Pakistan Ordusu əfqan hərbçilərini geri çəkilməyə məcbur edib
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Pakistanın hərbi qüvvələri əks-hücum zamanı əfqan hərbçilərini geri çəkilməyə məcbur edib.
Moderator.az xəbər verir ki, bu barədə Pakistanın İnformasiya və Radioyayım Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Əfqanıstan "Taliban"ı Hayber-Paxtunxvada Pakistan-Əfqanıstan sərhədi boyunca bir çox nöqtələrə təhrik edilmədən atəş açıb, buna dərhal və səmərəli cavab verilib", - məlumatda bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, Pakistan hərbçiləri "Taliban"ı Çitral, Xeybər, Mohmand, Kurram və Bacaur rayonlarından sıxışdırıb çıxarmağa davam edirlər.
İlkin məlumatlara görə, Əfqanıstan tərəfi ciddi itkilər verib, düşmənin çoxlu sayda postu, döyüşçülərin sığınacaqları və texnikası məhv edilib.
"Pakistan ərazi bütövlüyünün təmin edilməsi, eləcə də vətəndaşlarının təhlükəsizliyi və müdafiəsi üçün bütün zəruri tədbirləri görəcək", - qurumdan bildirilib.
Baxış sayı:168
Bu xəbər 26 Fevral 2026 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















