Icma.az
close
up
RU
Fərzəliyev bütün tenderləri Mehbalıyevin kürəkəninə verib

Fərzəliyev bütün tenderləri Mehbalıyevin kürəkəninə verib

Tribuna saytına istinadən Icma.az xəbər verir.

“PROQRESS İNŞAAT EN”ə 5 milyonluq jest 

Ötən il ərazində Abşeron rayon İcra Hakimiyyəti toplam 7 tender keçirib. Tribunainfo.az xəbər verir ki, bu tenderlər üzrə 5 milyon 314 min 41 manat pul xərclənib.

Bildirək ki, bu müsabiqələrə yolların təmiri, bina fondunun yenilənməsi, park tikintisi, Xırdalan şəhərinin işıqlandırılması və digər işlər daxildir.

Məsələnin maraqlı tərəfi odur ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərəzliyev bütün bu tenderləri bir şirkətə verib. Söhbət “PROQRESS İNŞAAT EN” MMC-dən gedir. Abşeronda hər işi görən bu şirkətlə İcra Hakimiyyəti arasında o qədər dərin bağlar var ki, Fərəzliyev Azərbaycan xalqının “Milli Qurtuluş günü” ilə əlaqədar tədbirin təşkili işlərini də bu şirkətə etibar eib. Bunun üçün də 190 min 331 manat pul da alıb.

“PROQRESS İNŞAAT EN” MMC ümumilikdə 2024-cü il ərazində cəmi 15 tenderə qatılıb. Onun 7-si Abşeron rayon İcra Hakimiyyətinin, 2-si Sumqayıt İcra Hakimiyyətinin (toplam 2 milyon manata yaxın), ikisi isə Beləqan İcra Hakimiyyətinin (toplam  637 min manat) keçirdiyi tenderlər olub. Bundan başqa, MMC “AZƏRİSTİLİKTƏCHİZAT” ASC 250 minlik, AMEA-nın 120 minlik, Biləsuvar İC-in 33.5 minlik, SDU-nun 83.2 minlik müsabiqələrini də ala bilib.

Nəzərinizə çatdıraq ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 1000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlunun barəsində kifayət qədər geniş məlumatlar var.Təkzib olunmamaış məlumatlarda Şirinov Eldar Bəhlul oğlunun Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi olduğu göstərilir.

Bu məlumatın mövcudluğu  onu deməyə əsas verir ki, Abidin Fərzəliyevlə şirkət arasındakı simsarlıq elə bu yeznə-kürəkən məsələsinə bağlıdır. Yəni, Abşeronun icra başçısı kənar adama deyil, elə Mehbalıyevin kürəkəninə tenderləri verməklə, lazım olanda bu odioz məmurun əli ilə işlər görməyə çalışır.

Yazıda adı keçən qurumların və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Sabutay Quliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:338
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 31 Mart 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri