Özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış Fotolar
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Məmmədov Elşən Alı oğlu və Məmmədov Səyyad Eyvaz oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
“Qafqazinfo” xəbər verir ki, özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə E.Məmmədov üçün avtomobil şinlərinin bərpası və təmiri xidmətləri, S.Məmmədov üçün isə dönərxana üzrə kiçik təsərrüfatlar qurulub.
Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Kürdəmir rayonunda 1606 şəxs üçün kiçik təsərrüfatlar qurulub.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 19 Dekabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















