Icma.az
close
up
RU
Papaqçı Ramin Fərzəliyev: “Rəqəmsal platformalar sayəsində gənclər yenidən papağa maraq göstərir”

Papaqçı Ramin Fərzəliyev: “Rəqəmsal platformalar sayəsində gənclər yenidən papağa maraq göstərir”

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün rəqəmsal platformalar həm də ənənəvi sənətlərin yenidən kəşf olunmasına xidmət edir. Belə platformalardan olan TikTok-da da müxtəlif yaradıcılıq nümunələrinə rast gəlmək olur – rəssamlıqdan tutmuş, xalçaçılıq və hətta papaqçılığa qədər. Məhz bu platformada izləyicilərin maraqla izlədiyi hesab sahiblərindən biri də 25 ildən çoxdur ki, papaqçılıqla məşğul olan @Millipapaq_Azerbaijan hesabının yaradıcısı Ramin Fərzəliyevdir.Uşaq yaşlarından başlayan yol

Bakının dar küçələrindən birində yerləşən kiçik emalatxanada papaqçı Ramin Fərzəliyev 25 ildən artıqdır ki, bu qədim sənəti yaşadır. O, sadəcə usta deyil – babasından miras qalan ənənəni qoruyan və gələcəyə daşıyan sənətkardır.

“Papaqçılıq mənim üçün peşədən daha çox ailə mirasıdır. Babam bu sənətə 65 ilini sərf edib. Mən isə onun nəfəsini bu gün də işimdə hiss edirəm,” – deyir Ramin.

Onun babası – Nazim Nəcəfov illərlə Mərkəzi Univermaqın yanında balaca dükanında papaq tikib. Balaca Ramin isə o emalatxanada böyüyüb: “8–9 yaşımda bu sənətə marağım başladı, 15 yaşımda artıq özüm sərbəst papaq tikirdim. İndi 40 yaşım var və düz 25 ildir ki, peşəkar şəkildə bu işlə məşğulam,” - usta gülümsəyir.

Papağın sirrləri və cazibəsi

Papaq Azərbaycanın kişi kimliyində sadəcə bir geyim deyil – mərdliyin, qeyrətin, qürurun simvoludur.

Ramin hazırladığı papaqların çeşidi olduqca genişdir: Milli papaq, Ziyalı modeli, Səfir modeli, General modeli, İdman üslubu... Onun sözlərinə görə, bölgələrə görə də fərqlər var: “Qarabağ papaqları bir az hündür olur, Şəki papaqları isə daha yığcam.”

Sifarişlər həm gənclərdən, həm ağsaqqallardan gəlir. Hətta dövlət qurumları və din xadimləri də müraciət edir. Maraqlısı odur ki, sifarişlər təkcə Azərbaycandan deyil – Türkiyə, İngiltərə, Rusiya, Almaniya və İsraildən də gəlir.

“Papağın cazibəsi sərhəd tanımır,” – deyə Ramin qürurla əlavə edir.

Onun üçün ən əsas dəyər dürüstlükdür: “Bazarda saxta papaqlar dolaşır. Amma biz yalnız birinci sort buxara dərisindən istifadə edirik. Keyfiyyət bizim imzamızdır.”

TikTok-un gətirdiyi yeni nəfəs

Bir vaxtlar ən böyük çətinlik gənclərin bu sənətə maraq göstərməməsi idi. İndi isə vəziyyət dəyişib. Səbəb – rəqəmsal platformalar, xüsusilə TikTok.

“‘Milli Papaq Azerbaijan’ adı ilə TikTok-da aktivik. Məqsədimiz sadəcə satış deyil, maarifləndirməkdir. İzləyicilərə göstəririk ki, papaq sadəcə geyim deyil, mədəniyyətimizdir,” – deyə bildirir.

Onun videolarında papağın tikiliş prosesi, tarixi incəlikləri, müxtəlif modellərin hazırlanma mərhələləri izləyicilərə təqdim olunur. “Uğurun sirri səmimiyyətdədir. Hər videoda hiss olunur ki, bu sənət bizə ailədən miras qalıb,” – deyir usta.

Videolara baxan izləyicilər təkcə maraqlanmır, həm də sifariş verirlər. Beləcə, TikTok həm maarifləndirmə, həm də müştəri qazanma vasitəsinə çevrilib.

Raminin gələcək planı isə daha genişdir: “İstəyirəm papaqda istifadə olunan dərinin necə hazırlandığını, necə seçildiyini izləyicilərə göstərim. Çünki saxta materiallardan hazırlanan məhsullar çoxdur. İnsanlar doğru ilə yanlışı ayıra bilməlidirlər.”

Son olaraq onu qeyd edək ki, papaqçı Ramin Fərzəliyev bu gün sadəcə bir sənəti deyil, həm də milli dəyərləri yaşadır. Onun əllərində papaq keçmişin yadigarı olmaqla yanaşı, bu günün trendlərinə də çevrilir. TikTok-un gücü ilə isə bu qədim sənət gənclərin maraq dairəsinə qayıdır, hətta sərhədləri aşaraq dünyaya yayılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Oktyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see157

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see142

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri