Icma.az
close
up
RU
Pakistan səfiri: Hindistana qəti şəkildə cavab vermək hüququnu özümüzdə saxlayırıq MÜSAHİBƏ

Pakistan səfiri: Hindistana qəti şəkildə cavab vermək hüququnu özümüzdə saxlayırıq MÜSAHİBƏ

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddinin APA-ya müsahibəsi

- Cənab səfir, Hindistan və Pakistan arasında son gərginliyin əsas səbəbləri nədir?

- İki həftə əvvəl Pahalqamda baş verən hadisələrdən sonra Hindistan dərhal Pakistanı onun dəstəklədiyi qüvvələri bu işə qarışmaqda günahlandırmağa başladı. Baş nazirimiz, hökumətimiz Hindistan hökumətindən xahiş etdi ki, sübut təqdim edək. Hətta istənilən beynəlxalq, qərəzsiz araşdırmanın bir hissəsi olmağa hazır olduğumuzu çatdırdıq. İndiyədək Hindistandan heç bir cavab almamışıq. Bununla bağlı nə dünya ictimaiyyəti, nə də BMT Hindistandan heç bir cavab almayıb. Anladığım odur ki, hətta terrorçular indiyə qədər Hindistan hökuməti tərəfindən izlənilməyib və ya tutulmayıb. Ancaq bu sual bir az daha dərinə gedir, çünki o, sadəcə olaraq qarşı tərəfin düşüncə tərzini göstərir. Hindistanın hazırkı faşist rejimi - Narendra Modi Pakistana qarşı əsassız iddialar irəli sürməyə başlamaq üçün hər fürsətdən istifadə edir. Xüsusən, Hindistanda hökumət siyasi problemlərlə üzləşəndə. İndi də BJP-nin (Bharatiya Janata Party – Hindistanda hakim partiya-red.) çətinliklə üzləşdiyi Biharda seçkilərin keçirilmə planlaşdırılır. Ona görə də nə vaxt siyasi məsələlər varsa, belə aldadıcı əməliyyatlar baş verir.

- Demək istəyirsiniz ki, bu məsələdən siyasi rıçaq kimi istifadə olunur?

- Bu, məhz siyasi rıçaq kimi istifadə olunur. 2016-cı ildə Hindistanın işğalı altında olan Cammu və Kəşmirin Uri şəhərində bir hadisə baş verdi. Bu, aldadıcı əməliyyat idi. 2019-cu ildə Pulwama baş verdi və bu da aldadıcı əməliyyat idi. Beləliklə, siyasi baxımdan hər hansı bir problem olduqda, BJP hökuməti bundan istifadə edir. Bunun səbəbi BJP hökumətinin düşüncə tərzinin çox fundamentalist Hindutva təfəkküründə olmasıdır. Bu, çox faşist düşüncə tərzidir. Bu düşüncə təkcə Hindistandakı müsəlmanlara qarşı deyil. Bu zehniyyət Hindistandakı hər hansı dini azlığa qarşıdır. Əminəm ki, hindu əhalisinin əksəriyyəti Baş nazir Modinin bu barədə düşündüyü ilə razılaşmır. Amma çox təəssüf ki, hakimiyyətdə olan rejim budur. Hazırda Baş nazir Modinin ətrafında olan hər kəs, milli təhlükəsizlik müşavirindən tutmuş müdafiə nazirinə qədər hamısı olduqca dini azlıq və müsəlman əleyhdarıdır. Beləliklə, cənab Modinin ətrafında heç bir məntiqli fikir səslənmir.

- Pakistanın bu vəziyyətə yanaşması necədir? Məsələnin sülh yolu ilə həlli istiqamətində hansı addımlar atılır?

