Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Pakistan qəzəblidir, Hindistan geri çəkmir SON DURUM

Pakistan qəzəblidir, Hindistan geri çəkmir SON DURUM

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 Regionda böyük partlayışa hazır gərginlik yaşanır

Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində azı 26 nəfər ölüb, 46 nəfər yaralanıb. Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib. Pakistan ordusunun general-leytenantı Əhməd Şərif Çaudrinin sözlərinə görə, Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub.

Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və son məlumata əsasən Hindistanın beş qırıcısı vurulub. Pakistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Asim Munir deyib ki, Hindistanın istənilən hərbi avantürasına sürətli və qətiyyətli cavab veriləcək: "Pakistan regional sülhə sadiq qalmasına baxmayaraq, bizim milli maraqları qorumaq öhdəliyimiz və qətiyyətimiz sarsılmazdır". Munir hərbçilərin nəyin bahasına olursa- olsun, Pakistanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə qərarlı olduğunu bir daha təkrarlayıb. 


"Pakistan münaqişədə gərginliyi artırmayacaq"

Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, Hindistan "Sindur" hərbi əməliyyatını və digər təcavüzkar hərəkətləri dayandırarsa, Pakistan münaqişədə gərginliyi artırmayacaq: "Biz bütün bu müddət ərzində demişik ki, Hindistana qarşı heç nə etməyəcəyik. Əgər Hindistan geri çəkilsə, biz də mütləq hərbi əməliyyatlarımızı dayandıracağıq. Lakin bizə hücum edildiyi müddətdə cavab verməli və özümüzü müdafiə etməli olacağıq". İki ölkə arasında qarşılıqlı zərbələrdən sonra danışıqların mümkünlüyünə dair suala cavab verən nazir qeyd edib ki, o, belə təmasların olmasından xəbərsizdir. 


"Pakistan Hindistanın raket hücumlarına cavab haqqını özündə saxlayır"

Pakistanın Milli Təhlükəsizlik Komitəsi Hindistanın torpaqlarında terror düşərgələrinin olması ilə bağlı iddiasını qəti şəkildə rədd etdiyini açıqlayıb: "Biz beynəlxalq ictimaiyyəti Hindistanın əsassız qanunsuz hərəkətlərinin ciddiliyini tanımağa çağırırıq". Bildirilib ki, Hindistanın zərbələrindən sonra Pakistan silahlı qüvvələrinə müvafiq tədbirlər görmək səlahiyyəti verilib: "BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Pakistan günahsız pakistanlıların həyatını itirməsi və suverenliyinin açıq şəkildə pozulmasına görə qisas almaq üçün özünümüdafiə məqsədilə seçdiyi vaxtda cavab vermək hüququnu özündə saxlayır. Pakistanın Təhlükəsizlik Qüvvələrinə bununla bağlı müvafiq tədbirlər görmək səlahiyyəti verilib". 


Rəsmi Bakı: "Pakistan xalqı ilə həmrəy olaraq..."

Azərbaycan Hindistanla Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub ki, rəsmi Bakı Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyir: "Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq". Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Azərbaycanın sarsılmaz dəstəyini yüksək qiymətləndirib: "Azərbaycanın Hindistanın günahsız dinc sakinlərə qarşı qorxaqcasına hücumlarına cavab olaraq Pakistana göstərdiyi sarsılmaz dəstəyi yüksək qiymətləndiririk. Pakistan və Azərbaycan qardaş olaraq daim birlikdə olacaqlar!". 


"Ankara mülki şəxsləri hədəf alan təxribatçı addımları və hücumları pisləyir"

Türkiyə XİN Hindistanın Pakistanda mülki şəxsləri və mülki infrastrukturu hədəf alan hücumlarını pisləyib: “Türkiyə Pakistan və Hindistan arasında baş verənləri narahatlıqla izləyir”. Qeyd olunub ki, ötən gecə Hindistanın hücumu hərtərəfli müharibə riski yaradıb: "Ankara mülki şəxsləri və mülki infrastrukturu hədəf alan bu cür təxribatçı addımları və hücumları pisləyir. Bundan əlavə, Türkiyə tərəfləri təmkinli olmağa və birtərəfli hərəkətlərdən çəkinməyə çağırır. Ümid edirik ki, bölgədə gərginliyin azaldılması üçün ən qısa zamanda lazımi tədbirlər görüləcək və oxşar hadisələrin təkrarlanmaması üçün terrorla mübarizə də daxil olmaqla, lazımi mexanizmlər yaradılacaq. Biz Pakistanın 22 aprel terror aktı ilə bağlı təhqiqat tələbini dəstəkləyirik". 


