Icma.az
close
up
RU
Pakistanın DND xəbər agentliyində Azərbaycan Pakistan əlaqələrindən bəhs edən məqalə dərc olunub

Pakistanın DND xəbər agentliyində Azərbaycan Pakistan əlaqələrindən bəhs edən məqalə dərc olunub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 may, AZƏRTAC

Pakistanın DND xəbər agentliyində Azərbaycan-Pakistan əlaqələrindən bəhs edən məqalə dərc olunub. Yazının müəllifi Hina Haroon iki ölkə xalqlarının bir-birinə çətin zamanlarda göstərdiyi dəstəyini yüksək qiymətləndirib. AZƏRTAC məqaləni təqdim edir.

İlk dəfə Bakıya gələndə Lahor və Bakı əhalisinin oxşar olduğunu hiss elədim. Onların bizə olan sevgisini və hörmətini hər yerdə görmək mümkün idi. Bakıda yerləşən Multanı karvansarasında içilən bir fincan çay daimi tarixi bağları təmsil edir və hər bir azərbaycanlının Pakistanı qardaş ölkə kimi hiss edərək böyük sevgi göstərdiyini ifadə edir.

Azərbaycan Pakistanda zəlzələ də olsa, sel də olsa hər zaman onun yanında olan bir ölkədir. Bu münasibətlər Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməllərə dayanır və hazırda Azərbaycanın Prezidenti İlham Əliyev bu əlaqələri uğurla davam etdirir. Rəsmi sənədlər göstərir ki, Ulu Öndər Heydər Əliyevin 1996-cı ilin aprel ayında Pakistana səfəri tarixdə dönüş nöqtəsi yaradıb. Pakistan Ermənistanın azərbaycanlılara qarşı təcavüzünü hər zaman qınayıb və hər bir azərbaycanlının şərəfini üstün tutaraq Ermənistanı heç vaxt müstəqil dövlət kimi tanımayıb.

Belə bir deyim var ki, müharibələr kimin dost, kimin düşmən olduğunu göstərir. Ötən günlərdə qonşu Hindistan Pakistanın yerli raketlər və döyüş təyyarələri istehsalçısı olduğunu unudaraq Pəncab əyalətinə raketlərlə hücum etdi. Pakistan 11 saatlıq “Bunyan-un-Marsoos əməliyyatı” ilə əks-hücuma keçərək Hindistanın “Sindoor əməliyyatı”nı məhv etdi. 11 saatlıq döyüş bölgəsində baş verənlər bu məqalənin yer alacaq tək sətirlər qədər deyil, çünki mən müdafiə analitiki deyiləm. Bu yazıda sadəcə olaraq Azərbaycanın istər Kəşmir münaqişəsi olsun, istərsə də Pakistana qarşı Hindistan təcavüzü olsun, həmişə ölkəmizə göstərdiyi güclü, daimi və sonsuz dəstəyi qələmə alaraq qardaş ölkəyə təşəkkür edirəm.

Azərbaycan hökuməti İslamabaddakı səfirliyi vasitəsilə mayın 9-da Hindistanın təcavüzünə qarşı Pakistanı tam dəstəklədiyini bəyan edərək bu çətin dövrlərdə Pakistanın yanında olduğunu bildirdi. İslamabad Azərbaycandan yüksək və açıq dəstək alarkən, iki ölkə arasında dəniz əməkdaşlığını gücləndirmək məqsədi ilə Türkiyə dəniz qüvvələrinə məxsus TCG Büyükada gəmisi Pakistanın Kəraçi şəhərinə səfər edib. Bütün bu hadisələr Azərbaycan-Pakistan-Türkiyə üçbucağının sülhü və üçtərəfli diplomatiyanı qoruduğunu bir daha sübut etdi. Üç ölkə müntəzəm olaraq birgə hərbi təlimlər keçirir, planları bölüşür və ehtiyac duyulan anda hər zaman bir-birinə dəstək olur.

Pakistanın bir neçə ölkə ilə hərbi əlaqələri var, lakin onlar Kəşmir məsələsində Pakistanla diplomatik arenada hər çətin anda çiyin-çiyinə dayanan Azərbaycan və Türkiyə kimi onun yanındadırmı? Cavab sadəcə olaraq “xeyr”dir. Bəs onları diplomatik sferada vahid bir qurum kimi dəyişdirən münasibətlərində unikal nədir? Burada diqqətimi Azərbaycana və Pakistana yönəldirəm, çünki onların ikitərəfli əlaqələri mənim diqqət mərkəzindədir. Bir sıra analitiklər hesab edir ki, Azərbaycanın Kəşmir məsələsində Pakistana həmişə dəstək verməsinin səbəbi Pakistanın BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı bir neçə qətnaməsinin həmmüəllifi olmasına görədir. Lakin Azərbaycan 44 günlük Vətən müharibəsində qələbədən qazandıqdan və Qarabağı azad etdikdən sonra da Pakistanın işini dəstəkləməyə davam edir. Anladığıma və azərbaycanlılarla görüşərkən yaşadıqlarıma görə, əminəm ki, burada bir-birinə qarşı sevgi və hörmətə əsaslanan güclü əlaqə var. Azərbaycan və Pakistan doğmadır, çünki hər iki xalq pozitivliyə və məhsuldarlığa inanır. Hər hansısa bir gizli və mənfi niyyətləri yoxdur. Hər ikisi təhlükəsiz, suveren, firavan gələcək istəyir və onlar bir-birinə dəstəkdir.

Mən Bakıda azərbaycanlı dostlarımla görüşmək üçün növbəti fürsəti gözləyirəm və onlara deyirəm: Təşəkkür edirəm, Azərbaycan!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see352

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see178

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri