Icma.az
close
up
RU
Palata dövlət qurumunda yoxlamalar apardı milyonluq nöqsanlar üzə çıxdı

Palata dövlət qurumunda yoxlamalar apardı milyonluq nöqsanlar üzə çıxdı

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq "Azəristiliktəchizat" ASC üzrə dövlət vəsaitlərinin və digər əmlakının idarə olunmasına dair uyğunluq auditi aparılıb.

Modern.az xəbər verir ki, bu barədə palata məlumat yayıb.

Bildirilib ki, kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 1 yanvar 2023-cü ildən 1 aprel 2025-ci il tarixinə qədər olan müddət əhatə olunub, audit predmetinin pul vəsaitlərinin hərəkəti üzərindən faktiki maliyyə tutumu ümumilikdə daxilolmalar üzrə 149.3 milyon manat, xaricolmalar üzrə 146.7 milyon manat olub.

Auditlə əsasən aşağıdakılar müəyyən edilib:

- İstehsal edilmiş istilik enerjisinə çəkilən xərclərin tərkibində qaz (müvafiq olaraq, 27 milyon 140.1 min manat və 27 milyon 140.1 min manat) və enerji (müvafiq olaraq, 5 milyon 794.1 min manat və 5 milyon 834.4 min manat) xərclərinin xüsusi çəkisi 2023-cü ildə 57.5%, 2024-cü ildə isə 57.1% təşkil edib ki, bu da auditlə əhatə olunan dövrdə (əsasən hesabat illərinin I və IV rüblərində) dövlət büdcəsindən subsidiyalaşdırma tələbatının yaranmasını şərtləndirən və nəticə etibarı ilə istilik təchizatı xidmətlərinin tariflərinin həcmini formalaşdıran əsas amillərdən olub.

İstilik təchizatı xidmətləri haqlarının əhali istehlakçı və qeyri-əhali istehlakçı qrupları üzrə son illər ardıcıl olaraq yüksəldilməsi kimi əməliyyat fəaliyyətindən gəlirlərin artırılmasına səbəb olan tənzimləmələrin tətbiqi şəraitində dövlət büdcəsindən ayrılan subsidiya məbləğinin tədricən optimallaşdırılmasına 2025-ci ildə başlanılmayıb.

İki il ərzində dövlət büdcəsindən 89.6 milyon manat subsidiya məbləğinin və 5.5 milyon manat əsaslı xərclərin maliyyələşdirilməsi şəraitində hesabat illərinin yekunlarının müqayisəsi istilik enerjisi istehsalının 3.7 min Gkal (0.3%), istilik enerjisi alışının 8 min Gkal (6.1%), satışın (norma üzrə itkilər çıxıldıqdan sonra) həcminin 10.1 min Gkal (0.8%), abonent bazasının əhali istehlakçı qrupu üzrə 0.2% və qeyri-əhali istehlakçı qrupu üzrə 6%, gəlirlərin 3.9 milyon manat məbləğində (7.5%) artmasını, gəlirin əldə edilməsi ilə bağlı xərclərin təxminən eyni səviyyədə qalmasını və zərərin 3.5 milyon manat (75.3%) məbləğində azalmasını göstərib.

Təqdim edilmiş məlumatlara əsasən, 2024-cü ildə bir Gkal istilik enerjisinin maya dəyəri bütün istehlakçı qrupları üzrə ümumilikdə 37 manata, o cümlədən əhali istehlakçı qrupu üzrə 43 manata, qeyri-əhali istehlakçı qrupu üzrə 37 manata yaxın təşkil etməklə əhali istehlakçı qrupu üzrə sonuncu artırılmış tarifi 2 dəfədən də çox üstələyib, qeyri-əhali istehlakçı qrupu üzrə müqavilə qiymətindən isə aşağı olub.

Təqdim edilmiş məlumatlara əsasən, müxtəlif ünvanlarda yerləşməklə ümumi mənzil sayı 6 746 olan 213 binada istilik təchizatı xidmətləri alan mənzillərin sayının hər bina üzrə 10 mənzil və ya 10 mənzildən az, o cümlədən binalardakı ümumi sayı 4 670-ə bərabər mənzillər üzrə istilik təchizatı xidmətləri alan mənzillərin xüsusi çəkisinin 20 və daha aşağı faiz intervallarında olması və s. bu kimi hallar mövcuddur ki, bu da uzun illər ərzində əhali istehlakçı qrupuna istilik xidmətlərinin mərkəzləşdirilmiş qaydada təchizatı sahəsində zəruri işlərin (sistemin modernləşdirilməsi ilə abonent bazasının və isidilən sahələrin genişləndirilməsi) lazımi səviyyədə həyata keçirilməməsi deməkdir.

Nəticə etibarı ilə qeyd etmək olar ki, əməliyyat fəaliyyəti çərçivəsində əhali istehlakçı qrupuna aid çoxmənzilli binalara tam həcmdə istilik təchizatı xidmətlərinin göstərilməsi üçün əsas infrastruktur (borular, paylayıcılar, işçi heyəti, qaz, elektrik enerjisi və s. məsrəflər) təminatı və müvafiq elementlər üzrə xərclərin qarşılanması müqabilində satış potensialı faktiki olaraq tam həcmdə reallaşdırılmır. Mövcud vəziyyət bir tərəfdən əhali istehlakçı qrupu üzrə tarifin (satış qiymətinin) maya dəyərindən dəfələrlə aşağı səviyyədə tənzimlənməsi şəraitində abonent bazasının genişləndirilməsinin perspektivli (iqtisadi cəhətdən rentabelli) olmamasını (zərərin daha da yüksəlməsinə səbəb olmasını) şərtləndirib, digər tərəfdən dövlət əmlakının idarə edilməsinin səmərəlilik meyarları ilə uyğunsuzluqlar yaradıb.

Ümumilikdə, 244 ədəd qazanxananın faktiki yerləşdiyi obyektlərin (daşınmaz əmlakların) "Azəristiliktəchizat"a aid olmaması, o cümlədən bir qisminin konservasiya statusunda olması və yaxud bitməmiş formasında tikili qalması "Azəristiliktəchizat"ın fəaliyyətində dayanıqlılığın təmin olunması baxımından balans mənsubiyyətinin optimallaşdırılması məsələlərini aktuallaşdırıb.

İlkin uçot məlumatları ümumi debitor borcların məbləğinin 1 yanvar 2023-cü il tarixinə 20 milyon 758.9 min manat, 1 yanvar 2025-ci il tarixinə 24 milyon 749.4 min manat, 1 aprel 2025-ci il tarixinə isə 34 milyon 532.6 min manat təşkil etdiyini göstərib, eyni zamanda auditlə əhatə olunan dövrdə satışdan gəlirlərin yığım səviyyəsinin hesabat illərinin əvvəlinə olan borclar nəzərə alınmadan ümumilikdə 86-90% (o cümlədən, əhali istehlakçı qrupu üzrə 71-78%) intervalında olsa da hesabat illərinin əvvəlinə olan bütün borclar nəzərə alınmaqla ümumilikdə 40-45% (o cümlədən, əhali istehlakçı qrupu üzrə 20-25%) intervalında dəyişdiyini deməyə əsas verib.

Dövlət büdcəsindən maliyyələşdirilən investisiya qoyuluşları hesabına Bakı şəhərində tikilmiş, yenidən qurulmuş və ya modernləşdirilmiş qazanxanaların müvafiq tərkib hissələrinin timsalında 1 milyon 618 min 067 manat dəyərində aktivlərin maliyyə (mühasibat) uçotunda müvafiq qaydada əks etdirilməsi təmin edilməyib.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması çərçivəsində 3 milyon 654.3 min manat məbləğində olan hissəsinin müvafiq qaydada (əsasən, uçota) bərpa olunmasını nəzərə alıb, digər nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair irəli sürülmüş təkliflərin yerinə yetirilməsi, eləcə də aşkar edilmiş müvafiq məsələlərlə əlaqədar qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə uyğun tədbirlərin həyata keçirilməsi üçün zəruri sənəd və məlumatların aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Oktyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri