Icma.az
close
up
RU
Parkinsonla mübarizədə inqilab: Xəstəliyin gedişatını dəyişən hüceyrə terapiyası

Parkinsonla mübarizədə inqilab: Xəstəliyin gedişatını dəyişən hüceyrə terapiyası

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq səviyyədə parkinson xəstəliyinə qarşı mübarizədə inqilabi addım hesab olunan genişmiqyaslı hüceyrə terapiyası üzrə yeni klinik sınaqlara start verilib.

Redaktor.az xəbər verir ki, parkinson xəstəliyi beyində dopamin istehsal edən hüceyrələrin tədricən yox olması ilə xarakterizə olunan proqressiv nevrodegenerativ pozğunluqdur.

Bu hüceyrə itkisi nəticəsində xəstələrdə hərəkət pozğunluqları və əzələ sərtliyi kimi ağır simptomlar yaranır, hazırda mövcud olan müalicələr isə xəstəliyin proqressiyasını dayandırmaq gücündə deyil, yalnız simptomları müvəqqəti yüngülləşdirir.

Yeni eksperimental hüceyrə terapiyası dopamin istehsal edən neyron prekursor hüceyrələrini xəstənin beyninə cərrahi yolla yerləşdirməyi nəzərdə tutur. Bu yanaşmanın əsas məqsədi itmiş dopamin hüceyrələrini əvəz edərək normal motor funksiyaları bərpa etmək və beləliklə, xəstəliyin özünü fundamental şəkildə dəyişdirməkdir. Hazırda sınaqlar faz-3 mərhələsindədir və çoxmərkəzli, təsadüfi, eyni zamanda həm həkimin, həm də xəstənin tətbiq edilən prosedurun mahiyyətindən xəbərsiz olduğu "ikiqat kor" dizaynla aparılır. Avstraliya, ABŞ və Kanadadan olan təxminən 102 nəfərin iştirak etdiyi bu allogene hüceyrə terapiyası Parkinsonun əsas səbəbinə müdaxilə etməyi hədəfləyən ilk genişmiqyaslı tədqiqatlardan biridir.

Layihənin Avstraliyadakı aparıcı tədqiqatçısı Professor Kerolin Syu bu metodu "nəfəs kəsən yenilik" adlandıraraq qeyd edir ki, terapiya simptomlarla kifayətlənməyib birbaşa xəstəliyin özünü hədəf alır. Parkinson xəstəsi Devid Bleker də bu sınağın illərdir davam edən simptomatik müalicələrdən sonra xəstəliyi kökündən dəyişmək üçün böyük ümid verdiyini vurğulayıb. Dünyada təxminən 10 milyon insana təsir edən Parkinson xəstəliyinin 2050-ci ilə qədər daha da artacağı proqnozlaşdırıldığı üçün bu sınaqların uğuru qlobal səhiyyə üçün kritik əhəmiyyət kəsb edir.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Yanvar 2026 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri