Icma.az
close
up
RU
“Flamenqo” çempionluğa daha da yaxınlaşdı

“Flamenqo” çempionluğa daha da yaxınlaşdı

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

A seriyasında 35-ci və 36-cı turun bəzi oyunlarından sonra turnir cədvəlinin ilk iki pilləsində yerdəyişmə baş vermədi. Buna baxmayaraq, lider “Flamenqo” ilə əsas izləyicisi “Palmeyras” arasındakı xal fərqi artdı.

"Football-plus.az" xəbər verir ki, artıq “Flamenqo”nun çempionluğa daha da yaxınlaşdığını əminliklə demək olar.
35-ci tur ərəfəsində “Palmeyras”ı 2 xal qabaqlayan “Flamenqo” üçün “Braqantino” ilə ev oyununun çətin keçməyəcəyini güman etmək olardı. Amma Filipe Luisin komandası oyun planında üstünlüyə baxmayaraq, ilk hissədə hesabı aça bilmədi. Meydan sahibləri fasilədən sonra azarkeşlərinin nigarançılığına son qoydu. 50-ci dəqiqədə De Arraskaeta Jorjinyonun ötürməsi ilə hesabı açdı. 31 yaşlı uruqvaylı yarımmüdafiəçi bu mövsüm çempionatda 18-ci qolunun sevincini yaşadı. 14 dəqiqə sonra Avropadakı uzunmüddətli karyerasını başa vuraraq doğulduğu ölkəyə qayıdan 33 yaşlı Jorjinyo penalti ilə fərqi iki topa çatdırdı. 72-ci dəqiqədə isə De Arraskaeta Bruno Enrikenin 3-cü qolu vurmasına assistentlik etdi.
3:0 hesablı qələbə ilə mövqeyini qoruyan “Flamenqo”nun “Atletiko Mineyro” ilə səfər oyunu çox çətin keçdi. Argentinalı Xorxe Sampaolinin çalışdırdığı yerli komanda oyun planında üstün olmasa da, fasilə ərəfəsində Bernard ilə hesabı açdı. Qələbə ev sahiblərinə Sudamerikana Kubokuna vəsiqə üçün çox lazım idi. Lakin qonaqlar fasilədən sonra üstünlüyünü daha da artırdılar. “Flamenqo” məğlubiyyətdən meydana ikinci hissədə çıxan Bruno Enrikenin 90+2-ci dəqiqədəki qolu ilə qaça bildi. Filipe Luisin komandası iki oyuna 4 xal toplamaqla həm 1-ci yerdə qaldı, həm də əsas izləyicisindən 5 xal önə keçdi.
Çünki “Palmeyras” iki oyunda hesabına yalnız minimal xal yaza bildi. “Yaşıllar”ın “Fluminense” ilə oyununun asan olmayacağı gözlənilirdi. Əvvəlki turda derbidə “Flamenqo”ya 2:1 hesabıyla qalib gəlməklə “Palmeyras”a çempionluq yolunda böyük dəstək olan “Flu” bu dəfə san paululuları büdrətdi. Libertadores Kubokunun (LK) növbəti mövsümündə oynamağa can atan Luis Subeldiyanın komandası oyun ərzində topa nəzarətdə rəqibinə 46-54 faiz nisbətində uduzsa da, qapıya (18-14) və “çərçivə”yə (4-2) zərbələr üzrə öndə oldu. “Palmeyras”ın qapçısı Migel 4 seyvi ilə komandasını evdə uduzmaqdan xilas etdi. Ancaq o, 36-cı turun “Qremio” ilə səfər oyununda oyundaşlarıyla birgə məğlubiyyət acısı çəkdi. Abel Ferreyranın komandası 24-cü dəqiqədə hesabı açsa da, üstünlüyünü ikinci hissəyə daşıya bilmədi: Amuzunun qolu ilk yarıda 1:1 hesabını rəsmiləşdirdi. “Palmeyras”lılar ikinci hissədə daha çox kobud oyunla yadda qaldılar. Nəticədə onların qapısına iki penalti təyin olundu. Hər iki şansı qola çevirən ev sahibləri sonda 3:2 hesabıyla qalib gəldilər. Son 5 oyunda yalnız 2 xal qazana bilən Ferreyranın komandası lider “Flamenqo”dan 5 xal geri düşdü. Bu isə o deməkdi ki, “Palmeyras”ın həlledici iki turda bu fərqi aradan qaldırıb çempion olmaq şansı möcüzəyə bağlıdı.
