Icma.az
close
up
RU
Təhlükəsiz tullantıların idarə olunması üzrə fəaliyyətin səmərəli təşkil edilmədiyi aşkarlanıb AZƏRTAC

Təhlükəsiz tullantıların idarə olunması üzrə fəaliyyətin səmərəli təşkil edilmədiyi aşkarlanıb AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 24 yanvar, AZƏRTAC

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən kollegiya iclasında Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Milli Məclisin üzvləri Tahir Mirkişili, Vüqar Rəhimzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və nazirliyin digər məsul şəxsləri iştirak ediblər.

İclasda “Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib.

Qeyd olunub ki, audit Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və tabeliyində fəaliyyət göstərən qurumların, eləcə də “Təmiz Şəhər” ASC-nin və Bakı şəhər İcra Hakimiyyətinin, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax və Şirvan şəhər icra hakimiyyətlərinin, eyni zamanda, Abşeron, Ağcabədi, Bərdə və Beyləqan rayon icra hakimiyyətlərinin strukturunda olan müvafiq tabeli qurumlarının aidiyyəti (auditin predmetinə aid olan) fəaliyyəti əhatə olunmaqla aparılıb.

Bildirilib ki, abonent bazasının tam yaradılmaması, xidmət haqları üzrə böyük potensialın reallaşdırılmaması, əhali istehlakçı qrupu üzrə rəsmiləşən dövriyyələrdə nağd əməliyyatlara üstünlük verilməsi, regional poliqonlarda bəzi hallarda sanitar-epidemioloji və ekoloji normaların gözlənilməməsi, sahə üzrə mütərəqqi üsulların genişləndirilməməsi, tarifləşmənin iqtisadi əsaslarının texnoloji tərəflərlə uzlaşmaması, strateji və əməliyyat planlaşdırılmasının əhəmiyyətli indikatorlar üzrə institusional quruluşdakı strukturları tam əhatə etməməsi, mövcud hədəflərə isə tam nail olunmaması, maliyyə hesabatlılığına və dövlət satınalmaları prosedurlarına dair şəffaflığı səciyyələndirən meyarlara tam əməl edilməməsi, statistik hesabatlılıqda uyğunsuzluqlara yol verilməsi, icazə verilməyən ünvanlarda yaranmış tullantı sahələrinin aradan qaldırılmasına nail olunmaması, dövlət büdcəsinin vəsaitlərindən asılılığın tədricən aradan qaldırılmaması və s. təhlükəsiz tullantıların idarə olunması prosesi üzrə fəaliyyətin səmərəli və nəticəli təşkil edilmədiyini göstərib.

Sonra ekologiya və təbii sərvətlər nazirinin müavini auditin nəticələrinin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəyini, nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə Hesablama Palatasının təklif və tövsiyələrinin nəzərə alınacağını qeyd edib.

Müzakirələr zamanı Milli Məclisin deputatları tərəfindən bəzi məsələlərə dair bir sıra fikirlər irəli sürülüb, təkliflər səsləndirilib. Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərar qəbul olunub.

Sonda gündəlikdə dayanan digər məsələlərə baxılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Yanvar 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see286

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see166

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see124

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri