Icma.az
close
up
RU
Parkar qətli: Serj və Robert Ermənistanı 1990 cı illərə qaytarmaq istəyir

Parkar qətli: Serj və Robert Ermənistanı 1990 cı illərə qaytarmaq istəyir

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda 23 sentyabr gecəsi baş verən qətl hadisəsi ölkə gündəmini ciddi şəkildə çalxalayıb. Məlum olub ki, Parkar icmasının rəhbəri Volodya Qriqoryan və onun dostu, polis əməkdaşı qətlə yetiriliblər. Maraqlıdır ki, qətl xəbəri yayıldıqdan dərhal sonra Ermənistanın sabiq prezidentləri Serj Sarqsyan və Robert Koçaryana yaxın KİV-də törədilən qətldə məhz baş nazir Nikol Paşinyan günahlandırılmağa başlandı.

Hələ istintaq açılmamış, araşdırma aparılmamış bu fikirlərin kütləvi şəkildə tirajlanması bir sıra mətləblərdən xəbər verir. Qısacası, kriminal keçmişə malik Robert Koçaryan və Serj Sarqsyan Ermənistanı 1990-cı illərin qaranlıq atmosferinə qaytarmağa can atırlar. Sözügedən dövrdə siyasi qətllər adi bir hala çevrilmişdi. Keçmiş nazirlər, merlər, ictimai nüfuza malik şəxslər günün günorta çağı güllələnir, öldürülürdülər. 30 il sonra isə revanşizm istəklərinin sonunun çatdığını başa düşən eks-prezidentlər ölkəni yenidən qaranlığa sürükləməyə cəhd edirlər. Müxalifət nümayəndəsi olan Parkar icmasının rəhbəri Volodyanın qətli siyasi sayıla bilər. İşin arxasında isə hakim komandaya çirkab atmaq kimin işinə yaraya bilər?

Seçkilərin yaxınlaşdığı bir dövrdə, seçkiöncəsi kampaniyaya start verildiyi bir vaxtda müxalif düşüncəli bir şəxsin qətlindən kim faydalana bilər? Nəzərə almaq lazımdır ki, Qriqoryan hakim partiya əleyhinə çıxışlar edib və iki dəfə yerli icma seçkisində qalib gəlib. Bu səbəbdən də məhz onun qurban seçilməsi təsadüf deyil. Qriqoryanın qətlini siyasətlə məşğul olan hər kəs açıq-aşkar qanlı siqnal kimi görür. Kriminal qətlin arxasında dayanan şəxslər və sifarişçilər ölkədə terror və qorxu havası əsdirməyə çalışırlar. Amma üslubun 1990-cı illərə aid olması da qətlin arxasında məhz Serj və Robert cütlüyünün dayandığından xəbər verir.

Son illər, xüsusən də son aylar Ermənistanda baş verənlər göstərdi ki, revanşistlərin hakimiyyətə qayıtmaq xülyası günü-gündən suya düşür. Bu səbəbdən də eks-prezidentlər siyasi təzyiq və manipulyasiya üsullarına əl atdılar. Müxtəlif açıqlamalar verilir, gah Samvel Karapetyan, gah da apostol kilsəsi ilə bağlı baş nazirin siyasəti tənqid edilir, xalqa təhlükə və müharibə qorxusu, suverenliyin itirilməsi təhdidi aşılanırdı. Bu siyahıya seçicilərə pul paylamaq, saxtakarlığa əl atmaq da daxildir. Bununla belə, istənilən nəticə əldə edilmədiyi üçün yenidən köhnə üsula, yəni 1990-cı illərin qaydasına müraciət edilib.

Baş nazir Nikol Paşinyan dördüncü respublika elan edib üçüncü respublikanın tör-töküntülərindən qurtulmaq deyəndə məhz bu tip hadisələri də nəzərdə tuturdu. Məsələn, üçüncü respublikanın mövcudluğunun ilk dövründə, yəni 1992-ci ilin 18 sentyabr tarixində müxalif görüşlü, Aştərək rayon şurasının icraiyyə komitəsinin sədri Ovannes Sukiasyn və onun sürücüsü Varujan Abramyan amansızlıqla qətlə yetirilib. 1999-cu ildə "Parus" kafesində Robert Koçaryanın birbaşa göstərişi ilə Poqos Poqosyan vəhşicəsinə qətlə yetirilib. Qətlin motivi çox primitivdir: Robert Koçaryan "Parus" kafesinə daxil olub. Onu görən Poqosyan: "Salam, Rob", - deyə qışqırır. Bundan sonra isə Robertin cangüdəni Poqosu kafenin tualetində döyərək öldürüb. Aqamal Arutyunyan, yəni kriminal aləmdə "Kuku" kimi tanınan cangüdən isə bu qətlə görə iki il şərti cəza alıb.

1999-cu il oktyabrın 27-də baş vermiş dəhşətli cinayətdən sonra ölkədə elə bir dəhşət ab-havası hökm sürürdü ki, həmin axşam "Parus" kafesində olanlardan heç kim Koçaryanın qisasçılıq hədəfinə çevrilməməyə üstünlük verərək, cinayət barədə açıq danışmağa cürət etmirdi. Yalnız jurnalist Mark Qriqoryan çıxış etdi, lakin tezliklə ona sui-qəsd təşkil olundu və bu, onu Ermənistanı tərk edərək uzun illər Böyük Britaniyada yaşamağa vadar etdi. Kriminal aləmlə yaxşı münasibətləri olan Robert Qarabağda 1990-cı illərdə başlayan silahlı işğalın da təşkilatçılarından biridir. O, qondarma separatçı-terrorçu rejimə rəhbərlik etməklə yanaşı, Azərbaycan əhalisinə qarşı çoxsaylı cinayətlər də törədib.

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın da kriminal aləmlə ciddi əlaqələri var. Hələ 1993-cü ilin 28 may tarixinə aid videoda onun kriminal aləmin qanuni oğruları ilə eyni masa arxasında əyləşməsi, şənlərinə badə qaldırması görünür. Maraqlıdır ki, bu "oğru qonaqlığı"ndan bir neçə ay sonra - 1993-cü ilin avqustunda Serj Sarqsyan Ermənistanın müdafiə naziri oldu. Bəzi mənbələrə görə, Qarabağ müharibəsinin qızğın vaxtlarında Ermənistan ordusunun silah-sursatla təminatına "kriminal avtoritetlər" nəzarət edirdilər və buna görə də Sarqsyan onlarla kifayət qədər tez-tez görüşürdü.

Bəzi məlumatlara görə, kriminal aləmdə "Ded Xasan" kimi tanınan Aslan Usoyan Sarqsyanın 2008-ci ildə ölkənin ali məmuru - prezident olmasına gətirib çıxararaq, onun siyasi pillələrdə irəliləməsində xüsusi rol oynayıb. 2013-cü ildə Sarqsyan yenidən Ermənistan prezidenti seçilib. 1990-cı illərdə Qarabağda Ermənistan silahlı qüvvələrinin komandirlərindən biri olub, sonralar müdafiə naziri və prezident kimi işğal olunmuş ərazilərdə qanunsuz rejimin möhkəmlənməsinə töhfə verib. Müharibə zamanı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasına, o cümlədən qadağan olunmuş silahlardan istifadəyə, hərbi əsirlərə işgəncələrə və mülki şəxslərə hücumlara görə məsuliyyət daşıyır.

Qısacası, kriminal keçmişə sahib, bu gün də kriminal aləmlə ciddi əlaqələri olan bu şəxslər Ermənistanda xaos və qarışıqlığa səbəb olmaq, ölkəni 1990-cı illərə qaytarmaq niyyətlərini bir daha ortaya qoyublar. Qətl də təsadüfən seçilməyib. Volodya müxalifətçi olmaqla yanaşı, hakim partiyaya çıxışları ilə də tanınırdı. Bu səbəbdən onun qurban verilməsi Vətəndaş Müqaviləsinə qarşı fikirləri dəyişməklə yanaşı, qorxu ab-havası əsdirmək, cəmiyyəti təhdid altında saxlamaq istəyi sezilir.

Eyni zamanda, üçüncü respublikaya rəhbərlik edən bir sıra şəxslərin artıq baş nazirin dilindən qəsbkar və işğalçı adlandırılması da sonuncuları təşvişə salıb. Çünki təcrübə də göstərir ki, Azərbaycana qarşı bu əməli törədən şəxslər gec-tez ədalət qarşısında cavab verir, Azərbaycan məhkəmələrində mühakimə olunurlar. Buna görə də sülh sazişinin imzalanmasının getdikcə daha çox real görünməsi fonunda sabiqlərin bu yola baş vurması boğulanın saman çöpündən yapışmasına bənzəyir. Çünki prosesi mümkün qədər uzatmaq onlar üçün xilas sayılır...

"Report" İnformasiya Agentliyi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Sentyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri