Pakistan prezidenti: Azərbaycanla Ermənistan arasında sülh regiona sabitlik və rifah gətirəcək
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Azərbaycanla Ermənistan arasında əldə olunacaq razılaşma regionda davamlı sülh, sabitlik və rifahın başlanğıcı olacaq".
Oxu.Az APP-yə istinadla xəbər verir ki, bu fikri Pakistan Prezidenti Asif Əli Zərdari, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovu qəbul edərkən səsləndirib.
Görüş zamanı iki ölkə arasında qarşılıqlı etimad, ortaq dəyərlər və maraqlara əsaslanan qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi müzakirə olunub.
"Pakistan Azərbaycanı əsas strateji tərəfdaş kimi görür və xüsusilə ticarət, iqtisadiyyat və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Genişlənmiş ticarət əlaqələri, investisiya tərəfdaşlığı və regional nəqliyyat imkanlarının yaxşılaşdırılması iki ölkəni daha da yaxınlaşdıracaq və ortaq rifaha xidmət edəcək", - deyə Asif Əli Zərdari vurğulayıb.
Pakistan prezidenti, həmçinin qeyd edib ki, İslamabad münaqişələrin qarşılıqlı hörmət və anlayış əsasında dialoq yolu ilə, yəni dinc yolla həllinə inanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 13 Avqust 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