Uzun müddət çempionluğa daha bir iddiaçı olan “Kruzeyro” evdə “Korintians”a 3:0 hesabıyla qalib gəldi. Leonardo Jardimin komandası bu qələbə ilə qızıl medallara iddiasını davam etdirdi. Ardıcıl ikinci matçda dubl edən Kayo Jorje bombardirlərin yarışında 21 qolla vahid liderliyini bir qədər də möhkəmləndirdi.
4-cü yerdə olan “Mirassol” da 35-ci turu inamlı qələbə ilə başa vurdu. “Seara”nı üç cavabsız qolla üstələyən Rafael Quanaesin komandasının əvvəlki turda tarixində ilk dəfə LK-da iştirak etmək hüququ qazandığını xatırladaq.
“Botafoqo” da 35-ci turu maksimum xalla başa vurdu. Braziliyanın son çempionu “Qremio” üzərində 3:2 hesablı qələbə qazandı. Bu da var ki, 32-ci turdan sonra titulu əldən verən Davide Ançelottinin komandasının mövsümü mükafatçılar sırasında başa vura bilməyəcəyi dəqiqləşdi.
35-ci tur
Flamenqo - Braqantino 3:0
De Arraskaeta, 50. Jorjinyo, 64-p. Bruno Enrike, 72.
Palmeyras - Fluminense 0:0
Kruzeyro - Korintians 3:0
Kayo Jorje, 26; 49. Arroyo, 64.
Mirassol - Seara 3:0
Nequeba, 3. Reynaldo, 23. Alesson, 77.
Botafoqo RJ – Qremio 3:2
Kuyabano, 15. Artur, 19. Marçal, 83 – Andre Enrike, 49. Vinisius, 90.
San Paulu - Juventude 2:1
Bobadilya, 7. Riqoni, 90+4 – Ferrarezi, 90+6-öz qapısına.
Bayya - Vasku da Qama 1:0
Pulqa, 73.
Sport Resife - Vitoriya 1:3
Pablo, 29 – Kandido, 13-öz qapısına. Aytor, 15. Renato Kayzer, 48.
İnternasyonal - Santos 1:1
Alan Patrik, 20 – Barreal, 62.
“Fortaleza” – “Atletiko Mineyro” oyunu noyabrın 30-da keçiriləcək.
36-cı tur
Atletiko Mineyro – Flamenqo 1:1
Bernard, 34 – Bruno Enrike, 90+2.
Qremio – Palmeyras 3:2
Amuzu, 45+3. Vinisius, 61-p. Villian, 85-p. - Torres, 23. Benedetti, 90+3.
Braqantino – Fortaleza 0:1
Bareyro, 76.
Fluminense – San Paulu 6:0
Kanobbio, 9-p.; 77. Martinelli, 16. Nonato, 24. Kennedi, 69. Serna, 87.
1. Flamenqo 36 22 9 5 74-24 75
2. Palmeyras 36 21 7 8 60-32 70
3. Kruzeyro 35 19 11 5 52-25 68
4. Mirassol 35 17 12 6 58-34 63
5. Fluminense 36 17 7 12 46-38 58
6. Botafoqo RJ 35 16 10 9 50-32 58
7. Bayya 35 16 8 11 47-43 56
8. San Paulu 36 13 9 14 40-46 48
9. Qremio 36 12 10 14 42-48 46
10. Braqantino 36 13 6 17 40-54 45
11. Korintians 35 12 9 14 38-42 45
12. Atletiko Mineyro 35 11 12 12 38-40 45
13. Vasku da Qama 35 12 6 17 50-52 42
14. Seara 35 11 9 15 32-35 42
15. İnternasyonal 35 10 11 14 40-48 41
16. Vitoriya 35 9 12 14 32-48 39
17. Santos 35 9 11 15 36-50 38
18. Fortaleza 35 9 10 16 38-53 37
19. Juventude 35 9 6 20 33-64 33
20. Sport Resife 35 2 11 22 28-66 17
Bombardirlər: Kayo Jorje (Kruzeyro) - 21, De Arraskaeta (Flamenqo) - 18, Vitor Roke (Palmeyras) - 16, Veqetti (Vasku da Qama) - 14.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri