Pakistanda Raxşan Bölmə Komissarı Əsəd Ullah Kakar qaçırılıb
Icma.az bildirir, Oxumeni.az portalına istinadən.
Naməlum silahlı şəxslər Raxşan Bölmə Komissarı Əsəd Ullah Kakarı Pakistanın Bəlucistan əyalətində qaçırıblar. Polisin məlumatına görə, o, Kvettadan Xarana şəxsi avtomobillə gedərkən hücum edənlər onun avtomobilini saxlayıblar.
Oxuməni.az xəbər verir ki, Dawn nəşrinin məlumatına görə, hücum edənlər Barşonki yaxınlığında Noşki-Xaran avtomobil yolunu bağlayaraq məmurun avtomobilini saxlayıblar. Qaçıranlar əvvəlcə Kakarı, sürücüsünü və avtomobili özləri ilə aparıblar.
Yüksək vəzifəli polis məmurunun sözlərinə görə, sürücü daha sonra sərbəst buraxılıb. O, Harana çatıb və məmurlara rəisinin qaçırılması barədə məlumat verib. Nəşrin məlumatına görə, Kakar Bəlucistanda qaçırılan daha bir Pakistan İnzibati Xidməti məmurudur.
Rəsmilərin bildirdiyinə görə, ötən ay Haran komissarının müavini Munir Əhməd Soomro təxminən eyni rayonda oğurlanıb. Nəşrdə Əsəd Ullah Kakarın oğurlanmasının arxasında kimin dayandığı dəqiq göstərilməyib.
Əziz MUSTAFA
Baxış sayı:73
Bu xəbər 16 Oktyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















