Paris Böyük Dəbilqəsinin posteri təqdim edilib: Qəhrəmanların qayıdışı İdman və Biz
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransa Cüdo Federasiyası 2025-ci il fevralın 1-2-də Parisdə keçiriləcək “Böyük Dəbilqə”nin posterini təqdim edib.
İdman.biz xəbər verir ki, gələn ilin ilk reytinq yarışı “Qəhrəmanların qayıdışı” şüarı ilə keçiriləcək.
Bu, tatami sahiblərinin 1 qızıl, 2 gümüş və 6 bürünc medal qazandığı, həmçinin qarışıq komanda yarışında qalib gəldiyi Paris Olimpiadasından sonra yenidən Fransa paytaxtında çıxış edəcəklərinə işarədir.
Afişada beşqat Olimpiya çempionu Teddi Riner, olimpiadanın ikiqat mükafatçısı Romane Diko, Olimpiya finalçısı Joan-Benjamin Qaba və Paris-2024-ün bürünc mükafatçısı Şirin Bukli yer alıb.
Qeyd edək ki, Azərbaycan komandasının da iştirak edəcəyi Parisdəki “Böyük Dəbilqə” yeni qaydalarla keçiriləcək ilk turnir olacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 Dekabr 2024 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















