Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Maskın raketi suya düşərək partladı Video

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

Macarıstan Türkiyə əlaqələrində mühüm mərhələ

Macarıstan Türkiyə əlaqələrində mühüm mərhələ

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Orbanın İstanbula səfəri zamanı 16  saziş imzalanıb 

Macarıstanın Baş naziri Viktor Orban Türkiyədə işgüzar səfərdə olub. O, dekabrın 7-də  səkkiz nazir ilə birlikdə İstanbula səfər edib və burada macarıstanlı nümayəndə heyəti böyük diqqətlə qarşılanıb. Xüsusi olaraq seçilmiş məkan - Dolmabahçe sarayı, yüksək səviyyəli ikitərəfli danışıqlar və fərdi hədiyyələr Ankaranın Macarıstana xüsusi hörmət göstərdiyini nümayiş etdirib.

Macarıstanın Baş naziri dekabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla sülh, miqrasiya və enerji məsələlərini müzakirə edib. Səfər zamanı liderlərin iştirakı ilə iki ölkə arasında yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası keçirilib. Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Macarıstanın Baş naziri Viktor Orban birgə mətbuat konfransı keçiriblər. Tərəflər bəyan ediblər ki, yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası çərçivəsində iki ölkə arasında müxtəlif sahələr üzrə 16 əməkdaşlıq sazişi imzalanıb. Liderlər münasibətlərin daha da inkişaf etdirilməsinə sadiqliklərini təsdiqləyib və ikitərəfli və qlobal məsələlərin həlli üçün birgə planlaşdırma mexanizminin işə salınmasını müzakirə ediblər.

Ərdoğan: Müdafiə sənayesində birgə layihələr həyata keçiriləcək

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə və Macarıstanın ticarət dövriyyəsinin 6 milyard dollarlıq hədəfə çatdırılmasına az qalıb. Tərəflər bu rəqəmin 10 milyard dollara yüksəldilməsi barədə razılığa gəliblər. İqtisadi əməkdaşlıqla yanaşı, liderlər Avropada təhlükəsizlik məsələlərini, müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsini, eləcə də elm və innovasiya sahələrində birgə layihələri müzakirə ediblər. “Türkiyə və Macarıstan Avropanın dəyişən təhlükəsizlik ehtiyacları kontekstində müdafiə sahəsində birgə layihələri müzakirə ediblər. Biz mövcud iqtisadi və ticarət mexanizmlərindən maksimum səmərəli istifadə etməyə qərar verdik. Müdafiə sənayesi sahəsində konkret layihələr vasitəsilə həyata keçirilən strateji tərəfdaşlığımızın ticarət və investisiyalara müsbət təsirini də görürük. Avropada dəyişən təhlükəsizlik şəraitini nəzərə alaraq, müdafiə sənayesində əməkdaşlığımızı daha yüksək səviyyəyə çıxaracaq birgə istehsalı nəzərdə tutan layihələrin həyata keçirilməsi perspektivlərini dəyərləndiririk”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti Macarıstanın Türk dünyasının inkişafına verdiyi töhfəsini qeyd edib və Budapeştə Ankaranın əsas strateji hədəfi olan Avropa İttifaqına tamhüquqlu üzvlüyə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Bundan əlavə liderlər Ukrayna problemini də müzakirə ediblər. “Ukraynada müharibənin ilk günlərindən etibarən tərəflər arasında ədalətli və davamlı sülhün təmin olunması üçün diplomatiyanın bütün imkanlarını səfərbər edirik. Bu istiqamətdəki səylərimiz dünya ictimaiyyətinə də məlumdur. Bundan sonra da “Müharibənin qalibi, ədalətli sülhün isə məğlubu olmaz” şüarı ilə əlimizdən gələn bütün cəhdləri göstərməyə davam edəcəyik”, - deyə Ərdoğan söyləyib.

Orban: Türk dünyasını həqiqətən güclənən bir dünya olaraq görürəm

Macarıstanın türk dünyası ilə əlaqələrinin ötən əsrdə zəiflədiyini qeyd edən Viktor Orban isə “2010-cu ildən sonra Prezident Ərdoğan bu tarixi pəncərəni açaraq, “Yeni zamanlar başlayır. Fərqli bir dünya olacaq və Türk dünyası çox böyük enerji toplayacaq” dedi. Gördüm ki, onun türk əsri deyilən böyük planı var”-deyə söyləyib. Orban Prezident Ərdoğanın Macarıstanı Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv kimi dəvət etdiyini xatırladaraq, o vaxtdan bu yana Türkiyə-Macarıstan əməkdaşlığını və türk dünyası ilə qarşılıqlı əlaqələri davamlı şəkildə inkişaf etdirdiklərini bildirib. Baş nazir bu fürsətdən istifadə etmək istədiklərini vurğulayaraq, “Macarıstanı əhatə edən dünyaya baxanda türk dünyasını həqiqətən səy göstərən, önə çıxan və güclənən bir dünya olaraq görürəm” deyib.

Orban, həmçinin Rusiya-Ukrayna müharibəsində sülh üçün Türkiyənin yanında olmağın vacibliyini vurğulayaraq, “Döyüş meydanında heç bir həllin olmadığına inanırıq. Əgər döyüş meydanında həll yoxdursa, sülhün təmin edilməsi lazımdır” söyləyib. O, Prezident Ərdoğanın sülh prosesində  “yeganə uğurlu vasitəçi oldu” ifadəsini işlədib və sülh məsələsində harmoniya içində hərəkət etməyə qərar verdiklərini sözlərinə əlavə edib.

Orban Türkiyənin miqrasiya siyasətinə görə də Ərdoğana təşəkkür edərək, “Türkiyə Avropanı qorumasaydı, cənubdan Macarıstana qədər Avropada həyat yaşanmaz hala gələrdi. Türkiyə qaçaq miqrasiyaya mane olur” deyib.

Rusiyadan neft və təbii qaz tədarükü...

Bundan başqa, Baş nazir Rusiyanın Macarıstana neft və təbii qaz tədarükünü davam etdirməsi mövzusunda razılaşdıqlarını ifadə edərək, “Çünki bizim başqa qaynağımız yoxdur” söyləyib. Rusiyadan alacaqları neft və təbii qaz səbəbilə Macarıstana qarşı sanksiyalardan qaçmaq üçün ABŞ ilə razılığa gəldiklərini qeyd edən Orban, bu təbii qazın nəqli və daşınmasına zəmanət verdiyi üçün Türkiyə Prezidentinə  təşəkkür edib. O, Türkiyədən verilən bu zəmanətin əhəmiyyətini və zəruriliyini vurğulayaraq, bu il Türkiyədən Macarıstana 7,5 milyard kubmetr təbii qazın nəql olunduğunu qeyd edib. Orban Ərdoğana iki ölkənin ən böyük enerji şirkətləri arasında əməkdaşlığa görə də təşəkkür edib və Macarıstanın Türkiyənin enerji şirkətini Budapeştə dəvət etdiyini bildirib.

Baş nazir “Macarıstan və Türkiyə arasındakı siyasi, enerji, iqtisadi və müdafiə sənayesi əlaqələri ilə bağlı çox yaxşı ümidlərimiz və baxışlarımız var deyib. Avropada müdafiə sənayesinin də əhəmiyyətinin artdığını qeyd edən Orban bu sahədə iki ölkə arasında əlaqələrin artıq qurulduğunu vurğulayıb.

Qeyd edək ki, danışıqlardan sonra Prezident Ərdoğan Macarıstan nümayəndə heyətini sürpriz mədəni proqramla qəbul edib. Xüsusi hədiyyə olaraq Orban Ərdoğana britaniyalı illüstrator William Alexanderin Osmanlı İmperiyasının geyim və gündəlik həyatını əks etdirən əsərini təqdim edib. Bundan əlavə, 2023-cü ildə Budapeştdə Ərdoğana verilmiş “Four” adlı atın vəziyyəti ilə maraqlanıb. Baş nazir gülərək bildirib: “Macarıstan atçılıq sahəsində böyük uğur qazanıb. Türk jandarmı üçün 600 Nonius atı sifariş edilib və ilk onluq atlar bir neçə həftə ərzində Türkiyəyə çatdırılacaq. Deyə bilərik ki, hazırda mən Macarıstanın ən uğurlu at ticarətçisiyəm”.

Bütövlükdə, bu səfər həm iqtisadi, həm də diplomatik baxımdan Macarıstan-Türkiyə əlaqələrində mühüm hadisə kimi qiymətləndirilir.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

28 Sentyabr 2026 02:24see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri