Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Pambığın alqı satqısı ilə bağlı sənədləşdirmə proseduru dəyişir

Pambığın alqı satqısı ilə bağlı sənədləşdirmə proseduru dəyişir

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclis "Pambıqçılıq haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsini üçüncü oxunuşda qəbul edib.

Oxu.Az xəbər verir ki, layihə parlamentin bugünkü iclasında müzakirəyə çıxarılaraq təsdiqlənib.

Layihəyə əsasən, pambığın alqı-satqısı ilə bağlı sənədləşdirmə proseduru dəyişir.

Sənəddə qeyd edilir ki, pambığın alqı-satqısı tərəflərin razılığı ilə tərtib edilmiş müqaviləyə əsasən həyata keçirilir və Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilir. Alqı-satqı müqaviləsində pambığın toxumluq və ya texniki məqsədlər üçün alınması, pambığın növlər üzrə satınalma qiyməti, kəmiyyət və keyfiyyət göstəriciləri, pambığın dəyərinin ödənilməsi vaxtı və digər şərtlər əks olunmalıdır.

Mövcud qanunvericilikdə isə pambığın alqı-satqısı tərəflərin razılığı ilə tərtib edilmiş müqaviləyə əsasən həyata keçirilir və müvafiq qaydada tərtib edilmiş pambıq qəbulu qəbzi ilə sənədləşdirilir. Alqı-satqı müqaviləsində pambığın toxumluq və ya texniki məqsədlər üçün alınması, pambığın növlər üzrə satınalma qiyməti, kəmiyyət və keyfiyyət göstəriciləri, pambığın dəyərinin ödənilməsi vaxtı və digər şərtlər əks edilməlidir.

Qeyd edək ki, qanun layihəsi pambığın alqı-satqısının sənədləşdirilməsi qaydasının Vergi Məcəlləsinin 71-1-ci (elektron qaimə-fakturaları) və 71-2-ci maddələrinin (malların alış aktı) tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanıb. Belə ki, qanun layihəsinə əsasən, pambığın alqı-satqısı üçün xüsusi olaraq nəzərdə tutulan "pambıq qəbulu sənədi"nin ləğvi və bu malın satışının elektron qaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilməsi nəzərdə tutulur.

Pambıq qəbulu qəbzi Maliyyə Nazirliyindən alınan xüsusi seriyaların həkk edildiyi ciddi hesabat blankı olub pambığın alqı-satqısı ilə əlaqədar satıcı və alıcı arasında hesablaşmanın aparılması üçün əsas sənəddir.

Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın 3.14-cü bəndinə əsasən, məhsul subsidiyası ilə bağlı hər il fermerlər nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər.

Subsidiyaların verilməsi prosesi zamanı digər kənd təsərrüfatı məhsullarında (buğda, şəkər çuğunduru və s.) məhsulun təhvil verilməsi elektron sənədlərlə (elektron qaimə-faktura və ya elektron alış aktı) təsdiqlənir. Yalnız pambıq üzrə bu günə qədər qəbul qəbzi kağız şəklində istifadə olunur ki, bu da "Elektron kənd təsərrüfatı informasiya sistemi"ndə (EKTİS) ikili yanaşma və statistik uyğunsuzluq yaradır. Həmçinin kağız sənədlər EKTİS ilə Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS) inteqrasiya olunmur, bu da məlumat axınında gecikmələr və uyğunsuzluq yaradır. Bununla yanaşı, kağız sənədlərlə aparılan əməliyyatlar üzrə real vaxtda izləmə və yoxlama imkanı yoxdur, bu isə büdcə vəsaitlərinin nəzarətsiz xərclənməsi riskini artırır.

Qeyd edilənlərə əsasən, pambıq məhsulunun qəbul qəbzinin kağız daşıyıcılarda tərtib olunması həm prosesin elektronlaşmasına və asanlaşmasına mane olur, belə ki, vətəndaşlar qəbzi skan edərək EKTİS-ə daxil etməyə məcbur qalırlar.

Layihənin qəbul edilməsi nəticəsində pambıq bitkisinə münasibətdə də məhsulun təhvil verilməsinin (alınmasının) təsdiq edilməsi prosesi elektronlaşdırılmaqla EKTİS ilə AVİS arasında inteqrasiya əsasında real vaxt rejimində məhsulun qəbuluna dair məlumatların əldə edilməsi, seriya və nömrələrin unikallığının təmin edilməsi ilə vergi və subsidiyalar üzrə avtomatlaşdırılmış təhlilin aparılması, sahibkarlar və fermerlər üçün əməliyyatların sadələşdirilməsi, dövlət tərəfindən maliyyə nəzarətinin və şəffaflığın artırılması, habelə dövlət büdcəsinin vəsaitinə qənaət edilməsi mümkün olacaq və elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid üzrə ölkə siyasəti davam etdiriləcək.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 İyun 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri