Paris Ankaraya jest edir: Fransa Türkiyə hərbi əlaqələrində canlanma KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyerri Burkard Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan ASELSAN-a səfər edib. Burada o, müəssisənin rəhbərliyi ilə görüşərək, istehsal imkanları və texnoloji nailiyyətlərlə tanış olub.
KONKRET.az xəbər verir ki, bu səfər Parisin Ankaraya münasibətində ton dəyişikliyindən xəbər verir. Qeyd edək ki, bundan əvvəl ASELSAN Almaniya və İtaliya baş qərargah rəislərini də qəbul etmişdi.
Bir zamanlar Fransa və Almaniya Türkiyəyə qarşı silah embarqosu və müdafiə texnologiyaları ilə bağlı məhdudiyyətlər tətbiq edirdi. Lakin son aylar baş verən siyasi dəyişikliklər fonunda Qərb ölkələrinin Ankaraya münasibəti dəyişməyə başlayıb. Yüksək səviyyəli hərbi nümayəndə heyətlərinin Türkiyəyə ardıcıl səfərləri də bunu sübut edir.
Ekspertlərə görə, bu addımlar Avropa ölkələrinin Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığı bərpa etmək niyyətində olduqlarını göstərir. Bu da regiondakı qüvvələr balansını yenidən müəyyənləşdirə bilər.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 19 İyul 2025 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















