Icma.az
close
up
RU
“Palmeyras” ilə “Flamenqo”nun çempionluğa iddiası davam edir

“Palmeyras” ilə “Flamenqo”nun çempionluğa iddiası davam edir

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

A seriyasında keçirilən 28-ci və 29-cu turların oyunlarından sonra liderlər qrupunda vəziyyət dəyişmədi.

"Football-plus.az" xəbər verir ki, İki turun nəticələri “Palmeyras” ilə “Flamenqo”nun çempionluğa əsas namizədlər olduğunu bir daha göstərdi. Qızıl medallar uğrunda mübarizədə digər iddiaçı “Kruzeyro” isə artıq şərikli liderlərdən bir oyun çox keçirməklə 5 xal geri qalır.
İki tur əvvəl 25 oyuna 55 xalla şərikli lider və 1-ci yerdə olan “Palmeyras” həm də A seriyasının potensial lideri idi. Abel Ferreyranın komandası əvvəlcə 12-ci turdan təxirə salınan ev oyununda “Juventude”ni 4:1 hesabıyla məğlub etməklə əsas rəqibi “Flamenqo”nu 3 xal geridə qoydu. 28-ci turun “Braqantino” ilə ev oyununu daha böyükhesablı qələbə - 5:1 ilə başa vuran san paululular üçün növbəti matçın ciddi sınaq olacağı məlum idi.
“Yaşıllar” çempionluq yarışında əsas rəqibi “Flamenqo”nun qonağı oldular. Rio de Janeyroda keçirilən oyun ev sahibləri üçün daha vacib sayılırdı. Belə ki, “qırmızı-qaralar” yalnız qələbə qazanacağı halda yenidən şərikli lider olacaqdılar. Onlar “Palmeyras”a qarşı dueldən əvvəl Braziliyanın son çempionu “Botafoqo”nu 3:0 hesabıyla məğlub etmişdilər. Mövsümün həlledici mərhələsinin əvvəlində “Marakana”da baş tutan “Palmeyras” ilə oyunu 71 mindən çox tamaşaçı izlədi. 29-cu turun mərkəzi oyunu statusuna görə ümidləri tamamilə doğrultdu. 4 qolun vurulduğu ilk hissəni izləməyə dəyərdi. 10-cu dəqiqədə Pedronun ötürməsi ilə hesabı açan De Arraskaeta bu mövsüm 15-ci qolunu vurmaqla bombardirlərin siyahısında lider olan Kayo Jorjeyə (Kruzeyro) çatdı. 14 dəqiqə sonra hesabı bərabərləşdirən Vitor Roke isə 13-cü qoluna sevindi. Lakin o və komandası hissənin son dəqiqələrində ikiqat məyusluq yaşadılar. Əvvəlcə Jorjinyo penalti ilə ev sahiblərinin 2-ci, az sonra Pedro 3-cü qolunu vurdu. “Flamenqo” fasilədən sonra əsasən hesabı qorumaq üçün oynadı. Buna böyük ölçüdə nail olan Filipe Luisin komandası yalnız son saniyələrdə qapısından 2-ci topu buraxdı. Amma nəticə dəyişmədi: 3:2 hesabıyla qalib gələn rio de janeyrolular yenidən şərikli lider oldular.
Qeyd edək ki, onlar topların fərqinə (+41) əsasən üstün olsalar da, san paululular daha çox - 19 qələbə qazandığı üçün 1-ci yeri tuturlar. 61 xala malik olan “Palmeyras” ilə “Flamenqo”nun ehtiyatda bir təxirə salınan oyununun olduğunu da qeyd edək.
Artıq bir neçə turdu 3-cü yerdə olan “Kruzeyro” son iki oyunda hesabına 4 xal yazdı. Səfərdə “Atletiko Mineyro” ilə 1:1 hesablı heç-heçəyə razılaşan Leonardo Jardimin komandası evdə “Fortaleza”ya bir qolla qalib gəldi. Belu orizontelilər bu nəticələrlə mövqeyində qaldılar.
İki tur əvvəl 4-cü yerdə olan “Botafoqo” evdə “Flamenqo”dan üç cavabsız top buraxandan sonra səfərdə “Seara”ya 2:0 hesabıyla qalib gəldi. Son çempion bu nəticələrlə 5-ci yerə düşdü.
Ona görə ki, rio de janeyroluların əsas izləyicilərindən olan “Mirassol” iki oyuna maksimum xal qazandı. Evdə “İnternasyonal”ı 3:1, “San Paulu”nu 3:0 hesabıyla məğlub edən debütant 13-cü turdan təxirə salınan oyunda
“Fluminense”yə 2:1 hesabıyla qalib gələrək 4-cü yerə çıxdı.
28-ci tur
Palmeyras - Braqantino 5:1

Fuxs, 45+6. Vitor Roke, 58; 89. Anderson, 73. X.Lopes, 84 - Con Con, 38-p.
Botafoqo RJ - Flamenqo 0:3
Pedro, 40. Luis Arauxo, 70. Plata, 80.
Atletiko Mineyro - Kruzeyro 1:1
Ruan, 51 – Pereyra, 48.
Vitoriya - Bayya 2:1
Renato Kayzer, 26-p. Kaseres, 64 - Tyaqo, 41.
Mirassol – İnternasyonal 3:1
Moura, 26. Reynaldo, 45+5. Nequeba, 49 – Tyaqo Maya, 38.
Sport Resife - Seara 1:1
Karius, 87 – Pedro Raul, 83.
Santos - Korintians 3:1
Ze Rafael, 4. Barreal, 39. Rollhayzer, 55-p. - Ranyele, 58.
Fortaleza - Vasku da Qama 0:2
Rayan, 45+4. David, 82.
Qremio - San Paulu 2:0
Vinisius, 39; 56-p.
Fluminense - Juventude 1:0
Tyaqo Silva, 90+8.
29-cu tur
Flamenqo - Palmeyras 3:2

De Arraskaeta, 10. Jorjinyo, 42-p. Pedro, 45 - Vitor Roke, 24. Q.Qomes, 90+4.
Kruzeyro - Fortaleza 1:0
Kristian, 20.
Seara - Botafoqo RJ 0:2
Ramos, 39. Jeffinyo, 78.
Korintians - Atletiko Mineyro 1:0
Maykon, 49.
Mirassol - San Paulu 3:0
Alesson, 1. Reynaldo, 35-p. Karlos Eduardo, 69-p.
İnternasyonal - Sport Resife 2:0
Borre, 24. Bruno Enrike, 68.
Bayya - Qremio 4:0
Yaqo, 4. Villian Joze, 10. Duarte, 54. Nestor, 90+3.
Juventude - Braqantino 1:0
Peyşotu, 40.
Vasku da Qama - Fluminense 2:0
Rayan, 38. Nunu Moreyra, 52.
Santos - Vitoriya 0:1
Mateuzinyo, 41.
12-ci turdan təxirə salınan oyun
Palmeyras - Juventude 4:1

Rafael Veyqa, 27. Bruno Rodriges, 44. Fuxs, 49. Anderson, 56 – Sam, 76.
13-cü turdan təxirə salınan oyun
Mirassol – Fluminense 2:1

Markes, 36. Nequeba, 86 – Martinelli, 56.
14-cü turdan təxirə salınan oyun
Atletiko Mineyro - Sport Resife 3:1

Viktor Uqo, 9. Gilyerme Arana, 38. Roni, 62 – Laserda, 82-p.
1. Palmeyras 28 19 4 5 53-26 61
2. Flamenqo 28 18 7 3 56-15 61
3. Kruzeyro 29 16 8 5 42-21 56
4. Mirassol 29 14 10 5 50-30 52
5. Botafoqo RJ 29 13 7 9 39-26 46
6. Bayya 28 13 7 8 39-32 46
7. Fluminense 28 12 5 11 35-35 41
8. Vasku da Qama 29 11 6 12 46-41 39
9. San Paulu 29 10 8 11 31-33 38
10. Braqantino 29 10 6 13 34-44 36
11. Korintians 29 9 9 11 31-35 36
12. Qremio 29 9 9 11 30-37 36
13. Seara 28 9 8 11 27-27 35
14. İnternasyonal 28 9 8 11 35-41 35
15. Atletiko Mineyro 28 8 9 11 26-32 33
16. Santos 28 8 7 13 28-40 31
17. Vitoriya 29 7 10 12 27-43 31
18. Juventude 29 7 5 17 23-53 26
19. Fortaleza 28 6 6 16 26-44 24
20. Sport Resife 28 2 11 15 21-44 17
Bombardirlər: De Arraskaeta (Flamenqo), Kayo Jorje (Kruzeyro) - 15, Vitor Roke (Palmeyras) - 13, Pedro (Flamenqo), Veqetti (Vasku da Qama) - 12.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Oktyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see250

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see223

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see177

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see169

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see151

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see150

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see144

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see141

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see141

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri