Icma.az
close
up
RU
“Revanşistlər Ermənistanı əvvəlki dönəmə qaytarmaq istəyirlər” Deputat

“Revanşistlər Ermənistanı əvvəlki dönəmə qaytarmaq istəyirlər” Deputat

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ermənistan daxilində revanşistlərin yenidən baş qaldırdıqlarına şahidlik edirik. Onların məqsədi əvvəlki dönəmə qayıtmaq, Azərbaycanla gərginlik fonunda özlərinin istəklərinə nail olmaqdır”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat vurğulayıb ki, onların mövqelərini başqa formada ifadə etmək olmur: “Amma görünən bundan ibarətdir ki, Paşinyan bu qüvvələri sıradan çıxarır, onlara qarşı uğurla mübarizə aparır”.

Onun sözlərinə görə, reallıq bundan ibarətdir ki, hazırda Azəbaycanla Ermənistan arasında sülh müqaviləsinin imalanması bəlkə də Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki Ermənistan sülh müqaviləsi imzalanmadıqca, kommunikasiyalar açılmadıqca, iqtisadiyyatı get-gedə daha da çökəcək. 

Deputat bildirib ki, Ermənistan bu gün kifayət qədər acnacaqlı durumdadır: “İqtisadiyyatı Rusiyadan asılıdır, Paşinyan çalışır ki, müstəqil siyasət yürütsün, Azərbaycanla, eləcə də Türkiyə ilə münasibətləri normallaşdırmaqla həm sərhədlərin açılmasına nail olsun, eyni zamanda, özü də etiraf etdiyi kimi bu vaxta kimi olmayan Ermənistan dövlətçiliyinin qurulmasına nail olsun. Ölkə daxilində ona qarşı müxalif qüvvə var. Həmin müxalif qüvvə bizim şimal qonşumuzun, digər qüvvələrin əlində marionet alət olaraq istifadə olunmaqdadır. Onlar Paşinyana müqavimət göstərirlər və əsas mövqe də ondan ibarətdir ki, Paşinyan Azərbaycanın tələblərini yerinə yetirir, faktiki Ermənistan dövlətinə zidd mövqe sərgiləyir, siyasət aparır, ona görə də Paşinyanın üzərinə o cür gəlirlər”. 

A.Əlizadə söyləyib ki, siyasi rəqibləri - köçəryanlar, sarkisyanlar, onların ətrafı faktiki olaraq Paşinyana güc nümayiş etdirmək imkanlarında deyillər. Ona görə də digər qüvvələr ortaya çıxarılır: 

“Rusiyadan və başqa yerlərdən idarə olunan erməni oliqarxlar var, onların vasitəsilə bir müxalif cameə yaratmağa çalişirlar ki, Paşinyanı qarşıdakı seçkilərdə məğlub edib,  Ermənistanı əvvəlki dönəmə qaytarmaq imkanlarına malik olsunlar. Hələ ki, görünən bundan ibarətdir ki, Paşinyan revanşistlər üzərində qalib gəlməkdədir. Seçkilər yaxınlaşdıqca bu gərginlik, qarşıdurma bir qədər də artacaq. Paşinyan kilsə ilə də paralel olaraq mübarizə aparır. Kilsənin 13 yüksək rütbəli nümayəndəsi həbs olunub, təcrid ediliblər. Həmçinin Gümrünün meri, Masinin meri həbs edilib. Müxalifətdə olan, Paşinyana qarşı addımlar atan, eyni zamanda, revanşist adlandırdığımız qüvvələr ki, var onlar Azərbaycan- Ermənistan münasibətlərinin normallaşmasında maraqlı deyillər, onlara qarşı Paşinyan hələ ki, uğurla mübarizə aparmaqda, bu şəxsləri təcrid etməkdədir”.

A.Əlizadə hesab edir ki, seçkilərin nəticələrindən asılı olaraq Paşinyan hakimiyyətdə qalacaqsa, təbii ki, bu sülh prosesində çox ciddi irəliləyişə səbəb olacaq: “Əks halda, bundan növbəti dəfə də itirən Ermənistan olacaq. Amma indiki dönəmdə Paşinyan daha üstün görünür, rəqiblərini sıradan çıxarır. Onların arqumentləri əslində elə də güclü deyil. Belə desək, onların rəhbərlik etdikləri siyasi birliklər “müharibə partiyaları” dırlar. Paşinyan isə sülhün tərəfdarıdır. Bu gün erməni cəmiyyəti də müharibə istəmir. Ona görə yox ki, onların daxilində, təfəkküründə dəyişiklik var. Ona görə ki, əslində müharibənin necə nəticələnəcəyini bilirlər, övladlarını qırğına vermək istəmirlər. Ermənistan ordusunun İkinci Qarabağ müharibəsidə 12 min fərarisi, bir günlük antiterror əməliyyatında 10 min fərarisi oldu. Bu gün Ermənistan cəmiyyətində müharibəni ona görə istəmirlər ki, nəticəni əvvəlcədən bilirlər, Azrbaycanın gücünə, qüdrətinə bələddirlər. Bu baxımdan erməni cəmiyyəti həm revanşistlərə dəstək vermir, həm də onların rəhbərlik etdikləri siyasi qüvvələrə  “müharibə partiyası” kimi baxırlar. Paşinyanın bu mənada imkanları daha geniş görünür”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri