Icma.az
close
up
RU
Palestine Action fəalları Britaniyanın hərbi təyyarələrini zədələyiblər

Palestine Action fəalları Britaniyanın hərbi təyyarələrini zədələyiblər

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Palestine Action" qrupunun fəalları Britaniya Hərbi Hava Qüvvələrinin Brayz-Norton aviabazasına daxil olaraq iki "Airbus Voyager" yanacaqdoldurma təyyarəsinə ziyan vurublar.

Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Mail" nəşri qrupun yaydığı bəyanata istinadla məlumat paylaşıb.

Məqalədə bildirilir ki, bu gün səhər saatlarında "Palestine Action" qrupunun iki üzvü elektrik skuterlərlə bazaya daxil olub və iki "Voyager" təyyarəsinin mühərriklərinə boya çiləyib. Həmin anlara dair görüntülər də sosial mediada paylaşılıb.

Aksiyadan sonra fəallar hadisə yerindən izsiz şəkildə uzaqlaşa biliblər. Qrupun iddiasına görə, onlar, həmçinin təyyarələrin gövdəsinə linqlərlə əlavə ziyan vurublar.

Böyük Britaniyanın Müdafiə Nazirliyi baş verənləri "vandalizm aktı" adlandıraraq hadisəni qətiyyətlə pisləyib və məsələ ilə bağlı polis orqanları ilə sıx əməkdaşlıq etdiyini açıqlayıb.

Qeyd edilir ki, "Voyager" təyyarələri Britaniya hərbi aviasiyasının əməliyyat çevikliyini təmin edən əsas elementlərdən biridir. Bu təyyarələr 109 tona qədər yanacaq daşıya bilir və digər, o cümlədən qırıcı təyyarələrin havada yanacaqla təmin olunması üçün istifadə edilir.

Britaniya Hərbi Hava Qüvvələrinin ixtiyarında doqquz belə təyyarə var. Daha beş "Voyager" isə kommersiya sektorunda fəaliyyət göstərsə də, lazım gəldikdə hərbi tapşırıqlar üçün geri çağırıla bilər.

Nəşrin məlumatına əsasən, İsrail və İran arasında gərginliyin artması fonunda London bu təyyarələrin bir hissəsini Yaxın Şərqə göndərməyi planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyun 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri