Paris podiumunda Azərbaycan izləri
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanlı modellər Parisdə keçirilən “Fashion Culture Day in Paris” tədbirində yeni kolleksiyaların təqdimatında iştirak ediblər.
XQ xəbər verir ki, tədbir “Paris Fashion Week” çərçivəsində, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunub. Gecədə Azərbaycan moda mədəniyyəti, milli irsi və müasir dizayn nümunələri nümayiş etdirilib.
Podiumda Sevda Qadaşova, Aysel Hüseynova, Şəms Əbilsoy, Gülər Qurbanova, Anara Zakirli və Natəvan Əliyeva çıxış ediblər. Onların təqdim etdiyi geyimlərdə milli ornamentlər, xalça motivləri və ənənəvi sənət nümunələri müasir moda üslubu ilə bir araya gətirilib.
Tədbir “SİMOORG Academy” və Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə baş tutub.
Təqdimatda Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da iştirak edib. Tədbirin əsas məqsədlərindən biri Azərbaycan moda irsinin beynəlxalq auditoriyaya tanıdılması və yeni nəsil yerli dizaynerlərin yaradıcılığının Parisdə nümayiş etdirilməsi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 03 Oktyabr 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