- İlk gündən biz təmkin nümayiş etdirdik. Biz Hindistana qarşı nə müharibə qızışdırıcılığına, nə də hər hansı nifrət ritorikası göstərmişik. Biz Hindistanla bacardığımız qədər məntiqli, rasional və sülhsevər olmağa çalışdıq. Amma təəssüflər olsun ki, onlar gecə yarısı ərazimizi qanunsuz olaraq pozdular və bu əməllərə Pakistan qətiyyətli cavab verəcək, çünki Pakistanın mülki əhalisinin və ərazi bütövlüyünün qorunması hökumət üçün hər şeydən vacibdir. Beləliklə, ilkin reaksiya Hindistan təcavüzü başlayanda hərəkət edən qüvvələrin özünümüdafiəsi oldu. Biz onların beş qırıcı təyyarəsini, o cümlədən Hindistanın 4,5 nəsil olması ilə fəxr etdiyi üç Fransız "Rafael"ini vurduq. İndi bu səhər hətta Fransanın hakimiyyət orqanları da etiraf etdilər ki, "Rafael"lərdən ən azı biri vurulub. İlk dəfədir ki, döyüş zamanı 4,5 nəsil təyyarə və "Rafael" vurulur. Beləliklə, biz də Su30-u vurduq. Biz MiQ29-u və bir neçə pilotsuz təyyarə də vurduq. Bu səhər mənim ölkəm yenidən Hindistanın hücumuna məruz qaldı. Hazırda biz Hindistanın 25 pilotsuz təyyarəsini vurmuşuq. Beləliklə, indi onların hava qüvvələrinin pilotları havaya qalxmağa belə hazır deyil, çəkinirlər, onlar bu PUA-ları, dronları, kəşfiyyat təyyarələrini səbrimizi, müdafiəmizi sınaqdan keçirmək üçün göndərirlər. Modinin əhval-ruhiyyəsi və ya hökumətinin ruhi vəziyyətini şərh edə bilmərəm. Lakin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Pakistan qəti şəkildə cavab vermək hüququnu özündə saxlayır. Seçəcəyimiz zaman və məkan bizdən asılıdır. Biz buna məcburuq, Hindistanın hücumuna məruz qaldıq. Hər hansı bir ölkənin özünümüdafiə hüququ olduğu üçün biz də buna uyğun olaraq hərəkət edəcəyik.

- Hindistanın hərbi zərbələrinə cavab olaraq, Pakistan gələcək üçün hansı tədbirləri görüb və ya etməyi planlaşdırır?

- Hərbi cavab kimi nə etmək niyyətində olduğumuzu açıqlamayacağam. Ancaq qeyd etdiyim kimi, beş təyyarəni itirmək onlar üçün böyük bir itkidir. Sadəcə bunu nəzərdə tuturam, bu itkilər Hindistana bir milyard dollara yaxın ziyan vurub. Onların hava qüvvələri indi tam fəaliyyət göstərməyə belə hazır deyil. Buna görə də PUA-ları göndərirlər. Beləliklə, konkret tədbirlərə gəlincə, Pakistan silahlı qüvvələri üçün geniş spektr mövcuddur və biz bu təcavüzə lazımi şəkildə cavab verəcəyik.

-İki nüvə dövləti arasında qarşıdurma region və dünya üçün hansı risklər yaradır?

- Hər iki ölkənin nüvə silahına malik olduğunu nəzərə alsaq, sağlam düşüncəyə malik olan hər kəs təcavüzü düşünməz. Ancaq təəssüf ki, hazırda bu dünyada belə düşünən yalnız bir nəfər və onun kabineti var, o da Hindistanın Baş naziri Narendra Modidir. Onun kabineti açıq şəkildə Pakistanı nüvə müharibəsi ilə hədələyir. Bunun özü müharibə cinayətidir. Başqa bir ölkəni nüvə silahı ilə təhdid etmək beynəlxalq terrorizmin bir formasıdır. Cavabımız ölçülüb-biçilmiş olacaq. Nüvə silahları çox əhəmiyyətsiz bir şey deyil. Onlar çox dağıdıcı silahlardır. Nüvə Holokostu vəziyyətində isə qaliblər yoxdur. Ona görə də mən hesab edirəm ki, Hindistan hökumətində ağıl üstün gələcək və onlar bu ritorikanı dayandıracaqlar, çünki son günlər onlar bizim cavabımızı layiqincə alıblar. Onların təyyarələri milçək kimi vurulur. Ümid edirəm ki, Hindistan hökumətində rasionallıq hökm sürəcək.

-BMT və digər beynəlxalq təşkilatların rolu haqqında nə düşünürsünüz? Onların iştirakını səmərəli hesab edirsinizmi?

-BMT-nin Baş katibi bu işdə müsbət rol oynamağa çalışıb. Amma düşünürəm ki, sözlər hərəkətə uyğun olmalıdır, indi onların sözləri də uyğun olmalıdır. Dünya həqiqətən düşünməlidir ki, Hindistan kimi yaramaz dövlətə, Hindistandakı kimi irrasional liderliyə, indi Hindistandakı kimi faşist rejimə arxayın ola bilərlərmi? Onların hətta nüvə silahına sahib olmasına imkan vermək olarmı? Beləliklə, biz hind jinqoizmini və tutduqları kursu dayandırmaq üçün hər cür sülh və məntiqi çağırışları dəstəkləyəcəyik.

-Bəs mülki əhalinin münaqişənin nəticələrindən qorunması üçün hansı tədbirlər görülür?

-Görürsünüz ki, biz hazırda bir az da əlverişsiz vəziyyətdəyik. Bizim qüvvələrimiz çox peşəkardır. Onlar döyüşdə sərtləşiblər. Hindistan əsgərləri mülki şəxsləri atəşə tutanda kimin öldürülməsi onların vecinə deyil, çünki onların hamısı müsəlmandır, pakistanlıdır. Buna görə də onlara az əhəmiyyət verirlər. Ancaq cavabımıza gəldikdə, demək istəyirəm ki, diqqətli olmalıyıq, çünki bizim qarşımızdakılar, atəş açdıqlarımız da insanlardır. O adamlar müsəlman, hindu və ya xristian ola bilər. Bizim üçün vacib olan, orada insanlar var, orada mülki əhali var. Biz hindlilərə belə zərər vermək istəmirik. Demək istəyirəm ki, mülki əhalinin heç bir təqsiri yoxdur. Hazırda Hindistanda hakimiyyətdə olan bir fanatik şəxs var ki, müsəlmanların qanına susayıb. Çox diqqətli olmalıyıq. Son iki gündəonların briqada qərargahını, postlarını dağıtmışıq, silah-sursatını məhv etmişik. Amma yenə də münaqişənin genişlənməsini istəmirik. Beləliklə, cavabımız həm də özünümüdafiəni ehtiva edir. Hətta vurduğumuz beş təyyarə belə ancaq Pakistana qarşı atəş açan təyyarələr idi. Havada başqa Hindistan təyyarələri də var idi. Biz onları vurmadıq, çünki onlar da bizi vurmamışdılar. Bunu ekspertlər də deyir. Mən burada Hindistan Hərbi Hava Qüvvələrini saymıram. Onların dedikləri ciddi qəbul edilməyə layiq deyil, beynəlxalq müdafiə ekspertləri, hansılar ki, nə etdiyimizi, elektron müharibəyə necə hazır olduğumuzu, sistemlərini necə sıxışdırdığımızı və onları necə vurduğumuzu bilən beynəlxalq müdafiə mütəxəssislərini nəzərdə tuturam. Beləliklə, bunun özü onu göstərir ki, bizim bütün sərhəd zonası boyunca çoxsaylı hədəfləri vurmaq imkanımız var idi. Cənab Modi bunun Bollivud filmi olmadığını başa düşür. Bu real həyatdır. Cənab Modinin etdiklərinə görə əsl günahsız hindular da öldürülə bilər.

-Sizcə, Hindistan və Pakistan arasında uzunmüddətli sülhə nail olmaq üçün nə lazımdır?

-Sülhün yalnız bir yolu var. Gəlin sülhə gedək. Bu, Hindistan və Pakistan arasında Cammu və Kəşmir məsələsində səmimi dialoqdur. Cammu və Kəşmir məsələsi hazırda Təhlükəsizlik Şurasının gündəmindəki ən uzun məsələdir. Pakistan təkcə Hindistanla deyil, bütün qonşularımıza və bütün dünyaya həmişə sülh arzulayıb. Yəni heç bir ölkə münaqişə istəməz. Beləliklə, yeganə həll yolu ilk növbədə Hindistanın, xüsusən Hind Su Müqaviləsi, Hind Vadisi Müqaviləsinin dayandırılması ilə bağlı gördükləri qeyri-qanuni və birtərəfli tədbirləri ləğv etməsidir.

Bu dərhal aradan qaldırılmalı və onların təcavüzü dərhal dayandırılmalıdır. Uzunmüddətli sülh isə dialoq olmadan mümkün deyil. Hətta bilirsiniz ki, döyüş meydanları da problemləri həll etmir.

Gəlin sizin nöqteyi-nəzərinizdən baxaq, demək istəyirəm ki, Ermənistanın bu qədər uzun müddətli işğalından sonra siz müharibədə qalib gəldiniz. Davamlı sülh üçün dialoq olmalıdır. Buna görə də Azərbaycan Ermənistandan öz Konstitusiyasına dəyişiklik etməsini və ATƏT-in Minsk qrupunu ləğv etməsini istəyir.

Deməli, hər bir müdrik dövlət xadimi, hər bir sülhsevər bilir ki, sonda dialoq olmalıdır. Yəni davamlı sülh üçün yeganə həll yolu budur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 May 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see296

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see130

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri