Parisdə Zəfər ruhu və Üzeyir Hacıbəyli irsi bir arada FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Fransanın paytaxtı Parisdə “Temple Montparnasse Plaisance” zalında 8 Noyabr – Zəfər Günü və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə musiqili tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Tədbirin aparıcısı məşhur fransız jurnalist və publisist Jan-Mişel Bryun çıxışı zamanı Şuşa ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb. Azərbaycan Ordusunun qəhrəmanlığını, Zəfər Gününün mənəvi əhəmiyyətini və azadlıq uğrunda qazanılan qələbənin tarixi dəyərini vurğulayıb. Həmçinin Üzeyir Hacıbəylinin bənzərsiz musiqi irsindən danışaraq, onun həm Azərbaycan, həm də dünya musiqi mədəniyyətinə verdiyi töhfələri xüsusi qeyd edib.
Daha sonra “Trio Avey” ansamblı — Ağarahim Quliyev (fleyta), Azusa Lozing (fortepiano) və Laure Volpato (violonçel) Azərbaycan və Qərbi Avropa klassik musiqisindən seçmələr ifa edib. Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, İohann Sebastyan Baxın, Azusa Lozingin əsərləri böyük maraqla dinlənilib və alqışlarla qarşılanıb.
Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Quliyev (Rövşən Nur) tədbir müddətində incəsənətin birləşdirici gücünü və milli qürurun təcəssümünü simvolizə edən rəsmlər çəkib.
Bu musiqili gecə Azərbaycan tarixinin, mədəniyyətinin və incəsənətinin beynəlxalq miqyasda tanıdılması baxımından mühüm əhəmiyyət daşıyıb.
Baxış sayı:116
Bu xəbər 21 Oktyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















