Cəbrayıl və Füzulidə bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 14 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizdə özünüməşğulluq proqramının icrası işlərini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 14-də Cəbrayıl və Füzuli şəhərinə köçürülən sakinlərdən daha bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.
Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları qadın gözəllik salonu, dərzi sexi, kişi bərbərxanası və dönərxana zərfi üzrə kiçik biznes sahələrini yaradıblar.
Beləliklə, işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərdən artıq 140-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 14 Noyabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















