Paltaryuyandakı bu rejim bəzən paltarlara zərər verir: Səbəb nədir?
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Paltaryuyan maşında “sürətli yuma” rejimi az çirklənmiş geyimlərin və yataq dəstlərinin tez təzələnməsi üçün rahat seçim hesab olunur. Lakin onun təmizləmə effektivliyi çirklənmə dərəcəsindən asılıdır.
Demokrat.az xəbər verir ki, bu barədə “Better Homes and Gardens” məlumat yayıb.
Sürətli yuma rejimi həqiqətən işləyirmi?
Mütəxəssis Meri Qagliardi bildirir ki, nəticə paltaryuyan maşının növündən və texniki xüsusiyyətlərindən asılıdır.
Onun sözlərinə görə, bir çox istehsalçı bu rejimin müddətini azaltmaq üçün durulama dövrləri arasında yüksək sürətli sıxma mərhələlərindən bir qismini ləğv edir. Bu isə ümumilikdə təmizləmə gücünü zəiflədə bilər.
Nə zaman istifadə etmək olar?
Mütəxəssis qeyd edir ki, sürətli yuma rejimi az istifadə olunmuş, ciddi çirklənməyən əşyalar üçün uyğundur — məsələn, qonaq dəsmalları və ya qısa müddət istifadə edilmiş yataq dəstləri.
O, həmçinin isti su, az miqdarda yuyucu toz və mümkün olduqda əlavə durulama mərhələsindən istifadə etməyi tövsiyə edir.
Sürətli yuma həm də su və enerji sərfiyyatını azaldır, buna görə yüngül çirklənmiş əşyalar üçün praktik seçim sayılır.
Digər faydalı istifadə üsulu isə maşında unudulmuş və nəm qalan paltarların yenidən yuyulmasıdır. Bu halda əlavə yuma prosesi xoşagəlməz qoxunu aradan qaldıra bilər.
Nə zaman istifadə etməmək lazımdır?
Mütəxəssis vurğulayır ki, sürətli yuma rejimi hər zaman uyğun deyil. Əksər hallarda paltarlar düşündüyümüzdən daha çirkli olur və normal və ya intensiv yuma dövrü daha effektiv nəticə verir.
Çətin ləkələr olan geyimlər üçün isə xüsusi ləkə təmizləyicilər, uyğun halda ağardıcı və dezinfeksiyaedici vasitələrdən istifadə etmək tövsiyə olunur.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Paltaryuyandakı kifləri və tozu necə təmizləməli?
29 Avqust 2025 09:54
Ayda bəzən sirli işıqların görünməsinə səbəb nədir?..
21 Noyabr 2025 22:56
Bu yuma rejimlərindən imtina edin paltarlara zərər verir
22 Aprel 2026 16:50
Sonsuzluğa səbəb nədir?
20 İyun 2025 01:37
Tənbəlliyə səbəb nədir?
22 İyul 2025 22:31
Baxış sayı:172
Bu xəbər 11 May 2026 20:36 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları