Icma.az
close
up
RU
Özünüməşğulluq proqramı çərçivəsində klaster müəssisələr yaradılacaq AZƏRTAC

Özünüməşğulluq proqramı çərçivəsində klaster müəssisələr yaradılacaq AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 14 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) rayon (şəhər) İcra hakimiyyətləri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlıq edərək yeni “Avtoklaster” layihəsinə başlayır.

DMA-dan AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində eyni və ya oxşar iqtisadi fəaliyyət sahələri üzrə özünüməşğulluq proqramına cəlb edilərək aktivlərlə təmin ediləcək şəxslərin həmçinin eyni məkanda yerləşdirilməklə klaster müəssisə formasında birgə fəaliyyət göstərmələrinə də imkan yaradılacaq.

Layihəyə ilkin mərhələdə Oğuz rayonunda başlanacaq. Rayonda özünüməşğulluq proqramına cəlb edilmiş bir qrup şəxsin əmək bazarının tələbi, iqtisadiyyatın prioritet sahələri nəzərə alınaraq “Avtodəmirçi xidmətləri - PDR batıqların bərpası”, “Avtorəngsaz”, “Avtoçilingər xidməti - Katalizatorların təmizlənməsi xidməti”, ”Avtoelektrik - Kondisioner təmiri”, “Avtoyağlama xidməti”, “Avtorazval xidməti”, “Avtotəmizləmə xidməti”, “Özünəxidmət avtotəmizləmə xidməti”, “Avtodisk təmiri – Avtomobil şinlərinin bərpası” üzrə əmlaklarla təmin edilməsi və onların eyni məkanda birgə fəaliyyətinin təşkili nəzərdə tutulur.

Məqsəd özünüməşğulluq proqramının səmərəliliyini daha da yüksəltmək, proqramdan yararlanan şəxslərin biznes fəaliyyətlərinin rəqabətə davamlılığını təmin etmək və gəlirlərini artırmaqdır.

Layihə iştirakçılarının seçimi zamanı qeyd edilən sahələrdən biri üzrə təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Müraciət etmək istəyən şəxslər Şəki-Zaqatala Regional Məşğulluq filialının Oğuz rayonu üzrə Xidmət şöbəsinə müraciət edə bilərlər.

Layihənin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri