Icma.az
close
up
RU
“Palmeyras” uduzdu, “Flamenqo” lider oldu

“Palmeyras” uduzdu, “Flamenqo” lider oldu

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Braziliya çempionatında keçirilən 6-cı turun oyunlarından sonra turnir cədvəlində lider dəyişdi. Bu vəziyyət “Palmeyras” ilə “Flamenqo”nun fərqli nəticələr göstərməsinə görə qaçılmaz oldu.

Yeni mövsümə evdə son çempion “Botafoqo” ilə qolsuz heç-heçə etməklə başlayan “Palmeyras” ardcıl 4 qələbə ilə vahid liderliyi ələ almışdı. Ötən mövsümün vitse-çempionunun qələbə seriyasını davam etdirmək ehtimalı çox idi. Lakin tura 13-cü yerdə başlayan “Bayya” ilə ev oyununun nəticəsi gözlənilməz oldu. Abel Ferreyranın komandası oyunboyu rəqib qapısına həmlələr etsə də, hesabı heç cür aça bilmədi. Bu, azmış kimi Kayki əsas vaxta əlavə olunan 3-cü dəqiqədə san pauluları şoka salan qol vurdu. Nəticədə qələbə seriyası qırılan “Palmeyras” bu mövsüm ilk məğlubiyyətini alaraq liderliyi itirdi.
Ona görə ki, liderin əsas izləyicisi turu maksimum nəticə ilə başa vurdu. Son mövsümün bürünc mükafatçısı “Flamenqo” evdə “Korintians”ı darmadağın etdi. Filipe Luisin komandası matçın nəticəsini böyük ölçüdə ilk hissədə müəyyən etdi. Everton, De Arraskaeta və Pedronun vurduğu qollar qonaqların aqibətini müəyyənləşdirdi. İkinci hissədə Pedronun penaltini qola çevirməsi rio de janeyrolularun 4:0 hesablı qələbəsini təmin etdi. Maraq üçün yanvarda “Qarabağ”dan ayrılaraq “Flamenqo”ya keçən hücumçu Juninyonun son üç çempionat matçında meydana çıxmaq şansı qazanmadığını da qeyd edək. Onun komandası ardıcıl ikinci böyükhesablı qələbə ilə liderliyi yenidən ələ aldı.
Mövsümün ilk 5 oyununda yalnız 5 xal toplayan “Botafoqo” azarkeşlərini qələbə ilə sevindirdi. Son çempion “Fluminense”nin qapısından iki cavabsız top keçirdi. Rio de Janeyro derbisindəki uğurlu nəticə Renato Payvanın komandasını 15-ci yerdən 8-ə yüksəltdi.
Hesabat turundan sonra “Braqantino” 13 xal toplamaqla “Palmeyras” ilə 2-3-cü yerləri bölüşür. “Kruzeyro” ilə “Fluminense” isə hərəyə 10 xalla 4-5-ci yerləri tuturlar.
6-cı tur
Palmeyras - Bayya 0:1

Kayki, 90+3.
Flamenqo – Korintians 4:0
Everton, 5. De Arraskaeta, 34. Pedro, 37; 78-p.
Botafoqo RJ - Fluminense 2:0
Vitinyo, 37. Savarino, 90+5.
Santos - Braqantino 1:2
David Vaşinqton, 90+4 – Eduardo Saşa, 63. Lakintana, 83.
İnternasyonal - Juventude 3:1
Viktor Qabriel, 18; 39. Borre, 61 – Batalya, 4.
Mirassol - Atletiko Mineyro 2:2
Edson Karioka, 12. Reynaldo, 90+2 – Roni, 70. Halk, 80-p.
Seara - San Paulu 1:1
Pedro Enrike, 4 – Ryan Fransisko, 34.
Sport Resife - Fortaleza 0:0

Kruzeyro - Vasku da Qama 1:0
Kristian, 64.
Vitoriya - Qremio 1:1
Karlinyos, 66 - Jemerson, 20.
1. Flamenqo 6 4 2 0 15-2 14
2. Palmeyras 6 4 1 1 7-3 13
3. Braqantino 6 4 1 1 8-5 13
4. Kruzeyro 6 3 1 2 7-6 10
5. Fluminense 6 3 1 2 6-6 10
6. İnternasyonal 6 2 3 1 8-4 9
7. Bayya 6 2 3 1 6-7 9
8. Botafoqo RJ 6 2 2 2 6-4 8
9. Seara 6 2 2 2 8-7 8
10. San Paulu 6 1 5 0 6-5 8
11. Vasku da Qama 6 2 1 3 6-8 7
12. Korintians 6 2 1 3 6-10 7
13. Juventude 6 2 1 3 7-14 7
14. Mirassol 6 1 4 1 11-9 7
15. Fortaleza 6 1 3 2 5-5 6
16. Vitoriya 6 1 3 2 7-9 6
17. Atletiko Mineyro 6 1 3 2 6-8 6
18. Qremio 6 1 2 2 5-11 5
19. Santos 6 1 1 4 7-9 4
20. Sport Resife 6 0 2 4 3-8 2
Bombardirlər: De Arraskaeta (Flamenqo) - 5, Pedro (Flamenqo), Reynaldo (Mirassol), Pedro Raul (Seara), Veqetti (Vasku da Qama) - 4.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 May 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri