Pakistanda musson yağışlarının səbəb olduğu sel fəlakətlərində ölənlərin sayı 111 ə çatıb
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
Pakistanda iyunun son həftəsindən bəri təsirli olan musson yağışlarının yaratdığı sel fəlakətində həyatını itirənlərin sayı 111 nəfərə yüksəlib.
Xalqcebhesi.az xəbər verir ki, Pakistanın Milli Fəlakət İdarəetmə Təşkilatının (NDMA) verdiyi açıqlamaya görə, Xayber Paxtunxva, Şərqi Pəncab, Sind və Bəlucistan əyalətlərində musson yağışları hələ də təsirini davam etdirir.
Son 48 saat ərzində yağan güclü yağışların səbəb olduğu sel hadisələrində 7 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığı bildirilib. Beləliklə, 26 iyun–14 iyul tarixləri arasında ölənlərin sayı 111, yaralananların sayı isə 212 olub.
Açıqlamada, ölkə üzrə yağıntının daha da güclənə biləcəyi xəbərdarlığı edilib və yerli rəsmilərə yüksək hazırlıq vəziyyətində olmaları tövsiyə olunub.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 15 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