"Tammiqyaslı müharibə nə Hindistana, nə də Pakistanın maraqlarına cavab verir"



Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə deyib ki, iki nüvə dövlətinin – Pakistan və Hindistanın gərginliyi Kəşmir bölgəsində baş verən terror aktına görə öz məzmununu və formasını yenilədi. Ekspertin sözlərinə görə, bu, Hindistanla Pakistanı Kəşmirdəki nüfuz xətlərini, hərbiləşdirilmiş əraziləri yeniləməsi üçün geosiyasi istiqamətləri təyin edir: 

"Hindistanın əlində isə nüvə silahından da güclü psixoloji təzyiq vasitəsi olan su resursları var. Hindistanın öz çaylarının Pakistana axmasına icazə verən 1960-cı il müqaviləsindən çıxması Pakistanın kənd təsərrüfatına ciddi ziyan vurur. Bütün bunlar, üstəlik, baş vermiş son hərbi toqquşma iki ölkə arasında hərbi və diplomatik arxa kanalların demək olar ki, tamamilə aradan qaldırıldığını deməyə əsas verir. Ancaq bu deyilənlər təqdim olunan informasiya görüntülərinə istinad edən fikirlərdir. Hadisələrin arxa fonu daha böyük strateji hesablamalara toxunulmasını zəruri edir. Birinci növbədə, Pakistan son illərdə Çinin ekspansasiyasına şərait yaradıb, artıq Pekin İslamabadın hərbi sənayesinə qədər dərindən nüfuz etməyi bacarıb. Yəni regionda Çin-Pakistan üstünlükləri Hindistanı öz hərbi modernləşməsini sürətləndirməsinə gətirib çıxarır. Baş verən toqquşmalar bir növ hərbi arsenalların nə qədər uzağa getdiyini test edir, Çinin bu cəbhədə “müharibə apara biləcəyini” yoxlamağa şərait yaradır. İkincisi, Hindistanın arxasında ABŞ və Fransa dayanır, hərçənd ki, baş verənlər əsas dəstəkçi kimi diqqəti daha çox Vaşinqtona yönləndirir. ABŞ qoşunlarının Əfqanıstandan çıxmasından sonra Pakistanla Ağ Ev arasında hərbi təhlükəsizlik əlaqələri zəifləyib, hətta pisləşib. Strateji baxımdan tammiqyaslı müharibə nə Hindistana, nə də Pakistanın maraqlarına cavab verir. Çünki Hindistanla Pakistan uzunmüddətli müharibəyə tab gətirə bilməz. Hindistanın gələcək eskalasiyadan yayınmaq üçün əməliyyatları “fokuslanmış, ölçülüb-biçilmiş və gərginləşdirilməmiş” əməliyyat kimi xarakterizə etməsi özü də həmin məntiqə istinad edir. Bununla belə, Hindistan-Pakistan gərginliyinin regiona hansı səviyyədə yayılması narahatlıqları artırır". 


"Pakistan üçün hava sahəsi daha şəffafdır"



Politoloq Turab Rzayev deyib ki, Pakistan nüvə texnologiyalarını, ballistik raket və sualtı qayıqları və dron texnologiyasını inkişaf etdirib: 

"Pakistan Hindistan hava sahəsində hava hədəflərini dəqiqliklə izləyə və məhv edə bilir. Bu, Pakistan tərəfinin Hindistandan daha üstün olması deməkdir. Pakistan üçün hava sahəsi daha şəffafdır. Onlar Hindistanın hava sahəsində atdığı addımları öncədən görə bilirlər. Bu qabiliyyət şəbəkə mərkəzli müharibələr üçün çox əhəmiyyətlidir. Burada məsələ Pakistanın fərdi silah sistemlərindən yox, Pakistanın ümumi hava müharibəsi sistemlərindən və onların Hindistan ilə müqayisəsindən gedir. Görünür, Pakistanın Çin və Türkiyə ilə apardığı PUA və şəbəkə mərkəzli müharibə texnologiyaları mübadiləsi Hindistanın ABŞ və İsrail ilə apardığı mübadilələrdən daha real və daha effektiv nəticələr ortaya qoyur. Türkiyənin Koral hava müdafiə sistemlərinin də Pakistan hava sahəsinin müdafiəsinə inteqrasiya edildiyi ilə bağlı məlumatlar mövcuddur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 May 2025 01:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see496

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see467

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see276

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see258

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see253

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see249

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see241

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see238

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see237

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see230

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see222

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see217

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see214

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see212

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see203

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see200

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see192

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see190

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see188

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri