Pakistanda qaz kəmərini partlatdılar
Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pakistanın qərbindəki Harnay şəhərində yaraqlılar qaz kəmərini partladıblar, nəticədə Kvetta və Yuxarı Bəlucistana qaz təchizatı qismən dayandırılıb.
Adalet.az xəbər verir ki, bu barədə Pakistanın "The Express Tribune" qəzetinin məlumatında deyilir.
Partlayış nəticəsində yerli enerji şirkəti "Sui Southern Gas Company"yə (SSGC) məxsus qaz kəmərinin borusu zədələnib. Şirkətin nümayəndəsi qəzanı təsdiqləyərək bildirib ki, hadisə yerinə gələn mütəxəssislər qaz təchizatını dayandırıb və yanğını söndürüblər, lakin qaz kəməri tamamilə sıradan çıxıb.
SSGC-nin nümayəndəsi bəyan edib ki, boru kəmərinin zədələnmiş hissəsinin təmirinə hüquq-mühafizə orqanlarından icazə alındıqdan sonra başlanılacaq. Təmir işlərinin 12-24 saat davam edəcəyi və bundan sonra qaz təchizatının bərpa olunacağı gözlənilir.
Baxış sayı:94
Bu xəbər 31 Mart 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















