Pakistan ordusu sərhəd postunu ələ keçirmək istəyən 40 dək əfqan hərbçisini zərərsizləşdirib
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Pakistan ordusu Əfqanıstan silahlı birləşmələrinin sərhəd postuna hücumunun qarşısını alıb, toqquşmalar zamanı hücum edən tərəfin 37 hərbçisi zərərsizləşdirilib.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, silahlı qarşıdurma şimal-qərbdəki Xeybər-Paxtunxva əyalətində yerləşən Qulam-Xan rayonunda baş verib. 80-dən çox əfqan döyüşçüsü yaralanıb.
Tarar qeyd edib ki, fevralın sonunda tərəflər arasında münaqişənin kəskinləşməsindən bəri Kabilin ümumi itkiləri ən azı 796 ölü və 1 043-dən çox yaralı təşkil edib. Pakistan aviasiyası Əfqanıstan ərazisindəki 81 obyektə zərbələr endirib. Əfqan qüvvələrinin 286 postu məhv edilib, daha 44-ü isə Pakistan ordusunun nəzarətinə keçib. Bundan əlavə, Pakistan Silahlı Qüvvələri düşmənin 249-dan çox zirehli texnikasını sıradan çıxarıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 06 Aprel 2026 00:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















