Icma.az
close
up
RU
“Pandora qutuları”: təcavüzkarlar “Qara cümə” üçün nələr hazırlayıblar?

“Pandora qutuları”: təcavüzkarlar “Qara cümə” üçün nələr hazırlayıblar?

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Onlayn fırıldaqçılar ənənəvi noyabr endirim günlərindən fəal şəkildə istifadə edərək istifadəçilərin məxfi məlumatlarını və pullarını ələ keçirməyə çalışırlar. SİA xəbər verir ki, Kaspersky populyar marketpleyslər, maliyyə qurumları, həmçinin məişət texnikası və elektronika mağazalarının adından istifadə edərək yaradılmış çoxsaylı fişinq və dələduzluq kampaniyalarını aşkar edib. Kibertəhlükəsizlik mütəxəssisləri bəzi saxta ssenarilərin uzun müddət aktuallığını qoruduğunu bildirir. Saxta uduş qutuları. Spam göndərişlərində istifadəçilər populyar marketpleyslərin adından yaradılmış saxta saytlara yönləndirilir, burada onlara hədiyyə sertifikatları, texnika, səyahət paketləri və digər qiymətli mükafatlar qazanmaq imkanı təklif olunur. Saxta səhifələrdə müvafiq loqotiplər, korporativ rənglər və dizayn elementlərindən istifadə olunur. İştirak üçün istifadəçidən adını daxil etmək tələb olunur, daha sonra ona çoxsaylı hədiyyə qutuları arasından üç dəfə seçim etmək şansı verilir. Hədiyyə guya yalnız bir qutuda olur, amma əslində bu, sadəcə bir hiylədir. İstifadəçi yekunda həmişə "uduş qazanır", çünki dələduzların məqsədi potensial qurbanı pul köçürmə mərhələsinə çatdırmaqdır. Bu, insanın böyük məbləğdə uduşla aldadıldığı standart dələduzluq sxemidir. Uduşu əldə etmək üçün bank kartı məlumatlarını daxil etmək və məcburi “rüsum” ödəmək tələb olunur. Bu uydurulmuş hekayəni inandırıcı etmək üçün dələduzlar qanunvericiliyə istinad edir və saytda digər “qaliblərin” saxta şərhlərini yerləşdirirlər. Məqsəd saxta rüsumun miqdarını uduş məbləği ilə müqayisədə əhəmiyyətsiz göstərməkdir. Ancaq bu tələyə düşən şəxsin hesabına heç bir məbləğ köçürülmür və ödənilən “rüsum” dələduzların əlinə keçir.

"Qara cümə yalnız sərfəli alış-veriş dövrü yox, həm də kibercinayətkarların aktivliyinin artdığı bir dövrdür. Dələduzlar tanınmış brendlərə və marketpleyslərə olan etibardan sui-istifadə edərək saxta hədiyyə və sertifikat kampaniyaları kimi sxemləri həyata keçirirlər. İstifadəçilərə saytların və təkliflərin həqiqiliyini yoxlamağı, pul köçürmək və ya məxfi məlumatlar daxil etmək tələblərinə diqqətlə yanaşmağı tövsiyə edirik. Unutmayın, ehtiyatlı olmaq və etibarlı müdafiə həllərindən istifadə etmək onlayn mühitdə təhlükəsizliyin açarıdır", — deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir. Satıcıları hədəf alan fişinq. Endirim mövsümündə dələduzlar yalnız alıcıları deyil, həm də satıcıları hədəf alan sxemlər həyata keçirirlər. Kaspersky mütəxəssisləri populyar marketpleyslərdə satıcı kabinetinə daxil olmaq üçün avtorizasiya səhifəsini təqlid edən fişinq resursları aşkar ediblər. Bu səhifələrdə istifadəçilərdən avtorizasiya üçün login və şifrə daxil etmələri tələb olunur, amma bu məlumatlar son nəticədə dələduzların əlinə keçir. Çox güman ki, daha sonra fırıldaqçılar bu hesablardan alıcılara yönələn yeni sxemlər qurmaq və ya şəxsi kabinetin sahibini şantaj etmək üçün istifadə edə bilər. Oğurlanmış hesab məlumatları həmçinin kölgə bazarda satıla və ya qeyri-qanuni rəqabətdə istifadə edilə bilər.

Endirim günlərində təhlükəsiz alış-veriş etmək üçün Kaspersky mütəxəssisləri tövsiyə edirlər:elektron poçt və ya messencerlər vasitəsilə əldə edilən linklərə və fayllara tənqidi yanaşın; bir şeyi açmazdan əvvəl göndəricinin kimliyini diqqətlə yoxlayın. internet mağazasının saytının həqiqiliyini yoxlayın. URL ünvanının düzgünlüyünə, orfoqrafik səhvlərə və ya dizayn uyğunsuzluğuna diqqət yetirin. müstəqil tədqiqatlarla təsdiqlənmiş etibarlı qoruma həllərindən istifadə edin. Məsələn, Kaspersky Premium istifadəçiləri fişinq və dələduzluqdan qorumağa kömək edir.xüsusilə az tanınan mağazalardan məhsul almazdan əvvəl rəyləri yoxlayın.bank kartınızdan çıxarılan məbləğləri izləyin və şübhəli əməliyyatlar aşkar etdikdə dərhal bankınıza müraciət edin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri