Pakistan dəmir yolları sahəsində Azərbaycanla əməkdaşlıq imkanlarını araşdırır Nazir
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Pakistan dəmir yolları sahəsində Azərbaycanla əməkdaşlıq imkanlarını, o cümlədən özəl sektorun iştirakını araşdırır.
Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Pakistanın dəmir yolları üzrə dövlət naziri, Pakistan Milli Assambleyasının üzvü Bilal Azhar Kayani bildirib.
Onun sözlərinə görə, hazırda Pakistan Dəmir Yolları ölkədə əsas dəmir yolu xətlərinin genişmiqyaslı yenidənqurulması və modernizasiyası üzrə layihələr həyata keçirir:
“Əsas dəmir yolu xəttimizin tam təkmilləşdirilməsi ilə bağlı planlarımız var. Bu layihə gələcəkdə ölkənin dəmir yolu infrastrukturunun inkişafı üçün möhkəm baza yaradacaq. Bununla yanaşı, region ölkələri ilə birgə regional əlaqəliliyin gücləndirilməsi istiqamətində təşəbbüslər üzərində də əməkdaşlıq edirik”.
Nazir vurğulayıb ki, bu kontekstdə Azərbaycanla əməkdaşlıq xüsusilə əhəmiyyətlidir: “Azərbaycanla həm əsas dəmir yolu xətlərinin modernizasiyası, həm də regional əlaqəliliyin inkişafı sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndiririk. Bu əməkdaşlıqda özəl sektorun iştirakı da nəzərdən keçirilir və dövlətlərarası tərəfdaşlıq yolları dəyərləndirilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 15 May 2025 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















