Icma.az
close
up
RU
Pambığın alqı satqısı ilə bağlı sənədləşdirmə proseduru DƏYİŞİR

Pambığın alqı satqısı ilə bağlı sənədləşdirmə proseduru DƏYİŞİR

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pambığın alqı-satqısı ilə bağlı sənədləşdirmə proseduru dəyişir.

Oxu.Az xəbər verir ki, bu, "Pambıqçılıq haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, pambığın alqı-satqısı tərəflərin razılığı ilə tərtib edilmiş müqaviləyə əsasən həyata keçirilir və Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilir. Alqı-satqı müqaviləsində pambığın toxumluq və ya texniki məqsədlər üçün alınması, pambığın növlər üzrə satınalma qiyməti, kəmiyyət və keyfiyyət göstəriciləri, pambığın dəyərinin ödənilməsi vaxtı və digər şərtlər əks olunmalıdır.

Mövcud qanunvericilikdə isə pambığın alqı-satqısı tərəflərin razılığı ilə tərtib edilmiş müqaviləyə əsasən həyata keçirilir və müvafiq qaydada tərtib edilmiş pambıq qəbulu qəbzi ilə sənədləşdirilir. Alqı-satqı müqaviləsində pambığın toxumluq və ya texniki məqsədlər üçün alınması, pambığın növlər üzrə satınalma qiyməti, kəmiyyət və keyfiyyət göstəriciləri, pambığın dəyərinin ödənilməsi vaxtı və digər şərtlər əks edilməlidir.

Qeyd edək ki, qanun layihəsi pambığın alqı-satqısının sənədləşdirilməsi qaydasının Vergi Məcəlləsinin 71-1-ci (elektron qaimə-fakturaları) və 71-2-ci maddələrinin (malların alış aktı) tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanıb. Belə ki, qanun layihəsinə əsasən, pambığın alqı-satqısı üçün xüsusi olaraq nəzərdə tutulan "pambıq qəbulu sənədi"nin ləğvi və bu malın satışının elektron qaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilməsi nəzərdə tutulur.

Pambıq qəbulu qəbzi-üzərinə Maliyyə Nazirliyindən alınan xüsusi seriyaların həkk edildiyi ciddi hesabat blankı olub pambığın alqı-satqısı ilə əlaqədar satıcı və alıcı arasında hesablaşmanın aparılması üçün əsas sənəddir.

Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın 3.14-cü bəndinə əsasən məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları sistemə daxil etməlidirlər.

Subsidiyaların verilməsi prosesi zamanı digər kənd təsərrüfatı məhsullarında (buğda, şəkər çuğunduru və s.) məhsulun təhvil verilməsi elektron sənədlərlə (elektron qaimə-faktura və ya elektron alış aktı) təsdiqlənir. Yalnız pambıq üzrə bu günə qədər qəbul qəbzi kağız şəklində istifadə olunur ki, bu da "Elektron kənd təsərrüfatı informasiya sistemi"ndə (EKTİS) ikili yanaşma və statistik uyğunsuzluq yaradır. Həmçinin kağız sənədlər EKTİS ilə Dövlət Vergi Xİdmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS) inteqrasiya olunmur, bu da məlumat axınında gecikmələr və uyğunsuzluq yaradır. Bununla yanaşı, kağız sənədlərlə aparılan əməliyyatlar üzrə real vaxtda izləmə və yoxlama imkanı yoxdur, bu isə büdcə vəsaitlərinin nəzarətsiz xərclənməsi riskini artırır.

Qeyd edilənlərə əsasən pambıq məhsulunun qəbul qəbzinin kağız daşıyıcılarda tərtib olunması həm prosesin elektronlaşmasına və asanlaşmasına mane olur, belə ki, vətəndaşlar qəbzi skan edərək EKTİS-ə daxil etməyə məcbur qalırlar.

Layihənin qəbul edilməsi nəticəsində pambıq bitkisinə münasibətdə də məhsulun təhvil verilməsinin (alınmasının) təsdiq edilməsi prosesi elektronlaşdırılmaqla EKTİS ilə AVİS arasında inteqrasiya əsasında real vaxt rejimində məhsulun qəbuluna dair məlumatların əldə edilməsi, seriya və nömrələrin unikallığının təmin edilməsi ilə vergi və subsidiyalar üzrə avtomatlaşdırılmış təhlilin aparılması, sahibkarlar və fermerlər üçün əməliyyatların sadələşdirilməsi, dövlət tərəfindən maliyyə nəzarətinin və şəffaflığın artırılması, habelə dövlət büdcəsinin vəsaitinə qənaət edilməsi mümkün olacaq və elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid üzrə ölkə siyasəti davam etdiriləcəkdir.

Qanun layihəsi parlamentin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə edilib.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 May 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri