Icma.az
close
up
RU
Papuaşvili: Azərbaycanın etdiyini biz də edəcəyik

Papuaşvili: Azərbaycanın etdiyini biz də edəcəyik

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

“Biz regionumuzda sülhün əsas mərkəzlərindən biri və seçilən ölkə kimi mövqelərimizi daha da möhkəmləndirmək üçün bütün qonşularımızla münasibətləri inkişaf etdirməyi planlaşdırırıq”.

Turkustan.az xəbər verir ki, bu sözləri jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Papuaşvili Ermənistanın Tehranla sıx münasibətləri fonunda Gürcüstan müxalifətinin hakimiyyəti İranla əlaqələrə görə tənqid etməsi barədə sualı belə cavablandırıb:

“Bu, daxili radikalların, eləcə də (amerikalı senator) Co Uilson kimi siyasətçilərin səsləndirdiyi iddiaların tamamilə absurd olduğunu göstərir. Onlar gah bizi “iranyönlü”, gah “çinyönlü”, gah da başqa adlarla ittiham edirlər. Halbuki eyni regionda yerləşən, oxşar ölçüyə və xarici siyasət istiqamətinə malik digər ölkələrə münasibətdə belə iradlar eşitmirik. Bu, bir daha sübut edir ki, Co Uilson kimi siyasətçilərin Gürcüstanı “iranyönlü” adlandırması və buna bənzər ittihamları tamamilə saxtadır. Hər bir dövlətin suverenliyinin əsas prinsipi ondan ibarətdir ki, xarici siyasətini öz milli maraqlarına uyğun müəyyənləşdirsin. Ermənistan da belə edir, Azərbaycan da, regiondakı bütün ölkələr də, Gürcüstan da”.

Spiker əlavə edib ki, Gürcüstan öz xarici siyasətində milli maraqlarını necə irəli aparacağını heç kimdən soruşmayacaq:

“Əlbəttə, Gürcüstan öz region ölkələri ilə münasibətlərini necə quracağını nə Co Uilsondan, nə də hər hansı xarici siyasətçidən soruşacaq. Çünki biz artıq görmüşük ki, bu məsələlərdə düşünülməmiş addımlar atanlar müxtəlif regionları, o cümlədən bizim regionu hansı vəziyyətə gətirib çıxarıblar. Biz regionumuzda sülhün əsas mərkəzlərindən biri və sabit ölkə kimi bütün qonşularımızla qarşılıqlı faydalı münasibətlər qurmaq və mövqelərimizi daha da gücləndirmək niyyətindəyik”./teleqraf

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 İyun 2026 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri