Icma.az
close
up
RU
“Pandora qutuları”: təcavüzkarlar “Qara cümə” üçün nələr hazırlayıblar?

“Pandora qutuları”: təcavüzkarlar “Qara cümə” üçün nələr hazırlayıblar?

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Onlayn fırıldaqçılar ənənəvi noyabr endirim günlərindən fəal şəkildə istifadə edərək istifadəçilərin məxfi məlumatlarını və pullarını ələ keçirməyə çalışırlar. Kaspersky populyar marketpleyslər, maliyyə qurumları, həmçinin məişət texnikası və elektronika mağazalarının adından istifadə edərək yaradılmış çoxsaylı fişinq və dələduzluq kampaniyalarını aşkar edib. Kibertəhlükəsizlik mütəxəssisləri bəzi saxta ssenarilərin uzun müddət aktuallığını qoruduğunu bildirir.

Saxta uduş qutuları. Spam göndərişlərində istifadəçilər populyar marketpleyslərin adından yaradılmış saxta saytlara yönləndirilir, burada onlara hədiyyə sertifikatları, texnika, səyahət paketləri və digər qiymətli mükafatlar qazanmaq imkanı təklif olunur. Saxta səhifələrdə müvafiq loqotiplər, korporativ rənglər və dizayn elementlərindən istifadə olunur. İştirak üçün istifadəçidən adını daxil etmək tələb olunur, daha sonra ona çoxsaylı hədiyyə qutuları arasından üç dəfə seçim etmək şansı verilir.

Hədiyyə guya yalnız bir qutuda olur, amma əslində bu, sadəcə bir hiylədir. İstifadəçi yekunda həmişə "uduş qazanır", çünki dələduzların məqsədi potensial qurbanı pul köçürmə mərhələsinə çatdırmaqdır. Bu, insanın böyük məbləğdə uduşla aldadıldığı standart dələduzluq sxemidir. Uduşu əldə etmək üçün bank kartı məlumatlarını daxil etmək və məcburi “rüsum” ödəmək tələb olunur. Bu uydurulmuş hekayəni inandırıcı etmək üçün dələduzlar qanunvericiliyə istinad edir və saytda digər “qaliblərin” saxta şərhlərini yerləşdirirlər. Məqsəd saxta rüsumun miqdarını uduş məbləği ilə müqayisədə əhəmiyyətsiz göstərməkdir. Ancaq bu tələyə düşən şəxsin hesabına heç bir məbləğ köçürülmür və ödənilən “rüsum” dələduzların əlinə keçir.

"Qara cümə yalnız sərfəli alış-veriş dövrü yox, həm də kibercinayətkarların aktivliyinin artdığı bir dövrdür. Dələduzlar tanınmış brendlərə və marketpleyslərə olan etibardan sui-istifadə edərək saxta hədiyyə və sertifikat kampaniyaları kimi sxemləri həyata keçirirlər. İstifadəçilərə saytların və təkliflərin həqiqiliyini yoxlamağı, pul köçürmək və ya məxfi məlumatlar daxil etmək tələblərinə diqqətlə yanaşmağı tövsiyə edirik. Unutmayın, ehtiyatlı olmaq və etibarlı müdafiə həllərindən istifadə etmək onlayn mühitdə təhlükəsizliyin açarıdır", — deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.

Satıcıları hədəf alan fişinq. Endirim mövsümündə dələduzlar yalnız alıcıları deyil, həm də satıcıları hədəf alan sxemlər həyata keçirirlər. Kaspersky mütəxəssisləri populyar marketpleyslərdə satıcı kabinetinə daxil olmaq üçün avtorizasiya səhifəsini təqlid edən fişinq resursları aşkar ediblər. Bu səhifələrdə istifadəçilərdən avtorizasiya üçün login və şifrə daxil etmələri tələb olunur, amma bu məlumatlar son nəticədə dələduzların əlinə keçir. Çox güman ki, daha sonra fırıldaqçılar bu hesablardan alıcılara yönələn yeni sxemlər qurmaq və ya şəxsi kabinetin sahibini şantaj etmək üçün istifadə edə bilər. Oğurlanmış hesab məlumatları həmçinin kölgə bazarda satıla və ya qeyri-qanuni rəqabətdə istifadə edilə bilər.

Endirim günlərində təhlükəsiz alış-veriş etmək üçün Kaspersky mütəxəssisləri tövsiyə edirlər:

elektron poçt və ya messencerlər vasitəsilə əldə edilən linklərə və fayllara tənqidi yanaşın; bir şeyi açmazdan əvvəl göndəricinin kimliyini diqqətlə yoxlayın.internet mağazasının saytının həqiqiliyini yoxlayın. URL ünvanının düzgünlüyünə, orfoqrafik səhvlərə və ya dizayn uyğunsuzluğuna diqqət yetirin.müstəqil tədqiqatlarla təsdiqlənmiş etibarlı qoruma həllərindən istifadə edin. Məsələn, Kaspersky Premium istifadəçiləri fişinq və dələduzluqdan qorumağa kömək edir.xüsusilə az tanınan mağazalardan məhsul almazdan əvvəl rəyləri yoxlayın.bank kartınızdan çıxarılan məbləğləri izləyin və şübhəli əməliyyatlar aşkar etdikdə dərhal bankınıza müraciət edin.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri