Icma.az
close
up
RU
Amerikalıya “aerodrom” kepka satan papaqçı: Həmin papağı 200 dollara tikmişdim

Amerikalıya “aerodrom” kepka satan papaqçı: Həmin papağı 200 dollara tikmişdim

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xaçmaz, 14 noyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz şəhərində yaşayan papaqçı Vahid Xəlilov 34 ildir bu qədim sənəti yaşadır. Onun emalatxanası regionda papaqçılıqla məşğul olan yeganə ünvan sayılır. Bu sənət Vahid ustaya atasından, atasına isə babasından miras qalıb. Xəlilovlarda papaqçılıq 100 ildən artıqdır nəsildən-nəslə ötürülür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər veririr ki, Xəlilovlar nəslinin papaqçılıqla məşğul olması ötən əsrin əvvəllərinə gedib çıxır. Vahid ustanın babası uzun illər papaq tikərək, qazancını ailəsinin dolanışığına sərf edib. Atası Qulamhüseyn isə bölgənin ən məşhur papaqçılarından olub. İkinci Dünya müharibəsindən sonrakı illərdə Xaçmazda “kolxoz bazarı” adlanan yerdə işləyib. Usta Vahid özü isə papaqçılıqla gənc yaşlarından başlayıb.

“Bu sənəti atamdan öyrənmişəm. O da öz atasından öyrənib. Babam Özbəkistandan “qaragül” dəriləri gətirib bir-birindən gözəl papaqlar tikib. Bəzən 10-15 günlük Tiflisə işləməyə gedib, papaqçılıqdan qazanc əldə edirdi. Atam papaqçı Qulamhüseyn isə ötən əsrin 50-ci illərindən bu sənətdə can qoyub. Ali təhsil alıb dövlət işlərində çalışsa da, təqaüdə çıxandan sonra yenidən papaqçılığa qayıdıb. Dünyasını dəyişənədək papaqçılıqla məşğul oldu. İndi mən də bu ənənəni davam etdirirəm. 1991-ci ildən bu işlə məşğulam. Əvvəllər papağa tələbat var idi. Elə olurdu ki, atam, qardaşım, qardaşımın oğlu və mən bir yerdə işləyirdik, yenə də sifarişləri çatdıra bilmirdik. İndi isə tək işləyirəm,” — deyə Vahid Xəlilov söyləyir.

58 yaşlı Vahid Xəlilov papaqçılıq sənətinin bölgədə yeganə nümayəndəsi kimi tanınır. Əvvələr Şabranda və Qubada papaqçılar olsa da, indi bu sənətlə məşğul olan qalmayıb. Hazırda usta əsasən papaq və kepkaların təmiri ilə məşğuldur. Müştərilər ona əsasən payız-qış aylarında müraciət edir. İl ərzində cəmi 2-3 papaq sifariş olunur. Vahid Xəlilov deyir ki, papaqçılıqla maddi qazancdan çox mənəvi bağlılığa görə məşğul olur.

“Lazım olanda məni soraqlayıb tapırlar. Hazır aldıqları papaqları gətirirlər, ölçüsünü götürürəm, bəzən də köhnəlmiş dəri papaqları təmir edirəm. Əsas işim oktyabrdan fevral ayına qədər olur. İndi papağa tələbat tam azalıb, sifarişlər seyrəlib. Qış fəslində bəzən bir-iki papaq sifarişi olur. Ya dərini özləri gətirirlər, ya da özüm ləvazimatları alıb tikirəm. Amma o vaxtkı kimi papağa pul verən adamlar qalmayıb. Papaqçılıq unudulmamalıdır. Bu, bizim milli geyimimizin bir hissəsidir, qeyrət rəmzimizdir. Gələcək nəsil bundan xəbərdar olmalıdır, bu sənət təbliğ olunmasa itib gedəcək,” — deyə Vahid Xəlilov bildirib.

Ustanın iş yerində atadan-babadan qalan qəliblər və təxminən 80 illik “Zinger” tikiş maşını diqqəti cəlb edir. Alman istehsalı tikiş maşını da ona atasından qalıb. “Bu tikiş maşınını istəyən çox olub, amma satmamışam. Üstündə atamın əl izləri var. Acından ölsəm də onu satmaram,” — deyə Vahid usta əlavə edir.

Papaqçı Vahidin mütəriləri arasında bir çox dövlət məmurları, tanınmış şəxslər də olub. Amma ən bahalı papağı əcnəbilər üçün tikib: “Bir vaxt Xaçmaza amerikalılar gəlmişdi. İş yerimin qarşısında satışda olan papaqlar asmışdım. Maraqlanıb, sifariş verdilər. Onlar üçün bir dəri papaq və “aerodrom” kimi tanınan kepka tikdim. Amerikada, Bruklində yaşayırdılar. Həmin dəri papağı 200 dollara tikmişdim. Bu vaxta qədər tikdiyim ən bahalı papaq o olub”.

Papaqçılıqdan zövq aldığını vurğulan Vahid usta deyir ki, kim bu sənəti davam etdirmək istəsə, onu öyrədə bilər. Daha sonra isə “Amma indiki zamanda çətin ki, belə səbirli adam tapılsın”, - deyə əlavə edir.

Xaçmazda papaqçılığı yaşadan Vahid Xəlilovu bölgədə bu sənətin “sonuncu mohikan”ı adlandırmaq olar. Babası, atası, özü papaqçı olsa da, Vahid Xəlilovun oğlu özünə başqa peşə seçib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri