Pakistan təhlükəsizlik qüvvələri 29 terrorçunu öldürüb
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pakistan təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəddə yerləşən Hayber-Paxtunxva əyalətində antiterror əməliyyatı keçirib və 29 yaraqlını öldürüb.
Moderator.az xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar məlumat verib.
Onun sözlərinə görə, əməliyyat kəşfiyyat məlumatları əsasında həyata keçirilib. Quru əməliyyatından sonra təhlükəsizlik qüvvələri Pakistan-Əfqanıstan sərhədi boyunca Camaat ül-Əhrar və Fitna əl-Xaverij sığınacaqlarına və düşərgələrinə zərbələr endirib. Əməliyyat zamanı silah və sursat anbarları da daxil olmaqla yaraqlıların üç obyekti də məhv edilib.
Tarar vurğulayıb ki, ölkənin təhlükəsizliyinə təhdidlər tamamilə aradan qaldırılana qədər antiterror əməliyyatları davam edəcək.
Pakistan ordusunun məlumatına görə, 2025-ci ilin əvvəlindən bəri ölkədə 2597 yaraqlı öldürülüb. Bu dövrdə 5397 terror hücumu baş verib və nəticədə 1235 nəfər həlak olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 29 İyun 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















