Icma.az
close
up
RU
Gömrük postunu ələ keçirmək istəyən KONKRET

Gömrük postunu ələ keçirmək istəyən KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs edilmiş təxribat, girov götürmə və digər ağır cinayətləri planlaşdıran ekstremist qruplaşmanın üzvləri – 1984-cü il təvəllüdlü Fəxrəddin Hacı oğlu Şahmurov və 1960-cı il təvəllüdlü Calal Murac oğlu Muradovun cinayət işi üzrə məhkəmə başlayıb.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən Fəxrəddin Şahmurovun orta təhsilini Azərbaycan dilində almasına baxmayaraq, ona ləzgi dilində də tərcüməçi təqdim olunub.

Daha sonra təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah edilib. Dövlət ittihamçısı isə işin məhkəmə baxışına təyin olunmasını təklif edib. Onun sözlərinə görə, cinayət işinin ibtidai istintaqı aparılan zaman prosessual qaydaların pozuntusuna yol verilməyib.

Daha sonra Cəlal Muradovun vəkili vəsatətlə çıxış edib. O, müvəkkilinin daimi yaşayış yerinin olduğunu deyib və onun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Dövlət ittihamçısı isə vəsatətin təmin olunmamasını, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılmasını təklif edib.

Digər təqsirləndirilən Fəxrəddin Şahmurovun vəkili işin ibtidai istintaqa qaytarılmasını istəyib. Onlar bunu ibtidai istintaq zamanı müvəkkilinin tərcüməçi ilə təmin olunmaması ilə izah edib. Vəkil bildirib ki, işin ibtidai istintaqa qaytarılması zamanı müvəkkili tərcüməçi ilə təmin olunsun, tərcüməçi vasitəsi ilə onun ifadəsi alınsın.

Dövlət ittihamçısı isə vəsatətə etiraz edib. Bildirib ki, təqsirləndirilən şəxs Azərbaycan dilində sərbəst danışıb-oxuya bilir. Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxsin sübutlar siyahısında mövcud olan Azərbaycan dilində yazdığı “Dağıstan” şeiri var: “Bu şeiri Azərbaycan dilində səlist yazmaq qədər bacarığı olduğu üzə çıxır. Vəsatətin verilməsi işin uzadılmasına, cinayətin ağırlığından yayınmağa xidmət edir. Buna görə də vəsatət təmin olunmasın”.

Daha sonra hakimlər heyəti hazırlıq iclasının qərarını açıqlayıblar. Qərara görə vəsatətlər təmin olunmayıb. İşin məhkəmə baxışına verilməsi barədə qərar verilib.

Məhkəmə iclasının qapalı keçirilməsi barədə qərar qəbul edilib.

Məhkəmə baxışı oktyabrın 6-na təyin edilib.

Qeyd edək ki, DTX tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri ilə Azərbaycan vətəndaşları – Fəxrəddin Şahmurov və Calal Muradov digər şəxslərlə əlbir olaraq Azərbaycan Respublikasının konstitusiya quruluşunun əsasları əleyhinə ağır və xüsusilə ağır cinayət əməlləri törətmək məqsədilə sövdələşib, cinayətkar birlik yaradıblar.

Onlar respublika ərazisində gizli görüşlər və sosial şəbəkələrdə müxtəlif qapalı qruplar təşkil edib, dövlət təsisatlarına qarşı təxribat əməlləri törətmələrinə hazırlıq görüblər.

Müəyyənləşdirilib ki, xarici ölkə vətəndaşının da iştirakı ilə təşkil olunmuş gizli toplantıda cinayətkar birliyin bayrağının hazırlandığı bəyan edilərək, birliyin məqsədləri naminə törədiləcək cinayətlərin plan və şərtlərinin işlənib hazırlanmasına rəhbərlik etmək üçün Fəxrəddin Şahmurova təqdim edilib.

Fəxrəddin Şahmurov cinayət qruplaşmasının digər üzvləri ilə birlikdə mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlamış, lakin görülmüş tədbirlərlə mütəşəkkil dəstənin qanunsuz əməllərinin qarşısı alınmışdır.

DTX tərəfindən Fəxrəddin Şahmurova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.215.3 (adamları girov götürməyə hazırlıq), 218.1 (cinayət birlik (təşkilat) yaratma), 274-cü (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar), 281-1.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributu nümayiş etdirmək məqsədilə saxlama və daşıma), 28, 282.2-ci (mütəşəkkil dəstə tərəfindən təxribata hazırlıq), Calal Muradova isə AR Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə (təşkilatda) iştirak etmə), 281.2-ci (bir qrup şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri yekun ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Sentyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri