Icma.az
close
up
RU
Pakistandan ət idxalı canlı heyvan və ot formasında olmalıdır İqtisadçıdan TƏKLİF

Pakistandan ət idxalı canlı heyvan və ot formasında olmalıdır İqtisadçıdan TƏKLİF

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Pakistanda heyvandarlıq sektoru ölkəmizlə müqayisədə qiymət baxımından olduqca münasibdir. Ölkənin illik ət istehsalı 1.7-2 milyon, hətta müxtəlif zamanlarda 2.2 milyon tondur. İşçi qüvvəsinin bolluğu, əmək haqqının aşağı olması, həmçinin yem qiymətlərinin ucuz olması mal və qoyun ətinin ucuz olmasına səbəbdir".

Bu fikirləri Redaktor.az-a iqtisadçı Günay Hüseynova Pakistanın Azərbaycana ət ixracına başlamaq üçün rəsmi icazə almasından danışarkən bildirdi.

Onun sözlərinə görə, yerli istehsal daxili bazarı 80-85 % təmin edir:

"Qalan hissəni isə Rusiya, Gürcüstan, hətta donmuş məhsul şəklində Braziliyadan idxal edirik. Pakistandan idxal digər idxal qiymətlərinə müəyyən qədər təsir göstərəcək.

Məsələnin əsas məqamı isə istehlakçının məhsula marağı və həmçinin kəndlinin mövqeyidir. Məlumdur ki, kənd və rayonlarda işsizlik səviyyəsi pik həddədir. Bəzi kəndlər var ki, sadəcə 5-6 sakini var. İşsizlik səbəbindən paytaxt Bakıya üz tutublar. Qalan əhali isə heyvandarlıq və əkinçiliklə məşğul olaraq öz ehtiyaclarını qarşılayırlar. Belə bir mühitdə qalan kənd təsərrüfatı da zəifləyəcək".

İqtisadçının fikrincə, məşğulluğu artırmaq və kənd təsərrüfatını inkişaf etdirmək məqsədi ilə Pakistandan ət idxalı canlı heyvan və ot idxalı formasında olmalı, həmçinin kənd və rayonlarda, şəhər ətrafı ərazilərdə torpağın kateqoriyasından asılı olmayaraq təsərrüfatla məşğul olmaq istəyən şəxslərə ədalətli şəkildə paylanmalıdır:

"Məhsul ucuz başa gəlir deyə biz yerli istehsalı azaldıb davamlı idxal edə bilmərik. Həmçinin vətəndaşın da mövqeyi nəzərə alınaraq diri heyvan qiymətlər tənzimlənənədək idxal olunmalıdır".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri