Pakistanda hərbi qərargah qarşısında partlayış Ölənlər və yaralananlar var
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində silahlılar hərbiləşdirilmiş təhlükəsizlik qüvvələrinin qərargahı qarşısında bomba yüklü avtomobili partladıb.
Milli.Az xəbər verir ki, nəticədə azı 8 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Polisin məlumatına görə, avtomobil partladılmadan əvvəl içərisindəki 4 hücumçu çıxaraq əsgərlərlə atışmaya girib. Onların hamısı zərərsizləşdirilib.
Partlayışın gücü kilometrlərlə uzaqdan hiss olunub, yaxınlıqdakı binaların şüşələri sınıb, avtomobillərə ziyan dəyib. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qrup üzərinə götürməyib. Lakin ehtimallar tez-tez bölgədə hücumlar törədən Bəlucistan separatçı qruplarına yönəlib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 30 Sentyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















