Parisdə Le Penə dəstək mitinqi keçirildi
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Parisdə “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri, məhkəmənin hökmü ilə namizədliyini irəli sürmək qadağan edilmiş Marin Le Penə dəstək məqsədilə mitinq keçirilir.
Axar.az xarici mediaya istinadən xəbər verir ki, siyasətçini dəstəkləməyə gələnlər arasında hər yaşda olan insanlar, istər gənclər, istərsə də yaşlı fransızlar olub.
Mühafizəçilərin müşayiəti ilə mitinqə gələn Le Pen özü tərəfdarlarına deyib:
“Bu qərar xalqımı, ölkəmi və şərəfimi tapdaladı! İstəyirəm hamı bilsin: mən təslim olmayacağam”.
Qeyd edək ki, məhkəmə Le Pen barədə 4 il (2 il şərti cəza və 2 il nəzarət altında olma) azadlığın məhdudlaşdırılması qərarı verib. Eyni zamanda, Le Pen 5 il siyasətlə məşğul ola bilməz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 06 Aprel 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















