­dən ya­yın­dır­maq. Ona gö­rə də sax­ta­kar­la­rın uy­dur­ma­la­rı­nı aman­sız­ca­sı­na if­şa et­mək, on­la­rın hər han­sı ideo­lo­ji hü­cu­mu­na qə­tiy­yət­lə ca­vab ver­mək la­zım­dır.

Ame­ri­ka im­pe­ria­liz­mi­nin ha­kim dai­rə­lə­ri güc­lü təb­li­ğat apa­ra­tın­dan is­ti­fa­də edə­rək So­vet xa­ri­ci si­ya­sə­ti­nin sin­fi ma­hiy­yə­ti haq­qın­da ko­bud ya­lan­lar ya­yır­lar. Bu cür ifa­də­lə­rin əsl ma­hiy­yə­ti­ni V.İ.Le­nin açıq­la­mış­dı: "Bur­jua­zi­ya­nın fəh­lə­lər üzə­rin­də ideo­lo­ji tə­si­ri azal­dıq­da, zəif­lə­dik­də, bur­jua­zi­ya hə­mi­şə və hər yer­də ən çox ya­yıl­mış böh­ta­na əl atıb."

Bu­nun­la be­lə, Ame­ri­ka mür­tə­ce dai­rə­lə­ri­nin so­vet real­lı­ğı­nı təh­rif et­mək cəh­d­lə­ri uğur­suz­luq­la nə­ti­cə­lə­nir. Yü­rü­şə çı­xan ic­ti­maiy­yət öl­kə­miz­də so­sia­lizm qu­ru­cu­lu­ğu­nun uğur­la­rı­nı öz göz­lə­ri ilə gö­rür.

So­vet hö­ku­mə­ti­nin hə­ya­ta ke­çir­di­yi xa­ri­ci si­ya­sət kur­su­nu So­vet İt­ti­fa­qı Kom­mu­nist Par­ti­ya­sı müəy­yən edir...

Be­lə­lik­lə, dis­ser­ta­si­ya­da:

70-80-ci il­lə­rin əv­vəl­lə­rin­də SSRİ-­nin xa­ri­ci si­ya­sə­ti­nin sin­fi ma­hiy­yə­ti­ni və onun əsas Le­ni­nist prin­sip­lə­ri­ni sax­ta­laş­dı­ran ame­ri­kan bur­jua müəl­lif­lə­ri­nin əsər­lə­ri nə­zər­dən ke­çi­ri­lir;

70-ci il­lər­də so­vet xa­ri­ci si­ya­sə­ti­nin qar­daş so­sia­list öl­kə­lə­ri ilə əmək­daş­lı­ğı güc­lən­dir­mə­yə yö­nəl­miş fəa­liy­yə­ti təd­qiq edi­lir,

ame­ri­ka­lı so­ve­to­loq­la­rın el­mi uy­dur­ma­la­rı if­şa olu­nur;

SSRİ-­nin xa­ri­ci si­ya­sə­ti­nin sin­fi ma­hiy­yə­tin­dən irə­li gə­lən 70-ci il­lə­rin dün­ya in­qi­la­bi pro­se­si­nə və mil­li azad­lıq hə­rə­ka­tı­na So­vet İt­ti­fa­qı­nın tə­si­ri gös­tə­ri­lir,

Ame­ri­ka im­pe­ria­liz­mi­nin ideo­loq­la­rı tən­qid edi­lir;

dinc ya­na­şı ya­şa­maq prin­si­pi­nin sin­fi məz­mu­nu ilə bağ­lı ame­ri­ka­lı so­ve­to­loq­la­rın sax­ta kon­s­t­ruk­si­ya­la­rı tən­qid edi­lir;

ABŞ-­ın aq­res­siv im­pe­ria­list məq­səd­lə­ri­nə xid­mət edən və ame­ri­ka­lı so­ve­to­loq­lar tə­rə­fin­dən SSRİ-­nin sül­h­se­vər xa­ri­ci si­ya­sə­ti­nə zər­bə vur­maq üçün is­ti­fa­də edi­lən qon­dar­ma "so­vet təh­lü­kə­si" ilə bağ­lı id­dia­la­rın əsas­sız­lı­ğı if­şa olun­ur.

Apa­rıl­mış təd­qi­qat­lar əsa­sın­da əsər­də 70-80-ci il­lə­rin əv­vəl­lə­rin­də so­vet xa­ri­ci si­ya­sət kur­su­nun sə­mə­rə­li təb­li­ği üçün töv­si­yə­lər ve­ri­lir.

Son­ra­dan Cüm­hu­riy­yət ir­si­ni araş­dır­ma­ğa baş­la­sa­nız ­da "kim bi­zim ki­mi dü­şün­mür­sə, bi­zim düş­mə­ni­miz­dir" bol­şe­vi­zim sin­di­ro­mun­dan azad ola bil­mə­mi­si­niz.

Bü­tün bun­la­rı xa­tır­lat­maq­la de­mək is­tə­yi­rəm ki, bi­zim bü gün su­ve­ren­li­yi­mi­zə qo­vuş­du­ran, 200 il­dən ar­tıq müd­dət­də ar­zu­la­dı­ğı­mız hə­dəf­lə­rə çat­maq üçün Ulu Ön­dər tə­rə­fin­dən iş­lə­nib ha­zır­lan­mış va­hid azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­mız var. Bu azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı mil­li mən­su­biy­yə­ti, mil­li-mə­nə­vi də­yər­lə­ri zən­gin­ləş­dir­mək, ey­ni za­man­da, on­la­rın ümum­bə­şə­ri də­yər­lər­lə sin­te­zin­dən, in­teq­ra­si­ya­sın­dan bəh­rə­lən­mək de­mək­dir. Ey­ni za­man­da xal­qı­mı­zın mil­li mə­nə­vi də­yər­lə­ri­ni həm mü­da­fiə et­mə­yi, həm də qo­ru­yub sax­la­ma­ğı ba­ca­ran, döv­lət­lə və­tən­daş­la­rın mə­na­fe­yi­ni üz­vi şə­kil­də bir­ləş­di­rən uğur­lu tə­məl­dir, uni­tar, hü­qu­qi və de­mok­ra­tik Azər­bay­can döv­lə­ti­nin möh­kəm­lən­di­ril­mə­si­nə və in­ki­şa­fı­na xid­mət et­mək­dir.

Heç şüb­hə­siz ki, Azər­bay­can ad­lı məm­lə­kət nə qə­dər möv­cud­dur­sa, Hey­dər Əli­ye­vin ya­rat­dı­ğı sə­hi­fə ta­ri­xi­miz­lə bir­gə ya­şa­ya­caq­dır. Mən ­də bir ri­ya­ziy­yat­çı, hü­quq­şünas və bir azər­bay­can­lı ki­mi Hey­dər Əli­yev ide­ya­la­rı­nın gə­lə­cək nə­sil­lə­rə ötü­rül­mə­si­nə var qüv­vəm­lə ça­lı­şa­ca­ğam.

Sa­diq Qur­ba­nov,

Mil­li Məc­li­sin Tə­bii eh­ti­yat­lar, ener­ge­ti­ka və eko­lo­gi­ya ko­mi­tə­si­nin səd­ri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Dekabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see147

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see145

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see141

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see135

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see131

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see124

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see124

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see123

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see122

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see122

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see121

Ertan Saban Deha dan getdi

12 Aprel 2025 12:34see120

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see118

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see117

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see114

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see112

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see111

Fiziyev və Sadıxov da Bakıdakı UFC turnirində FOTO

12 Aprel 2025 13:11see110

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri