Icma.az
close
up
RU
Pakistan beynəlxalq hüququ kobudcasına pozan Ermənistanı rəsmən tanımayıb Musa Qasımlı

Pakistan beynəlxalq hüququ kobudcasına pozan Ermənistanı rəsmən tanımayıb Musa Qasımlı

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Cənab Prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət xəttinin uğurla həyata keçirilməsi nəticəsində dövlətimizin beynəlxalq mövqeləri daim güclənir, ayrı-ayrı dövlətlərlə qarşılıqlı münasibətlərin maddi təməlləri daha da möhkəmləndirilir. Belə ölkələrdən biri Pakistan İslam Respublikasıdır. Baş nazir Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri zamanı keçirilən danışıqlar, imzalanan sənədlər və mətbuata verilən bəyanatlar təkcə mövcud vəziyyət deyil, gələcək perspektivlər baxımından da əhəmiyyətlidir. Heç şübhəsiz, münasibətlərimizin indiki səviyyəsi dünyada birlik, bərabərlik, haqq-ədalət və əməkdaşlıq rəmzi kimi tanınan cənab Prezidentimiz İlham Əliyevin xidmətləridir. Dövlət başçımızın mətbuata bəyanatında dediyi “dövri təmaslarımız iki qardaş ölkə arasında daha sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaratdı” ifadələri son illərdə keçilən yolun nə qədər faydalı olduğunu təsdiq edir. Azərbaycan və Pakistan iki qardaş ölkə olaraq suverenlik və ərazi bütövlüyü məsələsində bir-birinə qarşılıqlı surətdə dəstək verir, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirlər, daim bir-birini dəstəkləyirlər. İki ölkə arasında ticarət dövriyyəsinin Pakistana sərmayə qoyuluşunun həcminin artırılmasının, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkilinin, bütün bunların həyata keçirilməsindən ötrü nəqliyyatın təşkilinin nəzərdə tutulması dövlətimizin artan qüdrətinin, beynəlxalq mövqelərinin möhkəmlənməsinin, eyni zamanda regionda sabitliyin göstəricilərindən biridir.

Baş nazir Məhəmməd Şahbaz Şərifin bəyanatında cənab Prezidentimiz İlham Əliyevə müraciətlə dediyi “Siz Pakistanı dəstəkləmisiniz, Siz Pakistan xalqını sevirsiniz, Siz bu möhtəşəm ölkəyə rəhbərlik etməyə başlayandan bəri sözlərinizi əməllərinizlə sübuta yetirmisiniz” fikirləri 2003-cü ildən bəri dövlət başçımızın Pakistanla münasibətlərdə yürütdüyü siyasətdə həm keçilən yolu, həm mövcud vəziyyəti, həm də gələcək perspektivlər üçün möhkəm zəminin olduğunu göstərir.

Azərbaycanın ən böyük uğurlarından biri Paksitandakı bütün siyasi partiyaların ölkəmizə münasibətdə vahid mövqedən çıxış etmələri, bütün təbəqələrin dostluğa tərəfdar olmalarıdır. Baş nazirin cənab Prezidentimiz haqqında söylədiyi aşağıdakı fikirlər hər bir azərbaycanlı üçün qürurvericidir: “Mən Sizin səmimiyyətinizə, liderliyinizə, müdrikliyinizə və baxışınıza görə həddindən artıq minnətdaram. Əziz qardaşım Prezident İlham Əliyev, Sizi əmin etmək istəyirəm ki, mən etimadınızı doğruldacağam, sizin sürətinizi və üzərinizə götürdüyünüz öhdəliklərinizi qarşılamağa və hətta ondan da artığını etməyə çalışacağam... Bizim dostluğumuz, qardaşlığımız Ərəb dənizinin isti sularından Xəzər dənizinə kimi uzanır. Biz birgə səylərimizlə bunu möhkəmləndirəcəyik, gücləndirəcəyik və İnşallah, bu qardaşlıq dünya var olduqca yaşayacaq.”

Heç şübhəsiz, iki ölkə arasında münasibətlərin indiki səviyyəsinə birdən-birə gəlinməyib. Bəlli bir yol keçilib. Münasibətlərimizin dərin kökləri vardır. Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan və diplomatik əlaqələr quran ilk dövlətlərdən biridir. Ullu öndər Heydər Əliyev Pakistanla münasibətlərə xüsusi diqqət verirdi. Qarşlıqlı səfərlər münasibətlərdə atılan ilk addımlar kimi əhəmiyyətli idi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair məsələ müzakirə edilərkən Pakistan BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik etmiş və ədalətli mövqe tutaraq müvafiq qətnamə qəbul edilmişdi. Pakistan beynəlxalq hüququ kobudcasına pozan Ermənistanı rəsmən tanımayıb və diplomatik əlaqələr qurmayıb. Dövlət başçılarımız dəfələrlə qarşılıqlı səfərlər ediblər. Pakistan Xocalı soyqırımında ədalətli mövqe tutub. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul edib. İkinci Qarabağ müharibəsi zamanı Pakistan Azərbaycana siyasi-diplomatik və mənəvi dəstək verib. Azərbaycan dövləti də 70 ildən çox mövcud olan Kəşmir məsələsində Pakistann haqq işini dəstəkləyib. İki ölkə arasında münasibətlərdə humanitar əməkdaşlıq xüsusi yer tutur. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu bu işdə müstəsna rol oynayıb və oynayr. Pakistanda zəlzələdən ziyan çəkənlərə yardım göstərilib, məktəb tikilib istifadəyə verilib, digər humanitar tədbirlər görülüb və s.

Bu səfər münasibətlərimizin yaxşı perspektivlərinin olduğunu göstərir.

Musa QASIMLI,

vitse-spiker

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Fevral 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri