Icma.az
close
up
RU
PA rəsmisi: Mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını zəiflədir

PA rəsmisi: Mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını zəiflədir

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Azərbaycan dilinin saflığının qorunması üçün media və jurnalistlərin üzərinə böyük məsuliyyət düşür.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda keçirilən konfransda deyib.

O xatırladıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev Azərbaycan dili ilə bağlı bir sıra konseptual fikirlər səsləndirib, Azərbaycan dilinin saflığının qorunması və yaşadılması ilə bağlı çağırış edib: "Prezident İlham Əliyev çıxışında Azərbaycan dilinin saflığının qorunmasını xüsusilə vurğuladı. Prezidentin Azərbaycan dilinin qorunması ilə bağlı fikirləri qaldırdığı problemə nə qədər həssas yanaşdığını və önəm verdiyini göstərir. Bu eyni zamanda 10 il ərzində bu sahədə görülən işlərə baxmayaraq vəziyyətin qənaətbəxş olmadığını göstərir. Son illər bu istiqamətdə vacib addımlar atılıb. Qanunvericilik bazası təkmilləşdirilib, dilin saflığının qorunması və yad təsirlərdən qorunması üçün addımlar atılıb. Məktəb və universitetlərdə Azərbaycan ədəbi dilin normalarının öyrənilməsinə xüsusi diqqət göstərilir. Şübhəsiz, bu addımlar gələcək nəsil üçün önəmlidir".

O qeyd edib ki, qloballaşma günün reallığıdır və buna uyğunlaşmaq lazımdır: "Qloballaşma ilə dilin saflığının qorunması tarazlaşdırıla bilər. Yeni terminlər dilimizi zənginləşdirə və ya xələl gətirə bilər. Mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını zəiflədir. Buna görə də yeni terminlərin dilimizə uyğunlaşdırılmasında media və dilçilərin üzərinə böyük məsuliyyət düşür. Süni intellekt alətlərinin mediada tətbiqinin müzakirə edildiyi dövdə yaşayırıq. Lakin dilin saflığı da qorunmalıdır. Jurnalist ədəbi dilin normalarına riayət etmirsə, bu, cəmiyyətə də təsir edir. Problemi yalnız səsləndirmək yetərli deyil, həm də praktik addımlar atılmalıdır".

K. Həsənov diqqətə çatdırıb ki, bu baxımdan, son dərəcə strateji, milli kimliklə birbaşa bağlı və dövlət siyasətinin prioritetlərindən biri olan ədəbi dilin saflığının qorunması işlərinin davamlı olması şərtdir/Report.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:20
embedMənbə:https://mia.az
archiveBu xəbər 07 Noyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see220

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see214

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see133

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see132

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see129

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri