Palata bu dövlət qurumunda yoxlama apardı: pozuntular aşkarlandı ÖZƏL
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Hesablama Palatası daha bir dövlət qurumunda yoxlama (nəzarəti tədbiri) aparıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, Palatanın əməkdaşları bir neçə gün əvvəl Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) olublar.
Məlumata görə, Palata yoxlamaların nəticələrini analiz edir. Qurumda ciddi maliyyə pozuntularının aşkarlandığı bildirilir. Yaxın günlərdə bu barədə yekun rəyin dərc edilməsi gözlənilir.
Məsələ ilə bağlı ANAMA ilə əlaqə saxladıq.
Qurumdan sorğumuza cavab olaraq yoxlamanın keçirildiyi təsdiqlənib. Bildirilib ki, yoxlamanın yekun rəyi hələlik hazır deyil.
Qeyd edək ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci il 18 iyul tarixində yaradılıb. Prezident İlham Əliyevin 2021-ci il tarixli sərəncamı iləagentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb.
Agentliyin əsas vəzifəsi ölkə ərazilərinin mina və digər partlayıcı sursatlardan təmizlənməsi məqsədi ilə minatəmizləmə fəaliyyətlərinin təşkili və əlaqələndirilməsinin həyata keçirilməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 22 Yanvar 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















