Icma.az
close
up
RU
“Özünüzü dolamısınız, yoxsa bizi?!”

“Özünüzü dolamısınız, yoxsa bizi?!”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerika səfirinin az qala “Əsrin müqaviləsi”ni də öz adlarına çıxarması, Azərbaycanla tərəfdaşlıq barədə “müdrik-müdrik”, ağızdolusu danışması mənə bir anlıq 2005-ci ilin parlament seçkilərini xatırlatdı. Əsas da Rino Harnişin hərəkətlərini. O Harniş ki, diplomatik fəaliyyətdən başqa hər şeylə məşğul idi, özünü səfir kimi deyil, siyasətçi kimi aparırdı, bölgələrdə təşkil olunan mitinqlərdə eynən radikallar təki alovlu nitqlər söyləyirdi, qısa zaman kəsiyində narıncıların “xaç atası”na çevirilmişdi...

İndi də təxminən oxşar analogiyadır. Mark Libbi vəkil kimi danışır. Ən loyal halda hüquq müdafiəçisi kimi. Adam buyurub ki, son 1 ildə Azərbaycanda xeyli sayda jurnalist həbs olunub və buna görə də demə Qərb dairələri əməlli-başlı narahat qalıbmışlar.

Öz ölkəsində günün-günorta çağı qaradərililər məhv edilir, mitinqlər orta əsr üsulları ilə dağıdılır, Rusiya-Ukrayna müharibəsində 10 minlərlə insan həlak olur, dünyanın, planetin hər tərəfi  bunların ucbatından təlatümlərə, qaranlıqlara bürünür – ondan narahat deyil, amma Azərbaycanda 3-5 xəfiyyənin, agentin ifşa edilməsi cənab səfirin yuxularını əməllicə ərşə çəkib, onu “palaz-palaz” açıqlamalar vermək məcburiyyətində qoyub...

Jurnalist dediyin, dövlət əleyhinə ağır cinayətlər törədən insanlardır, Mark Libbi! Üstəlik, həmin cinayətlər faktla, sübutla, yazışma və səs yazısı ilə, konkret mənbələrlə ortalıqda “göz qamaşdırır”. Hətta “qışqırır”!

“COP-29” öncəsi ölkədə sabitliyin pozulması ilə bağlı məlum dairələrdən konkret tezislər alan, Qərbin, Avropanın pulları ilə açıq anti-milli fəaliyyət sərgiləyən adamların işinə siz jurnalistikamı deyirsiz?

Araşdırmaçı adı ilə yaramaz Sorosun köhnəlmiş, çeynənmiş variantlarını yenidən  tətbiq edənlər, daha doğrusu tətbiq etmək istəyənlər sizin düşüncənizdə, təbirinizdə həqiqətənmi media adamıdır?

Ən iri ölçüdə cinayət sektası, hörümçək toruna bənzər ağlasığmaz mexanizm quranlar, “hüquq müdafiəçisi” qiyafəsində + sosial şəbəkələr üzərindən ictimai rəyə sırınanlar, Xədicə kimi şizofrenikin “şinel”indən çıxanlar, “ReAL” dan uzaqlaşandan sonra “siyasi ulduz” olacağına inandırılanlar və “paçka-paçka” dollarla (istəsəniz, məbləği də açıqlaya bilərəm!) bəslənənlər nə vaxtdan azad sözün, insan hüquqlarının, ədalətin carçısı olublar?

Özünüzü dolamısınız, yoxsa bizi?!

***

Hələ Fransanın ölkəmizdəki səfiri daha dərinə gedərək, il boyunca verdiyi vizaları sayıb və bundan özgüvən standartı düzəltməyə çalışıb. 

Xanım Buayo indiyə qədər özünü gah “məsləhətçi”, gah “ombudsman”, gah da “istintaqçı” kimi aparırdı. Bir qalmışdı, statistika komitəsinin sədri kimi aparmaq, 2 gün öncə onu da elədi.

Amma bu adamın qulağına təcili pıçıldamaq lazım: Sən səfirsən!

O qulaq eşitməsə, digərinə pıçıldamaq lazım: Sən səfirsən!

Özü inanmasa da kimsə onu inandırmalıdır: Sən səfirsən!

Və...başının, beyninin, düşüncənin, təxəyyülünün ölçüsündə olmayan məsələlər barədə mühakimə yürütmək, səlahiyyətindən kənar mövzular barədə şərh, ya da məsləhətlər vermək nə sənə düşər, nə də səndən heç bir fərqi olmayan Emmanuelə...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Dekabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri